Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Avropa İttifaqı Azərbaycanla enerji əməkdaşlığını pozur? -Prezident əsas narazılıq doğuran məqamları açıqladı, ekspert nə düşünür?

news content

“Biz daha çox investisiya qoymalı idik, daha çox qaz hasil etməli idik, lakin qazıntı yanacağı layihələrini maliyyələşdirmək üçün maliyyə institutları ilə bağlı məhdudiyyət var. Məsələn, Avropa İnvestisiya Bankı bu məsələni tamamilə portfelindən çıxarıb. Avropa Yenidənqurma və İnkişaf Bankı qazıntı yanacağı layihələri üçün kiçik bir vəsait ayırıb. Beləliklə, Avropa Azərbaycandan necə əlavə qaz əldə etmək istəyir ki, heç maliyyələşməni də təmin etmir”.

Yenixeber.org: Bu sözləri Prezident İlham Əliyev aprelin 24-də ADA Universitetində keçirilmiş “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” beynəlxalq forumunda çıxışında deyib.

Azərbaycanla Avropa İttifaqı, ABŞ, Qərb institutları arasında uzun müddətdir müxtəlif problemlərlə, xüsusən demokratiya, insan hüquqları sahəsində ciddi fikir ayrılıqları, mübahisələr var. Son dövrlərdə bu istiqamətdə gərginlik daha da artıb. Amma Avropa Azərbaycanın sabit enerji tərəfdaşı olaraq qalıb, son iki onillikdə bu əməkdaşlıq durmadan genişlənib və hər iki tərəfə çox böyük həcmdə iqtisadi fayda verib.

İlham Əliyev bu ilin yanvarın 10-da yerli televiziyalara müsahibəsində Avropanın 8 ölkəsinin Azərbaycandan qaz aldığını bildirmişdi.

“Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkədir. Bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan artıq bizim qaz sistemimizə qoşulub, müxtəlif interkonnektorlar yaradılıb və bütün bu interkonnektorların təkanverici qüvvəsi Cənub Qaz Dəhlizi olub”. 

Onun sözlərinə görə, Azərbaycan qazına tələbat var və artacaq.

“Resurslarımız var, “Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Keçən il başlamışdır, amma bu il artıq 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Bu, əlavə resursumuzdur. Ondan sonra, ümid edirəm ki, hər halda qarşıya belə vəzifə qoyulub, bu ilin sonuna - dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” yatağında “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Orada da potensial çox böyükdür. Bizim digər layihələrimiz və “Abşeron” qaz yatağının ikinci fazası - bu barədə də qərar qəbul edilməlidir, yəni, investisiya qərarı. Bu qərar qəbul olunarsa, əminəm ki, olunacaq, “Abşeron”da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək”, - dövlət başçısı vurğulamışdı.

Ötən ilin statistikası Azərbaycanda istehsal edilən neft və qazın əsas alıcılarının Avropa ölkələri olduğunu göstərir. 

Məsələn, Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2023-cü ildə Azərbaycanda kondensatla birgə 30,2 milyon ton neft çıxarılıb. Bundan 16,2 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub. Komitə ixrac ünvanlarını statistik dəyərə görə belə sıralayıb: İtaliya, İsrail, Hindistan, Almaniya, İspaniya, Çexiya, Türkiyə, Xorvatiya, Yunanıstan, Böyük Britaniya, Rumıniya, İrlandiya, Vyetnam, Portuqaliya, Avstriya, İndoneziya, Fransa, Sinqapur, Tunis, Malayziya, Avstraliya, Tailand. Hesabatdan görünür ki, Azərbaycan neftinin müştəriləri arasında kifayət sayda Avropa ölkəsi var.

Qaz ixracına gəldikdə, energetika naziri Pərviz Şahbazov Azərbaycandan 2023-cü ildə 23,8 milyard kubmetr qaz ixrac olunduğunu açıqlayıb.  Nazir bildirib ki, ixrac olunan qazın 11,8 milyard kubmetri Avropaya nəql olunub.

“Yanvar-dekabr aylarında qaz ixracı 5,3% artıb. Avropaya 11,8 mlrd. kubmetr, Türkiyəyə 9,5 mlrd. kubmetr, Gürcüstana isə 2,5 mlrd. kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 5,6 mlrd. kubmetr qaz nəql olunub”,  - P. Şahbazov qeyd edib.

Prezident İlham Əliyevin ADA-dakı çıxışında Avropa İttifaqının enerji əməkdaşlığına yaratdığı yeni manelərə toxunulur. Dövlət başçısı qeyd edir ki, bununla əlaqədar bir vacib məsələ Avropada qazıntı yanacağı ilə bağlı qoyulmuş məhdudiyyətlərdir: “Biz burada bir ziddiyyət görürük və biz bu məsələni artıq avropalı tərəfdaşlarımız qarşısında qaldırmışıq. Bir tərəfdən Avropa, Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir - bu məqsədlə təqribən iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanmışdır”.

İ.Əliyev daha sonra sual edir: “Avropa Azərbaycandan necə əlavə qaz əldə etmək istəyir ki, heç maliyyələşməni də təmin etmir. Çünki belə bir layihə üçün neft və ya qaz boru kəmərlərinin olub-olmamasından asılı olmayaraq, bizim icra etdiyimiz bütün layihələrdə korporativ maliyyələşmə 30 faiz səviyyəsindədir. Qalan hissə borca götürülmüş vəsaitdir”.

Dövlət başçısı daha bir problemin yaşıl enerji və qazıntı yanacağının birləşməsi ilə bağlı olmasına diqqət çəkir: “Hesab edirəm ki, qazıntı yanacağına dünyada hələ uzun illər ərzində tələbat olacaq. Bu gün qazıntı yanacağına tələbatın olmayacağını söyləmək sadəlövhlük olardı. Dünya buna hazır deyil, dünya iqtisadiyyatı buna hazır deyil və sənaye buna hazır deyil. Beləliklə, hesab edirəm ki, ən yaxşı yol çata bilməyəcəyimiz hədəfi qoymaqdansa, sinerji yaratmaq və təkamül yolu ilə irəliləməkdir. Bizə gəldikdə, biz bunu edirik”. 

Azərbaycanın artıq 30 ildir, beynəlxalq neft şirkətləri ilə əməkdaşlıq etdiyini, Xəzər dənizinə xarici şirkətləri dəvət edən ilk ölkənin Azərbaycan olduğunu xatırladan dövlət başçısı bəyan edib ki, Azərbaycan qazıntı yanacağından istifadəni dayandırmayacaq. “Biz bunu etməyəcəyik. Lakin, eyni zamanda, diqqətimizi yaşıl gündəliyə yönəldəcəyik”, - o vurğulayıb.

Avropa İttifaqı ilə Azərbaycan arasında yaranmış ziddiyyətləri şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban əvvəlcə qeyd etdi ki, “qazıntı yanacağı” anlayışını düzgün tərcümə etmirlər. “İngiliscə “fosil energi” deyilir, yəni, ənənəvi olan, indiyə qədər istifadə olunan enerjidən söhbət gedir. Neft, qaz və kömür – bunlara niyə “qazıntı yanacağı” deyirlər, qəribədir” – o əlavə edib. 

Ekspert vurğulayır ki, Azərbaycanla Avropa arasında bu məsələdə yaranmış fikir ayrılıqlarını prezident kifayət qədər açıqlayıb:

“Bildirib ki, biz bu məsələni onların qarşısında qaldırmışıq, amma onu necə həll etmək istəyirlər, məlum deyil. Bu da ondan irəli gəlir ki, Avropa Azərbaycandan aldığı qazın həcminin artırılmasını istəyir. Birincisi, ənənə belədir ki, həmin işi görmək üçün investisiyaların 30 faizini özümüz qoyuruq, 70 faizini kredit götürürük. İndi “Şahdəniz-2” layihəsində olduğu kimi krediti rahat ala bilmirik. Siz (Avropa İttifaqı – Turqut.) 2020-ci ildən sonra öz siyasətinizdə elə bir dəyişiklik edibsiniz ki, ənənəvi yanacağın hasilatı, nəql edilməsi, bu istiqamətdə digər məsələlərin həlli üçün güzəştli kreditlər ayrılmasın”. 

İ.Şaban xatırladır ki, 2022-ci ildə Prezident İlham Əliyev və Avropa Komissiyasının başçısı Ursula von der Leyenlə Avropaya qaz satışının həcminin 10 milyarddan 20 milyard kubmetrə qədər artırılması ilə bağlı Enerji sahəsində əməkdaşlığa dair Memorandum imzalayıblar: 

“Biz bunu öhdəlik kimi deyil, hədəf kimi qəbul etmişik. Bu il artıq biz Avropa bazarlarına 12 milyard kubmetr qaz verəcəyik. Xatırladım ki, 2021-ci ildə bu həcm 8 milyard kubmetr idi. Yəni həcmi 50 faizə qədər artırmışıq, bundan sonra 8 milyard kubmetrə qədər də artırmaq hədəfimiz var. Bunun üçün də ən böyük resurs “Abşeron” yatağının ikinci mərhələsindən çıxacaq qazdır. Bu, “Şahdəniz-2”-dən də mürəkkəb, çətin, böyük kapital qoyulası yataqdır. Avropa İttifaqı isə elan edib ki, artıq 2040-cı ildən etibarən ənənəvi enerjini ya öz bazarına qəbul etməyəcək, ya da həcmini kifayət qədər aşağı salacaq. 

Ona görə də prezidentdə məntiqi bir sual yaranır: Yaxşı, tutaq ki, biz buna öz vəsaitimizi qoyduq, amma Avropa bizdən uzunmüddətli dövr üçün qaz almır, öz istehlakçılarına da tövsiyə edir ki, uzunmüddətli müqavilələrlə ənənəvi enerji almayın. Qısamüddətli 1, 2, 3 illik müqavilələrlə əməkdaşlığı başa vuraq. Azərbaycan layihə gücü ilə bu həcmi 2030-cu ildə Avropa bazarlarına çıxarır, amma cəmi 10 il vaxt qalır. 10 il bu işə yatırılan sərmayəni çıxarmaq üçün kifayət deyil axı… Bizim “Şahdəniz-2” layihəsi ilə bağlı 25 illik müqavilələrimiz vardı. Bu o deməkdir ki, Avropa bazarları 2045-ci ilə qədər bizdən qaz almalıdırlar. Həmin tarixə qədər olmasa da, müqavilələr kifayət qədər uzunmüddətlidir və qoyulan sərmayəni çıxarır, gəlir gətirir. Amma indi Avropa bunu etmək istəmir, o zaman Azərbaycan nə etməlidir? Qaz satışının müxtəlif yolları axtarılır, onu hidrogenə, digər qaz məhsullarına çevirib başqa ölkələrdə satmaq və s. Yəni belə məsələlər var, prezident də onları açıqladı”.(Pressklub)

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam