Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Siyasi təlatümlər ölkəsində yeni çalxalanma –NATO üzvü olmaq Türkiyəyə sabitlik gətirməyib

İndiyə qədər Türkiyədə hakimiyyət böhranları çox olub. Mustafa Kamal Atatürkün və onun xələfi İsmət İnönünün hakimiyyətindən sonra bu ölkədə vaxtaşırı olaraq siyasi mübarizə gərginləşib, açıq vətəndaş qarşıdurması səciyyəsi alıb.

Yenixeber.org: Əslində siyasi qeyri-sabitlik ənənəsi Türkiyənin NATO üzvü olmasından sonra daha da oturuşub. NATO-ya üzv olmaq Türkiyəni SSRİ-nin yarada biləcəyi təhlükədən qorusa da, daxili siyasətini əməllicə qarışdırıb.
Kreml o dönəmlərdə (əslində isə heç zaman) Türkiyədən əl götürməyib, bu ölkəni kommunistləşdirmək üçün əlindən gələni edib. Avropadakı ən güclü kommunist-solçu-marksist hərəkatı məhz Türkiyədə olub (əsərləri, izi hələ də qalır) və bunu Moskva formalaşdırıb.

Başqa sözlə, NATO-SSRİ qarşıdurmasının “döyüşləri” Türkiyənin siyasi arenasında, bəzən isə İstanbulun, Ankaranın küçələrində gedib.

adnan1.jpg (40 KB)

Türkiyə NATO-ya üzv olduğu ildə suverenliyini xeyli dərəcədə itirib. İstiqlal savaşından, Atatürkün dönəmindən bəri ölkədə əsas söz sahibi olan generallar bu dəfə NATO-ya söykənərək siyasi dominantlıq əldə ediblər. Ölkəsini NATO üzvü edən baş nazir Adnan Menderesin devrilməsi və edamı sırf Vaşinqtonun və NATO rəhbərliyinin xeyir-duası ilə baş verib. Əgər Ağ Ev istəsəydi, bir NATO ölkəsinin baş nazirini əsassız ittihamlarla edam edilməsinin qarşısını bir telefon zəngi ilə alardı. ABŞ prezidenti Duayt Eyzenhauer isə bir neçə ay öncə Ağ Evdə hörmətsizcəsinə (7 dəqiqəliyə) qəbul etdiyi Menderesin devrilməsinə, onun yerinə gələn Con Kennedi isə sabiq baş nazirin edamına göz yumub.

Ondan sonra da başda ABŞ olmaqla NATO-nun digər qüdrətli üzv ölkələri dəfələrlə Türkiyənin daxili işlərinə nüfuz ediblər, qanuni, dürüst, şəffaf şəkildə keçirilən parlament seçkilərinin nəticələrinə uyğun olaraq formalaşmış hökumət kabinetlərinin fəaliyyəti bir azacıq xoşlarına gəlməyən kimi, düyməni basıblar, o dövlətlərə bağlı olan siyasi partiyalar və ya NATO-ya bağlı silahlı qüvvələr ölkədə siyasi böhran yaradıblar.

kibris2-750x536.jpg (76 KB)

Ötən əsrin ikinci yarısında Türkiyədə Qərbin permanent basqılarına sinə görən ən önəmli siyasi sima Bülənt Ecevit olub. Məhz onun iradəsi sayəsində Türkiyə ordusu 1974-cü ilin iyulunda Kiprin türk əhalisini yunanların soyqırımından xilas edib. Ancaq ABŞ bunu Ecevitə bağışlayıbmı? Xeyr. Ecevit 6 dəfə sui-qəsdə məruz qalıb və bunun biri məhz ABŞ-də (23 iyul 1976-ci ildə, Nyu-Yorkda) baş verib. Sadəcə, qaradərili mühafizəçi son anda yaxın məsafədən atəş açan terrorçunu zərərsizləşdirib. Ayrıca, iyulda Kipr türklərini xilas edən və “Kıprıs fatehi” ləqəbi alan Ecevit ikicə aydan sonra hakimiyyətdən gedəsi olub. Niyə? Çünki düymə böyük yerlərdən basılmışdı.

Ondan sonra Türkiyədə ilaşırı, ən geci iki ildən bir yeni seçkilər keçirilib. Hökumət koalisiyalarının dağılması texniki işə çevrilib. Bir ara (1980-89) mövcud olmuş siyasi sabitlik yalnız general Kənan Evrenin qurduğu xunta rejimi sayəsində mümkün olub. Hakimiyyət mülki siyasilərə dövr edildikdən sonra siyasi qeyr-sabitlik illəri 2002-ci ilə qədər davam edib. Rəcəb Tayyib Ərdoğanın 6 ayın içində qurduğu Ədalət və İnkişaf Partiyasının təkbaşına iqtidara gəlməsiylə Türkiyənin siyasi arenasında sabitlik dövrü başlanıb.

muhtira.jpg (111 KB)

Ancaq ümumi gərginlik qalırdı. Generalitetin prezident Abdulla Gülə ultimatum verməsi, Gəzi parkı olayları, generalların kütləvi həbsi, daha sonra bu həbsi təşkil edənlərin ifşa olunması kimi, 17-25 dekabr saray çevriliş cəhdi kimi hadisələr bir-birini əvəz etdikcə Türkiyənin siyasi arenasında əsl siyasi sabitliyin əldə olunacağı günün hələ çox uzaqlarda olduğu ortaya çıxırdı.
Xüsusilə də Türkiyədə seçkilər heç bir demokratik ölkədə olmadığı qədər gərgin keçir, qızğın, həqarət dolu ritorikalarla müşayiət olunur, vətəndaş qarşıdurması, siyasi ehtiraslar pik həddə çatırdı. Ölkədə sanki seçki deyil, ölüm-dirim mübarizəsi gedirdi.

2008-ci ildən sonra NATO-nun, ABŞ-nin Türkiyənin daxili işlərinə müdaxiləsi xeyli azalsa da, təsir rıçaqları qalırdı. ABŞ həmin rıçaqlardan 2016-cı ilin 15 iyulunda sonuncu dəfə istifadə etdi, öz sərəncamında olan siyasi qüvvələrin və hərbçilərin ortaqlığı ilə Türkiyədə hərbi çevriliş törətmək istədi, uğursuzluğa düçar oldu. Məhz ondan sonra Türkiyə hərbi-siyasi baxımdan tam müstəqillik qazandı.

ABŞ və Avropa bu nailiyyəti Türkiyəyə bağışlamaq niyyətində deyil. Kollektiv Qərb qardaş ölkəni yarım əsrdən artıq müddətdə Avropanın kandarının ağzında gözlətdi, onu Avropa İttifaqına qəbul etmədi. Bu, ABŞ-nin protektoratı altında olan, ancaq xalqın istəyinə baxmayaraq, ABŞ-nin 51-ci ştatı statusunu heç cür qazana bilməyən Puerto-Rikonun gününə düşmək demək idi. Fransa və Almaniya, eləcə də Hollandiya və digər ölkələr Türkiyənin Aİ-yə üzv olmasına yol verməyəcəklərini bəyan edirlər. Artıq bir gerçək idi ki, onlar Türkiyənin bu “xristian klubu”nun monolitliyinə xələl gətirməsini istəmirlər. Türkiyə Avropaya xüsusi bir statusda lazımdır: içəri girməsin, qapıda gözləsin, hərbi təhlükə yaranarsa, kömək etsin, mövcud olduğu regionda ABŞ və Avropanın “şilləvuranı” olsun.

aiturk.JPG (10 KB)

Türkiyə isə bu həqarətli statusdan məmnun olmadığını, bu mövqedən imtina etdiyini göstərir.
İndi bu ölkənin daxilindəki başqa siyasi qüvvələr hesab edirlər ki, hakimiyyətə gələcəkləri təqdirdə Türkiyəni Avropaya yaxınlaşdıra, hətta Aİ üzvü edə biləcəklər. Ancaq bu, illüziyadır. Türkiyə Avropaya nə qədər yaxınlaşsa da, “qoca qitə” onu bərabərhüquqlu üzv kimi qəbul etməyəcək. Yalnız o ola bilər ki, Türkiyə ötən əsrin ikinci yarısında olduğu kimi sözəbaxan olsun, özünü ABŞ və Avropanın əmrinə müntəzir aparsın.
Ancaq bu, o demək deyil ki, Türkiyə ABŞ və Avropadan asılı olmadığı üçün bu ölkədə demokratiya və insan haqlarına riayət gözardı edilməlidir. Türkiyə siyasiləri sübut etməlidirlər ki, kollektiv Qərbin iradəsi və tövsiyələri olmadan da öz ölkələrində haqq-ədaləti bərqərar edə, iqtisadiyyatı gücləndirə, ölkə əhalisinin firavanlığını təmin edə, dinc hakimiyyət dəyişikliyi mexanizmləri formalaşdıra bilirlər.(musavat)

Xalid Kazımlı

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam