Redaktor seçimi
“Rəqabət Məcəlləsi” Kamaləddin Qafarovu durdura biləcəkmi? -
Məşhur Məmmədovun biznesi və şansları necə “əriyir?” -
Ramil Rəhimov Abşeron-Xızı Mədəniyyət İdarəsində oturub Quba-Xaçmazdakı əməllərini ört-basdır edir -
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir -
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Günün xəbəri

ATƏT-siz sülh danışıqlarının müsbət nəticələri –Vasitəçisiz daha yaxşıdır

Politoloq: “Sülh istiqamətində tərəqqiyə nail olunur, həm Bakıdan, həm də İrəvandan müsbət bəyanatlar verilir”

Yenixeber.org: ATƏT-in fəaliyyətdə olan sədri Yanq Borq ötən gün Azərbaycanda səfərdə olub. ATƏT sədri Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Görüşlərdə yaddaqalan açıqlamalar verildi. İrəvandan Bakıya gələn Yanq Borq işgüzar səfəri zamanı Azərbaycan lideri ilə görüşdə bildirib ki, ATƏT Azərbaycanla Ermənistan arasında normallaşma prosesini dəstəkləyir. Borq bildirib ki, sülh istiqamətindəki səylər təqdir olunur.

Azərbaycan Prezidenti qeyd edib ki, sülh prosesinin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz Azərbaycandır. Ölkə başçısı onu da bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqların işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk Qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməyib. Bu illər ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlət başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk Qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Bildirib ki, Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.

Daha sonra XİN başçısı Ceyhun Bayramov Borqla görüşüb və ATƏT sədri ilə müzakirə zamanı Azərbaycanla  təşkilat arasında əməkdaşlıq, COP29-dan irəli gələn tərəfdaşlıq imkanlarından danışılıb. Bununla yanaşı,postmünaqişə dövründə regiondakı vəziyyət müzakirə olunub. Bayramov Bakı ilə İrəvan arasında diplomatik yolla əldə edilənləri “tarixi nəticə” adlandırıb: “Nəticələr ona görə uğurludur ki, bu, iki dövlət arasında birbaşa danışıqlarla əldə olunub. Son 30 ildə ilk dəfədir ki, iki ölkə masa arxasında razılaşır və 4 işğalda olan kəndimiz Azərbaycana qaytarılır”. XİN başçısı eyni zamanda, Bakı ilə İrəvan arasındakı sülh gündəliyinə də toxunub və, Münhen, Berlin və Almatı şəhərində erməni həmkarı ilə reallaşan görüşləri nümunə göstərib. Bildirib ki, tərəflər sülh yolda inamla addımlayır.

“Azərbaycan tərəfi üçün ən önəmli məqam ondan ibarətdir ki, bu, ədalətli, beynəlxalq hüquqa əsaslanan və gələcəkdə hər hansı açıq məqamları yenidən masaya çıxarılmasını istisna edən saziş olmalıdır. Azərbaycanın mövqeyi qarşı tərəfə çatdırılır və qarşı tərəfin də gözləntilərini, arqumentlərini diqqətlə izləyirik”, - deyə Bayramov vurğulayıb.

ATƏT sədri də çıxışında XİN başçısının fikirlərini təsdiqləyib və delimitasiya-demarkasiya ilə bağlı razılığı “düzgün istiqamətdə atılan addım” kimi qiymətləndirib: “Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması ATƏT üçün prioritetdir. Sərhədlərin delimitasiyasına başlanılması müsbət addımdır. Sülhün alternativi yoxdur. Ermənistanla Azərbaycan arasındakı praqmatik məsələləri dəstəkləyəcəyik”.

ATƏT sədrinin Bakı səfəri və müzakirələr zamanı səsləndirilən fikirlərlə bağlı, eyni zamanda sülh prosesi ilə əlaqədar suallarımızı politoloq Fikrət Sadıqov cavablandırıb. Analitik bildirib ki, Prezident də, XİN başçısı da ATƏT sədrinə mövqeyimizi bildirdi, bir sıra məsələlərə aydınlıq gətirildi:

- Rəsmi Bakı Minsk Qrupunun fəaliyyətindən çoxdan imtina edib. Prezident həmsədrlik institutunun fəaliyyətinə ehtiyac qalmadığını hələ 44 günlük müharibədən sonra həmsədrlərlə görüşündə demişdi. Bir daha Minsk Qrupuna ehtiyac qalmadığı ATƏT sədrinin diqqətinə çatdırıldı. Almatıda XİN başçılarının görüşü, müzakirələr də bunu təsdiqləyir. Nazirlərin görüşü vasitəçisiz keçirildi ki, bu, müsbət haldır. Hətta görüşə ev sahibliyi edən Qazaxıstan nümayəndəsi də görüşdə iştirak etmədi. Demək istədiyim odur ki, ikitərəfli danışıqların nəticəsi kifayət qədər müsbət olur. Sülh istiqamətində tərəqqiyə nail olunur, həm Bakıdan, həm də İrəvandan müsbət bəyanatlar verilir. ATƏT də bunu alqışlayırsa, dəstəkləyirsə, nə gözəl.

- Sülh istiqamətində müsbət mesajlar verilməsi sazişin imzalanmasına yaxınlaşıldığının göstəricisidir?

- Düzdür, rəsmi Bakı İrəvanın hərəkətlərinə çox ehtiyyatla yanaşmalıdır, reaksiya verməlidir. Çünki bəzi hallarda İrəvanın bəyanatları ilə addımları arasında ziddiyyətlər özünü göstərir. Bəzən Ermənistan ikibaşlı mesajlar verir. Biz öz siyasi prioritetlərimizi həyata keçirərkən İrəvanın bu hərəkətlərinə ehtiyatla reaksiya verməliyik. Ermənistanın Baş naziri Nikol Paşinyan da, xarici işlər naziri Ararat Mirzoyan da o qədər ziddiyyətli bəyanatlar verir ki, bizim mövqeyimiz sərt, həm də çevik olmalıdır. Mümkündür ki, razılaşmalar tamamlansın və sülh sazişi payızadək imzalansın.

- Sülh prosesi getdiyi zaman Paşinyan hökumətinə qarşı etirazlar keçirilir, müxaliflər hazırkı iqtidarı devirmək niyyətindədirlər. Baş verənlər sülh prosesinə hansı təsiri göstərə bilər?

- Ermənistan hakimiyyəti, Baş naziri açıq şəkildə bildirdi ki, bu etirazlar sülh danışıqlarını, delimitasiya prosesini poza bilməz. Eyni zamanda, hakimiyyətin devrilməsi üçün güc strukturlarının da etirazçılara qoşulması lazımdır. Güc strukturları isə Paşinyanın nəzarətindədir. Nəzarətdən qismən kənarda qalan ordudur ki, məncə, ordu etirazçılara qoşulmayacaq. Çünki ordunun başında dayanan əsas şəxslər Paşinyanın adamlarıdır.

Ola bilsin ki, indi deyəcəklərim bir qədər qəribə səslənir, amma deyim ki, ola bilsin, Ermənistandakı aksiyaların təşkilatçısı da elə Paşinyanın özü olsun. Bununla göstərmək istəsin ki, İrəvan sülhə hazırdır, amma xalq istəmir. Bilirsiniz, İrəvan hər zaman ikibaşlı oyun oynayır. Əgər belədirsə, o zaman sülh prosesinə Ermənistanda baş verənlər müəyyən qədər təsir göstərə bilər. Amma çevriliş ehtimalı azdır. Çünki Ermənistan əhalisinin böyük əksəriyyəti Paşinyan hakimiyyətini dəstəkləyir.(AYNA)  

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam