Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Repertuarı köhnələn İrəvan - sülh, KTMT şoularına baxan azalır -TƏHLİL

 

Ermənistan hakimiyyəti fikri yayğın uşağa oxşayır. Bəzən onda dağınıq skleroz simptomları da müşahidə olunur.

Yenixeber.org: Son günlər İrəvana Rusiyadan yüksək vəzifəli rəsmlər səfər edib. Rusiyanın Baş naziri Mixail Mişustin, onun müavini Aleksey Overçuk və başqaları Ermənistan hökumətinin qonaqları olublar.

Sentyabrın 5-də isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvada işgüzar səfərdə olub, Rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdə nazirlər iki ölkənin strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin, o cümlədən ticarət-iqtisadi, elmi və mədəni sahələrdə gələcək inkişafla bağlı bir sıra məsələlərə ətraflı toxunublar. Bu il Ermənistan və Rusiya arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyinin, eləcə də Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsinin imzalanmasının 25 illiyinin qeyd olunduğunu vurğulayan tərəflər bütün səviyyələrdə, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı (Aİİ), MDB və başqa beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıqdan, fəal dialoqdan məmnunluq ifadə ediblər.

 

Mirzoyanın Moskva ziyarətindən təxminən iki həftə sonra Ermənistanın baş naziri Nikol Paşinyan Ümumerməni Forumunda bildirib ki, KTMT ilə münasibətlərdə “dönüş olmayan nöqtə”yə yaxındırlar. Onun sözlərinə görə, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır: “Ermənistan KTMT-də iştirakını dondurdu, çünki bu struktur respublikanın suverenliyinə təhdid yaradırdı”.

Paşinyan onu da qeyd edib ki, ölkəsi Rusiya, Aİİ ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil. Onun sözlərinə görə, Ermənistan iqtisadi əlaqələrini şaxələndirməyə, Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı inkişaf etdirməyə çalışır: “Bu, əvəzetmə deyil, əlavədir”.

 

KTMT-nin baş katibi İmanqali Tasmaqambetov isə bildirib ki, təşkilat Ermənistanı bərabərhüquqlu tərəfdaş hesab etməkdə davam edir və bütün məsələlər üzrə dialoqa hazırdır.

Kremlin sözçüsü Dmitri Peskov onda Paşinyanın bəyanatına reaksiya verərək baş nazirin qiymətləndirməsi ilə razılaşmadığını bildirərək vurğulayıb ki, KTMT-dən heç bir təhlükə yoxdur: “Əksinə, təşkilat üzv ölkələrin suverenliyini qorumağa çağırır”.

Ermənistan son illər KTMT-nin tədbirlərində iştirak etmir.

Oktyabrın 2-də Varşava təhlükəsizlik Forumunda “Qlobal nizam və demokratiya: Cənubi Qafqazın xəritəsi?” mövzusunda keçirilən toplantıda çıxış edən Ararat Mirzoyan bildirib ki, Ermənistanın KTMT-dən çıxması ilə bağlı bütün riskləri diqqətlə qiymətləndirmək lazımdır. O, forumda ölkəsinin təşkilatdan çıxmasının perspektivləri ilə bağlı sualı cavablandırarkən deyib: “Əsas prioritet sabitlikdir və baş verə biləcək hər hansı bir proses xüsusən də risklər baxımından çox diqqətlə hesablanmalıdır”.

 
Aleksandr Bortnikov

Oktyabrın 4-də İrəvanda MDB-yə üzv ölkələrin xüsusi xidmət orqanları başçıları şurası keçirilir. Rusiya Federal Təhlükəsizlik Xidmətin direktoru Aleksandr Bortnikov həmin toplantıda vurğulayıb ki, Qərb Ermənistana imtiyazlı silah tədarükü və təhlükəsizlik təminatları qarşılığında rəsmi İrəvanı KTMT-dən çıxarmağa çalışır: “Bu da onu Bakı ilə münasibət məsələlərində NATO-dan daha da asılı vəziyyətə salacaq”.

Nikol Paşinyan müxalifətdə olduğu illərdə KTMT, MDB və Aİİ-yə qarşı çıxırdı. Ancaq birinciyə qarşı açıqlamalar versə də, o birilərdə fəaliyyətini davam etdirir. Bu qurumlar RF-nin liderliyi ilə qurulub. Odur ki, onların ikisi ilə əlaqə saxlayıb, birində “suverenliyə ziddir” iddiası ilə fəaliyyəti “dondurmaq” saxtakarlıqdır. Çünki Moskvanın patronluq etdiyi təşkilatlardan birinin pis, ikisinin iqtisadi-ticarət maraqları təmin etmək üçün şaxələnməyə əlverişli imkan yaratması məntiqli deyil.

Mirzoyanın KTMT məsələsində düşünməyin vacib olduğunu, prioritetin təhlükəsizliyə fokuslanması Paşinyan komandasında fikir ayrılığının olduğu ehtimalını irəli sürməyə əsas verir.

 

Aleksey Overçukun İrəvana səfəri, Aİİ hökumət başçılarının İrəvanda toplantısının keçirilməsi, tədbirdə Mixael Mişustinin iştirakı kimi hadisələrin Ararat Mİrozyanın risklərlə bağlı fikirlər söyləməsinə səbəb olduğunu ehtimal etmək mümkündür.

Odur ki, Ermənistan hakimiyyətinin ehtiyat etdiyi risklər aşağıdakılar ola bilər:

- Baqratın başçılıq etdiyi aksiya iğtişaşa çevrilə bilər;

- Qarşıdan gələn aylarda Rusiyadan Ermənistana ötürülən qaz kəsilər, yaxud azalar;

- Hərbi Gürcüstan yolu əlverişsiz hava şəraiti bəhanəsi ilə bağlanar;

- Ermənistan tərəfdən Azərbaycanla sərhəddə təxribat törədilər;

- Orduda qarşıdurma yaranar;

- Qaçqınlar hakimiyyətə qarşı etiraz aksiyası keçirər;

- Hökumət dəyişikliyinə cəhd olar;

- Rusiya hərbçiləri ilə qarşıdurma yaranar və s.

Bütün bunlar Ermənistanın təhlükəsizliyini təhdid edən, riski artıran hallardandır.

Odur ki, İrəvanın KTMT oyunu hələ bir az da sürəcək. Çünki risklər Ermənistana baha başa gələr. Azərbaycanla sülh danışıqlarında, o cümlədən sərhədlərin delimitasiya və demarkasiyası kimi məsələlərdə tutduğu istiqrarsızlıq, saxta barışsevərlik nümayişi KTMT-yə münasibətdə də özünü göstərir. Paşinyan və komandası dörd ildir Azərbaycan normallaşma prosesi ilə bağlı boşboğazlıq edirlər. Sülh təkiflərini müzakirə edərək konkret addımlar atmaqdansa, humanistliyi imitasiya edirlər. Yamsılamaq isə şounun bir janrıdır. Bütün tamaşalar bitir. Ona görə də Paşinyanın, Mirzoyanın təqlid teatrının repertuarı köhnəlib. Belə hökumətin sülh sazişinə atacağı imza etibarsız olar.

Yayğın, dağınıq başla siyasət yürüdən indiki Ermənistan hakimiyyətinin davamiyyəti çətin olacaq...(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam