Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Trampın zəif nöqtəsi -Putinin atəşkəs oyunu

news content


Rusiya prezidenti nə hə, nə də yox deyir, Kiyev isə “günahkar” çıxarılır

Yenixeber.org: Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff artıq bu həftə Moskvaya səfər etməyi planlaşdırır.

Onun səfəri ABŞ Prezidenti Donald Trampın səs-küylü bəyanatı ilə üst-üstə düşür. Belə ki, Tramp Rusiya və Ukrayna arasında müharibənin tezliklə başa çatacağına ümid etdiyini bildirib.

Ümid edirəm ki, Rusiya və Ukrayna bu həftə razılığa gələcək. O zaman hər iki tərəf ABŞ-la böyük ticarət aparacaq, bu isə rifah gətirəcək və onlar sərvət qazanacaqlar!” – Tramp “Truth Social” platformasında yazıb.

Putin və Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciətində Tramp seçim təklif edib: ya müharibəni davam etdirmək, ya da sərvət gətirən əməkdaşlığa başlamaq.

“Truth Social”-da paylaşdığı digər yazıda isə Tramp uğurlu danışıqlar və resurslara sahib olma arasında paralel aparıb.

Danışıqlar və uğurun qızıl qaydası belədir: qızılı kim saxlayırsa, qaydanı da o qoyur. Təşəkkürlər”, – ABŞ Prezidenti qeyd edib.

Beləliklə, Tramp hesab edir ki, Ukraynaya qarşı təcavüz artıq bu həftə dayandırıla bilər. Bəs o, bu ehtimalın həyata keçəcəyinə inamı haradan alır? Hazırda, Putinin ABŞ prezidentinin bu arzusuna müsbət cavab verəcəyi ehtimalı varmı? Yoxsa artıq təcavüzkar açıq şəkildə Vaşinqtonun təklifini rədd etmək imkanına malikdir?

Tanınmış ukraynalı analitik, siyasi elmlər doktoru, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllimi Petro Oleşuk bildirib ki, Putinin atəşkəsə razılaşacağını göstərən heç bir real əlamət yoxdur.

Hazırda belə bir təsəvvür yaranır ki, Putin atəşkəs mövzusundan manipulyasiya etmək üçün istifadə edir. Çünki Tramp seçki öncəsi mümkün qədər tez biz zamanda müharibəni bitirmək vədi vermişdi və bu vədini yerinə yetirmək istəyir. Putin başa düşüb ki, bu məsələdə Trampın müəyyən zəif yerləri var və ona görə də vaxtaşırı bu mövzuda təşəbbüslərlə çıxış edir. Vaxtaşırı atəşkəs istəyirmiş kimi davranır, Trampın bu barədəki təkliflərini heç vaxt açıq şəkildə rədd etmir, amma tam atəşkəslə bağlı təşəbbüsün faktiki olaraq artıq bir aydan çoxdur gündəmə gəlməsinə baxmayaraq, ona razılıq verməyib.

Yəni, aydın görünür ki, o, atəşkəs mövzusundan müharibəni davam etdirmək, eyni zamanda isə öz mövqelərini yaxşılaşdırmaq üçün istifadə etməyə ümid edir. Üstəlik, Putin qısamüddətli, guya Pasxa münasibətilə elan olunmuş atəşkəs zamanı belə buna əməl etməyib və əksinə, cəbhədə Rusiya tərəfinin təzyiqi daha da artıb. Yeni hücumlar başlayıb. Aydın görünür ki, ruslar cəbhədə irəliləmək barədə yeni əmrlər alıblar”, – deyə ekspert izah edib.

Onun fikrincə, Putinin əslində atəşkəs qəbul etmək istəmədiyi tam aydındır. “O, bu mövzudan öz maraqları üçün istifadə etməyə çalışır. Necə? Birincisi, o istəyir ki, ABŞ bundan sonra da müharibənin dayandırılması məsələsini irəli sürməyə davam etsin, Ukraynaya dəstək mövzusu isə gündəmdən çıxsın. Tramp prezidentliyə başladığı gündən bəri Ukrayna ABŞ-dan yeni heç nə almayıb. Hətta Bayden administrasiyası dövründə sifariş verilmiş təchizatlar belə qısamüddətli olaraq dayandırılmışdı. Amma bu təchizatlar da yaxın vaxtlarda başa çatacaq və görünür ki, Tramp administrasiyası bundan sonra Ukraynaya heç nə göndərmək niyyətində deyil.

Bu vəziyyət Putinin maraqlarına uyğundur və o da bunu davam etdirmək istəyir. Bunun üçün vaxtaşırı atəşkəslə bağlı təkliflər irəli sürür və danışıqların uğurlu olması üçün ABŞ-ın “yaxşı niyyət” nümayiş etdirməsinin, yəni Ukraynaya silah göndərməməsinin vacib olduğunu bildirir. Bu, Putinin manipulyasiya etdiyi birinci mövzudur. İkinci mövzu isə Ukraynanın günahlandırılmasıdır – guya “Kiyev atəşkəs istəmir, amma Putin istəyir”.

Putin bu yolla Ukrayna ilə Qərb tərəfdaşları, xüsusən də ABŞ arasında etimadsızlıq toxumu səpməyə çalışır. Nəhayət, Putin atəşkəs mövzusundan öz imicini yaxşılaşdırmaq üçün istifadə etməyə çalışır – ilk növbədə, Qlobal Cənub ölkələri, Afrika və Asiya dövlətlərinin gözündə. Çünki bu regionlarda Rusiyanın Ukraynaya qarşı müharibəsi barədə kifayət qədər məlumatlı deyillər. Əksəriyyəti isə müharibənin ərzaq və digər məhsulların qiymətlərinə təsir etməsindən narazıdır.

Beləliklə, Putin manipulyasiya edir, müharibəni dayandırmaq istədiyinə dair açıq iradə nümayiş etdirmir. Eyni zamanda Trampa da birbaşa “yox” demir. Çünki o, bu mövzunu mümkün qədər uzun müddət gündəmdə saxlamaq niyyətindədir”, – deyə Oleşçuk bildirib.(pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam