Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSİYADA “GENERAL OVU”... – Şoyqudan sonra Gerasimovun da ətrafı “təmizlənir”

Son bir ayda Rusiyada 4 yüksək vəzifəli general həbs olunub. Həmin müddətdə həmçinin, nazir Sergey Şoyqu istefaya göndərilib. Rusiya Müdafiə Nazirliyi və ordu rəhbərliyində kadr dəyişiklikləri, könüllü və məcburi istefalar, eləcə də həbslər davam edir...

Yenixeber.org: Son məlumatlara görə, Rusiya Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarin həbs olunub, 20-ci Qvardiya Əlahiddə Ümumqoşun Ordusunun komandiri Suxrab Əhmədov isə tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun barəsində araşdırma aparıldığı bildirilir və əslən Çeçenistandan olan Əhmədovun da həbs ediləcəyi istisna olunmur.

General Şamarin Sergey Şoyqu müdafiə naziri postunu tərk etdikdən sonra həbs edilən üçüncü general oldu. Şoyqunun istefasından əvvəl isə onun müavini Timur İvanov həbs olunub və nazir onu heç cür “xilas edə” bilməyib. Ardınca da özü istefaya göndərilib.

Artıq xəbər verildiyi kimi, 2024-cü il mayın 23-də məhkəmə Baş Qərargah rəisinin müavini, RF Silahlı Qüvvələrinin Baş Kommunikasiya İdarəsinin rəisi Vadim Şamarini həbs edib. General-leytenant xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunur. Müstəntiqlərin fikrincə, o, təkcə bir fakt üzrə 36 milyon rubl rüşvət “qazanıb”. O, bu pulu Perm “Telta” telefon zavodunun baş direktoru Aleksey Vısokov və baş mühasib Yelena Qrişinadan Müdafiə Nazirliyinin ehtiyacları və dövlət müqavilələri əsasında tədarük olunan məhsulların həcminin artırılması müqabilində alıb. “TASS” agentliyi hüquq-mühafizə orqanlarına istinadla xəbər verir ki, artıq Vısokov və Qrişina Şamarinin əleyhinə ifadə veriblər.

“Mash” “telegram” kanalının məlumatına görə, onun ofisində axtarışlar mayın 22-də səhər tezdən baş tutub və beş saatdan çox davam edib. Şamarinin həyat yoldaşı və uşaqlarından mobil telefonlar və noutbuklar götürülüb. Onun adına yalnız Podolskda 12 milyon rublluq mənzil rəsmi qeydiyyata alınıb. Reallıqda isə qat-qat daha böyük varidata malik olduğu bildirilir.

Şamarin 2020-ci ildə Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi vəzifəsini icra edib, 2021-ci ildən isə idarənin rəisi və RF Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini təyin edilib. Onun həbsi zatən “vəzifə ömrünün” az qaldığı deyilən Qerasimovun hədəfdə olduğuna dair söz-söhbətləri daha da artırıb.

Bundan öncə, mayın 17-də general-mayor İvan Popov saxlanılıb. Rusiya Silahlı Qüvvələrinin 58-ci Ordusunun Zaporojye istiqamətinə cavabdeh olan keçmiş komandiri xüsusilə irimiqyaslı dələduzluqda şübhəli bilinir. İstintaq hesab edir ki, o, müdafiə xətlərinin tikintisi üçün humanitar yardım kimi alınan 130 milyon rubl dəyərində metal satıb.

Müharibə başlayandan sonra, 2022-ci ilin mayında Popov Kalininqrad vilayətindəki 11-ci Ordu Korpusunun qərargah rəisi təyin edilib. 2023-cü ilin martında general-mayor rütbəsi alıb və 58-ci birləşmiş ordunun komandanı olub. Onun ordusu Ukrayna müharibəsində Zaporojye istiqamətində iştirak edib. Lakin cəmi bir neçə ay sonra onun işdən çıxarılması xəbəri yayılıb. Həmin vaxt məlum oldu ki, buna səbəb Popovun Rusiyanın hərbi-siyasi rəhbərliyindən narazılığını açıq şəkildə ifadə etməsi olub. O, ordudakı özbaşınalıqdan və insanların “ət maşınına” göndərilməsindən, döyüşçülərin rotasiya edilməməsindən gileylənib. Raport yazıb. Bu da təbii ki, rəhbərliyin xoşuna gəlməyib və general vəzifəsindən kənarlaşdırılıb. 

Hətta onun oğlunun da məhz buna görə qondarma ittihamla həbs olunduğu iddia edilir. İndi isə onun özünü rəsmən dələduzluqda, rüşvətdə, metal oğurluğunda ittiham edirlər. İstintaq onun şəriklərinin krasnodarlı iş adamı və Cənub Hərbi Dairəsinin zabiti olduğunu bildirir, lakin onların adlarını çəkmir. “Mash” “telegram” kanalının verdiyi məlumata görə, Popov həmçinin aktiv döyüş əməliyyatları dövründə Zaporojye istiqamətində müdafiə istehkamlarını hazırlamamaqda şübhəli bilinir.

Mayın 14-də Rusiya Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov xüsusilə külli miqdarda rüşvət aldığına görə həbs edilib. Müstəntiqlərin fikrincə, 2021-2023-cü illərdə Kuznetsov Baş Qərargahın səkkizinci idarəsinə rəhbərlik edərkən, krasnodarlı erməni iş adamı Lev Martirosyan Krasnodar diyarında Kuznetsov üçün torpaq sahəsi alıb və orada 1000 kvadrat metrdən çox sahəsi olan ev tikib. Bu, iş adamına təxminən 30,5 milyon rubla başa gəlib. Mülk Kuznetsovun arvadının adına rəsmiləşdirilib. Bunun üçün general-leytenant Martirosyana 372 milyon rubl dəyərində dövlət müqavilələrinin bağlanmasında köməklik edib.

Axtarışlar zamanı generaldan 100 milyon rubldan çox pul, qızıl sikkələr, kolleksiya saatları və dəbdəbəli əşyalar götürülüb.

Mayın 23-də Yuri Kuznetsov vaxtilə Çernobıl AES-dəki qəzanın ləğvində iştirak etdikdən sonra qalxanabənzər vəzində problemlər olduğunu qeyd edərək, ev dustaqlığına buraxılmasını xahiş edib. Lakin məhkəmə onu həbsdə saxlayıb.

Bu “general ovu”nun öz mənbəyini aprelin 23-də Şoyqunun müavini, Müdafiə Nazirliyinin obyektlərinin tikintisinə və əsaslı təmirinə cavabdeh olan Timur İvanovun həbsindən götürdüyü məlumdur. O, həmin gün Müdafiə Nazirliyinin iclasından sonra iş yerində saxlanılıb. Bundan sonra Şoyqunun vəzifədən çıxarılacağı proqnozlaşdırılırdı və bu proqnozlar özünü doğrultdu.

İvanovun vəkilinin sözlərinə görə, istintaq hesab edir ki, general üçün rüşvət qismində dəyəri bir milyard rubla yaxın olan bir neçə obyekt pulsuz tikilib. Belə ki, “Olimpsitistroy” MMC-nin ortaq sahibi Aleksandr Fomin İvanov üçün tikdiyi obyektlərin müqabilində nazirlikdən milyardlarla rubl məbləğində müqavilələr əldə edib. Mayın 21-də məhkəmə iki dəbdəbəli avtomobili və İvanovun motosikletini müsadirə edib. Bundan başqa, iş çərçivəsində İstintaq Komitəsinin tələbi ilə onun qohumlarının əmlakına, valideynlərinin hesablarına həbs qoyulub.

Yeri gəlmişkən, Timur İvanovun və Yuri Kuznetsovun işi Rusiya Federasiyası İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin eyni bölməsi tərəfindən araşdırılır.

Ancaq bundan əvvəl də müharibənin gedişində bir neçə general korrupsiya ittihamı ilə həbs olunub. 2023-cü il sentyabrın 6-da iki general-mayor rüşvətxorluğa görə həbs edilib: 1-ci Xüsusi Hava Hücumundan Müdafiə Ordusunun keçmiş komandiri Konstantin Oqienko və 4-cü Hava Hücumundan Müdafiə Diviziyasının komandiri Dmitri Belyatskinin.

Ümumiyyətlə, Ukrayna ordusunun bu müharibədəki ən vacib və effektiv müttəfiqlərindən biri Rusiya ordusundakı korrupsiyadır. Məhz korrupsiya sayəsində Rusiya ordusunun kağız üzərində göstəriləndən qat-qat bərbad durumda olduğu üzə çıxdı. Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin ilk günlərində bu vəziyyət özünü tam çılpaqlığı ilə büruzə verdi. Ordunun bu dərəcədə acınacaqlı vəziyyəti hətta bütünlükdə korrupsiya sistemin başında duran Putinin özü üçün də gözlənilməz olmuşdu...

Lakin indi artıq Rusiya iqtisadiyyatı müharibənin ağırlıqlarını daşımaqda çətinlik çəkir və istər Şoyqunun istefaya göndərilməsi, istər onun yerinə iqtisadçının gətirilməsi, istərsə də generalların həbsi həm də ordudakı yeyintilərin əl-ayağını mümkün qədər yığmağa hesablanıb. Çünki talama prosesi bu cür davam etsə, Rusiyanın çöküşü sürətlənə, qaçılmaz ola bilər...

Putin Baş Qərargahı niyə təmizləyir, cəbhədə hər şey plana uyğun gedirmi və uğursuzluqlara görə daha kimlər qurban edilə bilər?

Hərbi analitik Yuri Fedorov general Vadim Şamarinin həbsini yerli mediaya şərh edərkən bildirib ki, telefon avadanlığının təchizatı ordu üçün çox vacibdir, çünki rabitəsiz döyüşmək mümkün deyil. Ekspertin sözlərinə görə, Ukrayna ilə iki illik müharibə zamanı Şamarin bu sahədəki problemləri düzəldib, yəni mümkün korrupsiyaya baxmayaraq, o, tamamilə effektiv idarəçi olub.

Fedorov əmindir ki, Rusiya ordusunun cəbhədəki hazırkı irəliləyişini çətin ki, uğurlu adlandırmaq olar: “Görünür, Putinin planı Gerasimova belə məlum deyil, amma indi cəbhədə görünənlər yay kampaniyasının əsas məqsədi deyil. Ona görə də dövlət təhlükəsizliyi artıq ordunun uğursuzluqlarına görə günahkar axtarır”.

Sosioloq Nikolay Mitroxin isə Rusiya ordusundakı kütləvi təmizləmələrin səbəblərini belə izah edir: “Rusiyada müdafiə naziri dəyişdi, Şoyqunu Belousov əvəzlədi. O, iqtisadçı, büdcə xərclərinin səmərələşdiricisi və yaxşı statistdir. İndiyə qədər orduda nəhəng büdcə oğurluqları baş verirdi və Kremldə hamı bundan xəbərdar idi. Bu, ilk dəfə deyil ki, Putin dövlət vəzifələrinə təyin etdiyi ən yaxın dostlarının cinayətlərini ört-basdır edir, ikinci, üçüncü, dördüncü eşalonda yer alan məmurlara qarşı cinayət işlərinin açılmasına icazə verir. Ona görə də hər şey kifayət qədər məntiqli görünür və ordu bunu sakit qəbul edir və əksər hallarda dəstəkləyir. Putin bununla da öz gücünü və ordudakı təsirini gücləndirir və rus xalqı da açıq şəkildə oğurluq edən məmurlara qarşı təzyiqləri dəstəkləyir”.

Nikolay Mitroxin həbslərin FSB tərəfindən həyata keçirilməsini belə izah edir: “Bu işdə FSB-dən başqa qurumlar da var. Məsələn, rabitə rəisinin son həbsi ilə Baş Prokurorluq məşğul olur. Təbii ki, hərbçilərlə bağlı qüdrətli FSB-də zəngin materiallar var. Onları uzun müddət yola veriblər, amma indi yığdıqlarını təhvil verməlidirlər”.(Azpolitika)

Rasim Əliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam