Redaktor seçimi
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Günün xəbəri

Paşinyan ilk məğlubiyyətini aldı -Hakim partiyanın populyarlığını itirməsi Azərbaycanla sülh danşıqlarına nə vəd edir?

news content

Ermənistan Baş naziri Nikol Paşinyanın liderlik etdiyi Vətəndaş Müqaviləsi partiyası yerli seçkilərdə ilk dəfə çətin vəziyyətə düşüb.

Yenixeber.org:  Martın 30-da ölkənin ikinci ən böyük şəhəri, həmçinin Rusiya hərbi bazasının yerləşdiyi Gümrüdə keçirilən bələdiyyə seçkilərində hakim partiyanın ən çox səs toplamasına baxmayaraq, şəhərə nəzarəti itirmək riski ilə üzləşib. Bu seçicilər şəhər merini təyin etmək səlahiyyətinə malik yeni yerli şuranı seçmək üçün səs veriblər. Təhlilçilər seçkinin nəticələrini Paşinyanın populyarlığının vacib bir sınağı olaraq qiymətləndirir.

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK), demək olar, bütün səsvermə nəticələrinin hesablandığını bildirib. 

Qurumun məlumatına görə, Gümrüdə 82 seçki məntəqəsindən 81-nin nəticələrinə yekun vurulub. Heç bir siyasi qüvvə hökumət qurmaq üçün 50+1 faiz toplaya bilməyib.

Vətəndaş Müqaviləsi partiyasının namizədi, Sarik Minasyan, səslərin yüzdə 36,21-ni qazanıb. Onun ehtimal müttəfiqi - Qərbyönümlü "Avroalyans" bloku da şurada təmsil olunmaq üçün tələb olunan 6 faizlik səs həddini keçə bilməyib.

Ermənistan Kommunist Partiyası və onun merliyə namizədi Vardan Qukasyan 20.7 faiz səs toplayaraq, ikinci yeri tutub. Onu müxalif parlament üzvü Martun Qriqoryanın rəhbərlik etdiyi "Bizim şəhər" bloku izləyib, bu blok təxminən 15.9 faiz səs toplayıb. Tanınmış televiziya prodüseri Ruben Mxitaryan və iş adamı Karen Simonyanın başçılıq etdiyi digər iki müxalifət qrupu da, müvafiq olaraq, 7.9 faiz və 6.2 faiz səs toplayaraq, yeni şəhər şurasında təmsil olunacaq.

Beləliklə, dörd müxalifət namizədinin şuradakı 33 yerdən azı 18-ni qazanacağı proqnozlaşdırılır ki, bu da onları Gümrü meri vəzifəsinə ortaq namizəd təyin etmək imkanı verir. 

Artıq iki müxalifət qüvvəsi - "Mənim Güclü İcmam" partiyasının namizədi Ruben Mxitaryan və "Ana Ermənistan" partiyalar alyansının namizədi Karen Simonyan ikinci yeri tutan müxalifətçi Vardan Qukasyanla birləşəcəklərini açıqlayıblar.

Mxitaryan “Facebook” sosial şəbəkəsində yazıb: “Mən heç bir ilkin şərt və heç bir mövqe iddiası olmadan Gümrü əhalisinin ən çox səsini toplayan müxalifətin merliyə namizədi Vardan Qukasyana səs verməyə hazıram”.

Karen Simonyan onu da qeyd edib ki, onların hər bir hərəkəti ““Vətəndaş Müqaviləsi”nin hakimiyyətdən məhrum edilməsinə” yönələcək.

Baş nazir Nikol Paşinyan seçkilərdə qalib gələn siyasi qüvvələri və namizədləri təbrik edib.

Səslərin 36,21 faizini toplayan hakim “Vətəndaş Müqaviləsi” partiyasının namizədi Sarik Minasyan “Facebook”da hər səsə görə minnətdarlığını bildirib və xüsusilə qeyd edib: “Bizə verilən səsləri boşa verməyəcəyik, onlar Gümrüyə və bütün Gümrü əhalisinə xidmət edəcəklər. Gümrü şəhərinin inkişafı və təkmilləşdirilməsi üçün bütün proqramlarımızı davam etdirəcəyik”.

"Vətəndaş Müqaviləsi" partiyasının yüksək vəzifəli üzvü Vahe Qalumyan etiraf edib ki, hakim partiya yeni şəhər şurasına nəzarət etməyəcək. Ancaq onun sözlərinə görə, partiyanın seçki fəaliyyəti məğlubiyyət hesab edilə bilməz.

Paşinyanın partiyası 2021-ci ildə keçirilmiş əvvəlki yerli seçkilərdə də qalib gələ bilməyib. Ötən ilin sonlarında Gümrünü idarə edən yerli blokun qeyri-rəsmi liderinə qarşı qaldırılan cinayət işindən sonra "Vətəndaş Müqaviləsi" partiyası şəhərin bələdiyyə administrasiyasına nəzarəti ələ keçirib.

Paşinyanın partiyası bazar günü İrəvanın qərbindəki böyük icmada (Porakar) keçirilən yerli seçkilərdə də sarsıdıcı məğlubiyyətlə üzləşib. Doqquz kənddən ibarət icmada müxalifətdə olan "Aprelu Yerkir" partiyasının rəhbərlik etdiyi yerli blok 56 faizdən çox səs toplayıb.

Bu nəticələr Azərbaycanla sülh müqaviləsi imzalamaq və ölkənin milli təhlükəsizliyini qorumaq üçün “Real Ermənistan”a keçməyi təklif edən Paşinyan iqtidarı üçün nə deməkdir? Hakim partiyanın tədricən populyarlığını itirməsi Azərbaycanla sülh müqaviləsinə cəmiyyətin razılığını almaqda ona problemlər yaratmayacq ki?

Politoloq Fərhad Məmmədov mövzunu şərhində bu sualları belə cavablandırıb: “Bütün müxalifət birləşərsə, onlar Gümrü şəhərinə nəzarəti götürürlər. Nəzərə almaq lazımdır ki, bu şəhərdə Rusiya hərbi bazası yerləşir və orada rusiyapərəstlər aktivdir. Paşinyanın partiyası ümumilkdə qalib gəldi, amma təkbaşına hakimiyyət qura bilmir. 

İrəvanda (Porakar) isə yaranmış vəziyyət ciddi göstəricidir ki, müxalifət müəyyən yerlərdə qələbə qazana bilər. Bu nəticələr Azərbaycan - Ermənistan münasibətlərinə bir mesajdır ki, növbəti seçkilərdə Paşinyanın təkpartiyalı hakimiyyətini qoruması daha da çətinləşəcək. Amma onun da müttəfiqləri var, o, iki il əvvəl İrəvanda seçkiləri Qərbyönlü qüvvələrlə birlikdə götürmüşdü. Əlbəttə, hakim partiyanın potensialı var, amma bütün müxalifət birləşərsə, onun vəziyyəti yaxşı olmayacaq. Bütün müxalifətin birləşməsi bir şəhərdə baş verə bilər, onların bütün ölkə üzrə bir araya gəlməsi çox çətindir”.(pressklub) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam