Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bir jurnalistin təkamülü, yaxud Paşinyan necə siyasətçi oldu -“Qarabağ Ermənistandır və nöqtə”dən başlayan yol...

news content

Ermənistanın baş naziri Nikol Paşinyanın keçdiyi siyasi təkamül yolu maraq doğurur. Bəzi qüvvələr bu təkamülə sevinir, bəziləri təəccüblənir, nəhayət, bəziləri narazı və qəzəblidirlər.

Yenixeber.org: Sözsüz ki, qəzəblənənlər siyahısına Rusiya hakimiyyəti və onun Ermənistandakı forpostu sayılan qüvvələr başçılıq edir. Paşinyanın təkamülü onları qətiyyən qane etmir, hətta onlar üçün təhlükəlidir. İnsaf naminə qeyd etmək lazımdır ki, Moskva hələ ilk gündən Paşinyanın təhlükə olduğunu anlamışdı və buna görə də onun baş nazir olmaması üçün əlindən gələni edirdi. Amma alınmadı.

Nikol Paşinyanın siyasi təkamülündən qəzəblənən qüvvələr arasında Qərbdəki erməni diasporunu da göstərmək lazımdır. Baş nazir onların uydurma “Böyük Ermənistan” planlarına qətiyyən uyğun gəlmir, Qarabağ itirilib, Paşinyan erməniləri tamamilə fərqli istiqamətə aparır. 

Amma maraqlıdır ki, diasporun geniş şəkildə təmsil olunduğu və meydan verildiyi Qərb hakimiyyət dairələrində bu təkamül razılıqla qarşılanır. Niyə də yox? Ermənistan baş naziri ölkəni Rusiyanın ağuşundan çıxarır, üzünü Qərbə tərəf çevirir. Uzun müddət Qərbin Qafqaza girməsi yolunda maneə olan Qarabağ problemi həll olunub, ABŞ-ın da, Avropanın da, Çinin də marağında olduğu “Orta dəhliz” açılır.

Ermənistanda əhali həm sevinir, həm heyrətlənir, həm də qəzəblənir. Ona görə heyrətlənir ki, Paşinyanın gəlişi özü ilə erməni cəmiyyəti üçün öyrəşmədiyi demokratiya, azadlıq gətirib. Ona görə sevinir ki, ölkə Rusiya buxovlarından azad olur, iqtisadi dirçəliş var. Nəhayət, nə qədər absurd olsa da, eyni zamanda ermənilərin də qollarına vurulan qandal rolunu oynayan Qarabağ problemi hansısa formada həll olunur. Amma həm də ona görə qəzəblidirlər ki, Qarabağ problemi onların istədiyi formada həll olunmayıb və artıq geri dönüş yoxdur... 

Bu fərqli münasibətin kökündə nə durur və ümumiyyətlə, Paşinyanın siyasəti nədir? Bunun üçün ən azı, onun son olaraq Britaniya mətbuatına verdiyi müsahibəsindəki bəzi məqamlara göz ataq: 

- Biz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin praktiki mərhələsindəyik və bu, təhlükəsizlik risklərinin minimuma endirilməsi nöqteyi-nəzərindən çox mühümdür.

- Ermənistanla Azərbaycan arasında SSRİ-nin dağıldığı dövrdə mövcud olan sərhədləri bərpa etmək lazımdır.

- Əslində biz Qərbdən heç vaxt uzaq olmamışıq. Demokratiya sahəsində əldə etdiyimiz nailiyyətlər əlaqələrimizin dərinləşməsinə xidmət edir. 2018-ci il inqilabından sonra demişdik ki, demokratiya bizim üçün bir anlıq dəyər deyil, strategiyadır. Diversifikasiya məsələsi də var ki, bu da öz növbəsində səbəb deyil, nəticədir. Onu da qeyd edim ki, diversifikasiya hazırda dünyadakı tendensiyadır.

- İstənilən investisiya sülh tələb edir, o cümlədən regional kontekstdə. Biz Azərbaycanla son beş ayda iki mühüm razılaşma əldə etmişik. Sülh ilk növbədə Ermənistan və Azərbaycan xalqlarına lazımdır. 

- Biz Azərbaycanla razılığa gəldik ki, delimitasiya üçün əsas kimi 1991-ci il Alma-Ata Bəyannaməsini qəbul edirik.

- Alma-Ata Bəyannaməsinə əsasən, orada qeyd olunan sərhədlər həm də KTMT-nin məsuliyyət zonası hesab edilir. Bu o deməkdir ki, əgər sərhədlər pozulursa, o zaman KTMT mexanizmləri işə salınmalıdır. Lakin bu cür hallar baş verəndə Ermənistan KTMT-yə müraciət etsə də, sərhədlərin delimitasiyası aparılmadığına görə heç bir cavab almayıb.

- Hazırda biz KTMT-də iştirakımızı praktiki olaraq dayandırmışıq və vəziyyət belə davam edərsə, geri dönüşü olmayan həddə çata bilərik.

- Bu yaxınlarda Dağlıq Qarabağdan olan bir qadın məndən ermənilərin Dağlıq Qarabağa qayıtmasının nə dərəcədə real olduğunu soruşdu.

Mən indiki vəziyyəti, dünyadakı situasiyanı və Azərbaycanın mövqeyini nəzərə alaraq, səmimi cavab verdim ki, bu, hazırda mümkün deyil. Çünki əks halda etnik təmizləmə baş verməzdi. Bunun qarşısını almaq üçün hər cür səy göstərmişik.

- Sizə düzünü demək istəyirəm: Ermənistan Dağlıq Qarabağ uğrunda döyüşmək fikrində deyil. Hazırkı proseslər sülhə və regional təhlükəsizliyə yönəlmiş səylərimizin səmimiliyinə dəlalət edir.

- Son beş ayda Azərbaycanla mühüm razılaşma əldə olunub və bu, sülhün ilk benefisiarlarının Ermənistan və Azərbaycan xalqları olduğunu göstərir. Bu nəzəri tezis addım-addım əsaslı şəkildə həyata keçirilə bilər.

- Ermənistanın heç bir istiqamətdə - nə şimalda, nə cənubda, nə qərbdə, nə də şərqdə 29 743 kv.km-dən artıq əraziyə ambisiyaları yoxdur. Hesab edirik ki, müstəqilliyimizi, suverenliyimizi bu əsasda qurmalı və inkişaf etdirməliyik.

- Əslində bizim regionda münasibətlərin diversifikasiya siyasətinə Rusiya başlayıb və bu siyasətin konkret tarixi var. 2012-2013-cü ilə qədər siyasət Ermənistanın Rusiyanın Cənubi Qafqazda və KTMT çərçivəsində müttəfiqi, Azərbaycanın isə tərəfdaş olmasından ibarət idi. 2013-cü ildə Rusiya ilə Azərbaycan arasında çoxmilyardlıq silah müqaviləsi imzalandı və Rusiya Azərbaycanla münasibətlərini diversifikasiya etməyə başladı.

- Biz sülh gündəmini ardıcıl olaraq təbliğ etməliyik, çünki bu, düşmənçiliyin kökünün kəsilməsinin açarıdır.

- Bu proses üç əsas prinsipə əsaslanmalıdır: qarşılıqlı şəkildə suverenliyin tanınması, delimitasiya prosesi üçün əsas kimi Alma-Ata Bəyannaməsindən istifadə və müvafiq ölkələrin yurisdiksiyası əsasında nəqliyyat marşrutlarının açılması.

Paşinyanın son açıqlamaları, siyasi təkamülü belədir. Və sual yaranır: Azərbaycanda onun bu təkamülünə münasibət necədir və ümumiyyətlə, necə olmalıdır?

Baş nazir müsahibəsində bir çox başqa məsələlərə də toxunub. Onların arasında Azərbaycan tərəfini qane etməyən məqamlar, uydurma iddialar da kifayət qədərdir. Və bu zaman unutmaq olmaz ki, Paşinyan hər şeydən öncə erməni xalqını təmsil edir və onun başçılıq etdiyi ölkə 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Özü isə hakimiyyətə gəldiyi ilk vaxtlarda Xankəndinin mərkəzində “Qarabağ Ermənistandır və nöqtə” deyən şəxsdir. 

Amma bu təkamül əslində bizi narahat etməməlidir və qane edir. Paşinyanın yerinə daha arzuedilməz, proqnozlaşdırılması mümkün olmayan, ya da hansısa beynəlxalq güc mərkəzinə daha sıx bağlılığı olan başqa şəxs gələ bilər(di). Etiraf edək ki, bu zaman Azərbaycana qarşısına qoyduğu məsələləri həyata keçirmək üçün daha çox zaman və güc lazım gələrdi. 

İndi isə Paşinyanın özünün şəxsi keyfiyyətləri, beynəlxalq güclərin onun qulağına pıçıldadığı həqiqətləri qəbul etmək bacarığı, eləcə də başı üzərində daim sıxılmış halda dayanan yumruğun ağır fəsadlarını öncədən görə bilməsi bu prosesi asanlaşdırır.(Pressklub) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam