Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

“Haqqım olan "müharibə veteranı" adını ala bilmirəm” –PREZİDENTƏ MÜRACİƏT/FOTOLAR

 


"Müharibə veteranı" adı və Prezident təqaüdünün təyinatına başlanıldı

2019-cu ildən Müdafiə Nazirliyi aparatı nəzdində veteran adları və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya dəfələrlə müraciət etsəm də, tam haqqım olan "müharibə veteranı" adı verilməsi təmin olunmur.

Bu iddia Abşeron rayon Ceyranbatan qəsəbəsi S.Quliyev küç. Ev 1a ünvanda yaşayan, 1-ci Qarabağ müharibəsi iştirakçısı İmanov Fazil Musa oğlunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik cənab Zakir Həsənova ünvanladığı və bir surəti də, Yenixeber.org-a daxil olmuş müraciətində yer alır.


Aktuallğını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə dərc edirik: 

  

Yazıb Sizə bildirirəm ki, mən 1993-cü il Abşeron rayon hərbi komissarlığından (32 yaşım var idi) Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (1993-1994-cü illərdə) “N” saylı hərbi hissənin tərkibində atəşkəs elan olunan günə kimi (12 May 1994-cü il) müharibədə iştirak etmişəm. Atəşkəsə kimi müharibədə iştirak etdiyimi təsdiq edən “N” saylı hərbi hissənin arayışı və Azərbaycan resp. Müdafiə Nazirliyi İşlər idarəsi Mərkazi Arxivinin arayışları var.


2019-cu ildən Müdafiə Nazirliyi aparatı nəzdində veteran adları və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya dəfələrlə müraciət etsəm də, tam haqqım olan "müharibə veteranı" adı verilməsi təmin olunmur. Səbəb odur ki, Şəxsi Heyətin Baş İdarənin arayışında göstərilir ki, guya mənim 10.12.1993-cü il tarixindən sonrakı xidmətim haqqında məlumat yoxdur. Bildirmək istəyirəm ki, Baş İdarənin bu arayışı mənə qarşı ədalətsizlik və haqsızlıqdır, çünki, 10.12.1993-cü ildən sonra mənim 1994-cü il (atəşkəsə kimi) xidmətim haqqında hərbi hissə və Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin arayışları var. 2021-ci ildə Müdafiə Nazirliyi tərəfindən yaradılmış (təlim-tədris mərkəzi) komissiyaya müraciət etmişəm. 14 Yanvar 2021-ci il tarixdə həmin komissiyanın hüquq məsələləri üzrə  komissiyanın üzvü polkovnik-leytenant Söhrab müəllim sənədlərimə baxdı və ərizəmi qəbul etdi, bildirdi ki, mənə müharibə veteranı statusu düşür. Lakin 4 il keçməsinə baxmayaraq, bir məlumat yoxdur.


 Cənab Prezident, mənə haqqım olan "müharibə veteranı" adı verilməsinə kömək etməyinizi xahiş edirəm.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam