Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rusiya nüvə doktrinasını DƏYİŞDİ: Putin düyməyə basacaqmı?

“Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydeni qabaqladı. ABŞ Prezidenti “Ukraynaya verdiyimiz raketlərlə Rusiyanın içərilərinə doğru zərbə vurmağa icazə verək, yoxsa verməyək” sualına cavab axtarana kimi Rusiya Prezidenti ölkəsinin nüvə doktrinasının dəyişdiyini elan etdi. Putin hər hansı dövlətin adi silahlarla Rusiyaya hücum edəcəyi təqdirdə ona qarşı nüvə silahından istifadə edə biləcəklərini açıqlayıb”.

Yenixeber.org: Bu barədə bizimlə söhbətində politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, yeni doktrinaya görə, Rusiyaya qarşı raket, təyyarə və ya PUA hücumu olarsa, Moskva nüvə silahından istifadə edə bilər: “Rusiya prezidenti bəyan edib ki, bu dəyişikliklər “müasir hərbi təhdidlərə qarşı” edilib. Putinin bu qərarı Ukraynaya ABŞ raketlərindən istifadə məsələsində Kiyevə məhdudiyyət qoya bilər. Ancaq məsələ burasındadır ki, Ukrayna ordusu Rusiya ərazisində – Kursk istiqamətində ABŞ və Avropa ölkələrindən aldığı mərmi və raketlərdən istifadə edir. Bu halda Putin düyməyə basacaqmı? Kreml sahibinin hədələri hələ işləmir, ancaq bu o demək deyil ki, Putin Rusiya ərazisində partlayışlara uzun müddət seyrçi qalacaq”.

Politoloqun qənaətincə, Putin ətrafındakı şovinistlərdən çəkinir: “Onlar Rusiya ərazisinin bombalanmasına seyrçi qalan Putinin zəif lider olmasına eyham vura bilərlər. Təsadüfi deyil ki, Kremlin televiziyadakı əsas ruporu Solovyov Kreml sahibinin istefasına eyham vuran cümlə işlədib. Putinin nüvə doktrinasını dəyişdirməyə ətrafındakı şovinistlərin əhval-ruhiyyəsi də təsir edib”.

E.Şahinoğlu deyib ki, Kreml sahibi son qərarı ilə həm də Qərb liderlərinə psixoloji təzyiqi artırmağa çalışır: “Müharibə uzanır və Qərbdə yorğunluq əlamətləri özünü göstərir. Bəziləri hətta torpaq itkisi hesabına olsa belə, Kiyevə Moskva ilə danışıqlara başlamağı təklif edirlər. Üstəgəl, bəzi Qərb ölkələri Ukraynaya əvvəlki səviyyədə hərbi texnika göndərməkdə çətinlik çəkdiyini açıqlamağa başlayıblar. Qərb ölkələrində bu tendensiya güclənərsə, Ukrayna üçün vəziyyət daha da mürəkkəbləşəcək”.(medianews.az) 

Turan ORUC


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam