Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kəşfiyyat Mübarizəsində “Qırmız Çizgilər” Keçilib -ANALİZ

16 kəşfiyyat orqanı... - Onlar çoxları üçün kabusa çevrilib

Yenixeber.org: ABŞ Rusiya şirkətləri ilə əməkdaşlıq edən üçüncü ölkə şirkətlərinin sayını artırıb, Vaşinqtonda hər ay yeni siyahılar dərc olunur. ABŞ-nin Pekindəki səfiri Nikolas Börns bildirib ki, Vaşinqton Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları pozan 31 Çin şirkətinə sanksiya tətbiq edib. Səfir bu şirkətlərin Rusiyanın hərbi və mülki təyinatlı aerokosmik və istehsal avadanlıqlarının hazırlanmasında və tədarükündə rolunun olduğunu iddia edib. ABŞ Çinin “Wuhan Global Sensor Technology”, “Wuhan Tongsheng Technology” şirkətlərinə də Rusiyaya hərbi məqsədlər üçün optik məhsullar və sensorlar satmaqda, “Tulun International Holding” şirkətini isə pilotsuz uçuş aparatlarında istifadə edilən Qlobal Naviqasiya Peyk Sistemlərini (GNSS) satmaqda ittiham edərək sanksiya tətbiq edib.

Bu arada, Çinin ABŞ-ı sarsıtmağa yönəlmiş kibercasusluq  hücumlarıyla bağlı amansız kampaniyada “qırmızı çizgiləri” keçdiyi iddia edilib. Çin istehsalı olan liman kranlarından “casus kranları” kimi istifadə etməsi və onun dağıdıcı “Volt Tayfun” kiberhücum kampaniyası üzə çıxıb. Kəşfiyyatçı yük kranlarının istehsalçısı Şanxayda yerləşən şirkətdir. Həmin şirkətin kranları Birləşmiş Ştatlardakı böyük limanlarda istifadə edilib. Məlum olub ki, həmin kranlar kameralar və qabaqcıl internet bağlantısı ilə təchiz olunub. Bu kameralar gizli casus rolunu oynayıb. Digər tərəfdən kranlarda quraşdırılan texnoloji vasitələr ABŞ limanlarındakı müxtəlif əməliyyatları pozmağa imkan verib. Bir müddət əvvəl ABŞ-ın “The Wall Street Journal” qəzetinə adını açıqlamayan mənbə bildirmişdi ki, liman kranları “Troya atı”dır, çünki onlar yüklənmiş konteynerlərin mənşəyini və təyinat yerini təyin edə bilən sensorlarla təchiz olunub. Çin kəşfiyyat məlumatları toplamaq məqsədilə ABŞ-ın hava məkanına hava şarları da göndərmişdi. Bu şarların aşkarlanması bir ara iki ölkə arasındakı münasibətləri gərginləşdirmiş, qarşılıqlı səfərlərin təxirə salınmasına səbəb olmuşdu.

ABŞ təhlükəsizlik strukturları Çin istehsalı olan kranlarda casus şəbəkələrini aşkarladıqdan sonra həmin kranların istifadəsindən imtina edilib. ABŞ Yaponiya istehsalı olan kranlara üstünlük verərək, bunların alışına  təxminən 20 milyard dollar xərcləmək məcburiyyətində qalıb.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam