Redaktor seçimi
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

PAŞİNYANIN “REAL ERMƏNİSTAN” ŞÜARI İFLASA UĞRAYIR –İrəvanda revanşizm güclənir

Erməni İnqilabi Federasiyası (Daşnaksutyun) bəyanat yayaraq Paşinyan hakimiyyətinin Azərbaycanla imzalamaq istədiyi sülh sazişinə qarşı çıxıb. Nəinki qarşı çıxıb, elə iddialar səsləndiriblər ki, sanki daşnaklar son 4 ildə Ermənistanda yaşamayıblar...

Yenixeber.org: Bəyanatda razılaşdırılan sülh layihəsi “güc təhdidi altında Azərbaycanla əldə olunan razılaşmalar və yeni güzəştlər” adlandırılır və bu sənədin davamlı sülh prosesi ilə heç bir əlaqəsi olmadığı iddia olunur.

Bəyanatda iddia edilir ki, Azərbaycanla sazişlər və müzakirə edilən sənəd Ermənistan-Azərbaycan sərhədini dəqiqləşdirmir, Azərbaycan silahlı qüvvələrinin “Ermənistan ərazilərindən” çıxarılmasını təmin etmir. Eyni zamanda daşnaklar sülh sazişinin “artsax”-la bağlı ermənilərin gözləntilərinə də cavabn vermədiyini iddia edirlər.

“Üstəlik, Azərbaycanda saxlanılan ermənilərin qaytarılması məsələsini də həll etmir” – deyə, bəyanatda bildirilir.

Daşnaqlar vurğulayırlar ki, danışıqların nəticəsi olaraq ortaya çıxan sənəd mahiyyət etibarilə Azərbaycanın tələblərinin qeyd-şərtsiz təsdiqini nəzərdə tutur:

“Ermənistandan dəhliz verilməsi tələbi, Konstitusiyanın dəyişdirilməsi, azərbaycanlıların Ermənistana (Qərbi Azərbaycana-red.) köçürülməsi, Azərbaycana qarşı hərbi cinayətlər törətməkdə ittiham olunan şəxslərin ekstradisiyası, Ermənistanın beynəlxalq məhkəmələrdən iddialarını geri götürməsi, Ermənistan sərhədinin demilitarizasiyası və ATƏT-in Minsk Qrupunun ləğvi kimi davamlı yeni ilkin şərtlər Ermənistanın hüquqi müdafiəsinə birbaşa zərbə vurur” – deyə, daşnaklar iddia edir.

Eyni zamanda Azərbaycan əleyhinə bir sıra cəfəng iddialar səsləndirilir və daşınaqların belə bir sənədi qəbul etməyəcəkləri bildirilir.

Xatırladaq ki, daha əvvəl eks-prezident, kriminal ünsür Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası da daşınaklarla eyni məzmunlu bəyanat verərək Paşinyanı “milli maraqlara xəyantə etməkdə” ittiham etmişdi. Keçmiş prezident, uşaq qatili Robert Koçraynaın rəhbərlərindən biri olduğu müxalif “Ermənistan” bloku da eyni mövqeədən çıxış edir.

Bu bəyanatlar, habelə parlamentdə təmsil olunan siyasi müxalifətin, kilsənin, bir sıra ictimai təşkilatların Azərbaycanın təklif etdiyi sülh prinsiplərinə qarşı bədnam münasibəti Ermənistanın həqiqi sülhə hazır olmadığını nümayiş etdirir. Bakının məqsədi budur ki, təkcə Nikol Paşinyan hakimiyyəti deyil, erməni cəmiyyətində çoxluq iki ölkə arasında, eləcə də regionda sülhün alternativinin olmadığı reallığı qəbul etsin.

İndiki halda isə erməni cəmiyyəti buna hazır görünmür. Belə ki, Paşinyanın razılaşmaq istədiyi alayarımçıq sazişin tərəfdarları Ermənistanda azlıqdadır. İrəvan “real Ermənistan” şüarını hələ də mənfur “erməni xəstəliyinə” yoluxmuş cəmiyyətə aşılaya bilməyib. Ermənistanda 44 günlük müharibədən dərs çıxarmayanların, Azərbaycana qarşı qisasçılıq hissi ilə alışıb-yananların sayı yenidən artır. Bu kütləni isə regionu qan gölünə çevirmək istəyən, xarici qüvvələrin alində alət olan terror qruplaşmaları idarə edir.

Daşnakların bəyanatında yer alan tezislər əslində Ermənistanda Azərbaycana qarşı revanşa cəhd edən qüvvələrin niyyətlərini və hakimiyyəti ələ keçirəcəkləri təqdirdə fəaliyyət istiqamətlərini ehtiva edir. Bura Qarabağa qarşı saxta iddiaların yenidən ortaya atılması, Azərbaycanın dövlət sərhədlərində təxribatların, hücumların vüsət alması, erməni lobbisi və onların havadarları vasitəsi ilə beynəlxalq miqyasda anti-Azərbaycan kampaniyasının başlanması, nəticə etibarı ilə “Minsk qrupu formatı”nın yenidən regiona qayıtmasına şərait yaratmaq cəhdlıri daxildir.

Azərbaycan Ermənistandakı daxili əhval-ruhiyyəni, qüvvələr balansını, onların qarşılıqlı və xarici əlaqələrini diqqətlə isləyir və perspektivi qiymətləndirir. Burada Ermənistanın yenidən silahlanması, ona yardım edən qüvvələrin regiondakı maraqları, Azərbaycana qarşı mümkün təzyiq imkanları araşdırılır.

Rəsmi Bakının Ermənistanla sülh prosesində tutduğu mövqe, qoyduğu şərtlər bu reallıqların nəzərə alınması, neytrallaşdırılması ilə birbaşa əlaqəlidir. Bu gün hansısa yarımçıq sənədə imza atılması heç bir sülh vəd etmir. Regionda təhlükəsizliyə, qarşılıqlı etimadın tədriciən bərpa olunmasına xidmət edəcək sülhə əvvəlcə Ermənistan cəmiyyəti razılaşmalıdır. Erməni cəmiyyəti mövcud reallıqları anlamalı, öz imkanları ilə Azərbaycanın əlindəki siyasi, hərbi, diplomatik gücün nisbətini düzgün qiymətləndirməlidir. Əks halda Ermənistanın bir dövlət olaraq mövcudluğu ciddi təhlükə altına düşə bilər.

İndiki dünyada özündən qat-qat güclü olan qonşusunun ərazisnə göz dikmək, onun qanuni maraqlarına qarşı çıxış etmək başını edam kötüyünün üzərinə qoymağa bənzəyir. Revanşist qüvvələr dərk etməlidirlər ki, hazırda 4 il əvvəlki şərtlər mövcud deyil. Bu da növbəti təxribatlardan sonra Ermənistanı Azərbaycanın əlindən alacaq kənar güclərin regionda olmayacağı anlamına gəlir. Yaxşı-yaxşı düşünmək zamanıdır, bu zaman isə sürətlə azalır...(Azpolitika)

E.Rüstəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam