Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır -ŞƏRH

 

Tək regionda deyil, dünyada da nüfuzu gündən-günə artan Azərbaycan təhlükəsizlik və davamlı iqtisadi inkişaf baxımından əhəmiyyətli, strateji ölkə statusunu saxlayır.

Yenixeber.org: Prezident İlham Əliyevin aprelin 22-də Rusiyaya səfəri, orada müzakirə olunan məsələlər də bunu bir daha təsdiq edir. Dövlət başçısının Moskvaya səfəri mühüm və xüsusi əhəmiyyət kəsb edir, çünki bu, onun yenidən Azərbaycan Prezidenti seçildikdən sonra Rusiyaya ilk səfəri, eləcə də Rusiya lideri Vladimir Putinin yenidən dövlət başçısı seçilməsindən sonra onunla ilk görüşü idi.

Bu gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun dediyi kimi, Azərbaycan Rusiya üçün böyük dost, müttəfiq, strateji tərəfdaşdır və onunla çoxlu müştərək layihələr həyata keçirilir.

Azərbaycan Rusiya Federasiyası üçün doğrudan da şəffaf, məsuliyyətli, etibarlı tərəfdaşdır, digər məsələlərlə yanaşı, nəqliyyat və iqtisadi əlaqələrin inkişafı baxımından da vacibdir. Rəsmi Bakının siyasi iradəsi, təşəbbüskarlığı, ölkəmizin iqtisadi gücü təkcə Azərbaycan üçün yox, bütün region üçün tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirir. Bu mənada, Azərbaycanın istər bölgə daxilində, istərsə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri, həyata keçirdiyi və ya dəstək verdiyi layihələr əsas stimulyatordur.

 

Səfər gedişində xüsusi vurğulanıb ki, iki ölkə arasında bütün sahələri əhatə edən əməkdaşlıq artıq pik həddə çatıb. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin də bunu xüsusi qeyd ediblər. Bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə edilir, dövlətlər səviyyəsində müntəzəm siyasi dialoq mövcuddur. Azərbaycan və Rusiya beynəlxalq arenada bir-birini dəstəkləyir. Bu gün artıq əminliklə deyə bilərik ki, Azərbaycan obyektiv olaraq Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır. Azərbaycan həm iqtisadi nöqteyi-nəzərdən, həm də Şimal-Cənub, Xəzər dialoqu üzrə geostrateji layihələr, bütövlükdə regionda təhlükəsizlik məsələləri baxımından da əhəmiyyətlidir.

Əvvəla, iki ölkəni birləşdirən ən mühüm məsələlərdən biri xalqların ümumi tarixdir. Tarixin yaddaqalan bir çox məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırıb, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, biz əlaqələrimizin inkişafından çox razıyıq. “Artıq iki ildən çoxdur ki, 2022-ci ilin fevralında Kremldə imzalanan əsas siyasi sənəd olan, gələcəkdə münasibətlərimizin ardıcıl inkişafını müəyyən edən müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çərçivəsində işləyirik”, - deyə Prezident vurğulayıb.

 

İkincisi, ölkələr arasında iqtisadi əlaqələr də pik həddədir. Məsələn, ölkələrimizi və tərəfdaşlarımızı birləşdirən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi yükdaşımaların təhlükəsizliyi baxımından və bir çox ölkələr arasında ticari münasibətləri stimullaşdırmaq üçün qlobal əhəmiyyətə malikdir. Azərbaycan ərazisində Azərbaycan-Rusiya sərhədini Azərbaycan-İran sərhədi ilə birləşdirən dəmir yolu mövcuddur. Lakin yükgöndərənlərin tələbatları bizə bu yolun yeni hissələrinin inşa edilməsinin zəruriliyini diktə edir ki, biz bu yolda yükdaşımaları artıra bilək və bununla şimaldan Hind okeanına unikal nəqliyyat yolunu təmin edək.

Üçüncüsü, regional təhlükəsizlik məsələləri xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçıları da vurğulayıblar ki, onlar öz həllini sürətlə tapır. Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir. Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq. Həqiqətən də Cənubi Qafqazda təhlükəsizlik məsələləri bu gün də əvvəlki kimi Rusiya-Azərbaycan münasibətlərində son dərəcə aktual olaraq qalır.

 

Qarabağ münaqişəsi həll olundu, Azərbaycanın ərazi bütövlüyü bərpa edildi, lakin gördüyümüz kimi, Qərb Ermənistandan istifadə etməklə Cənubi Qafqazda vəziyyəti sarsıtmağa çalışır. Və belə olan halda Rusiya ilə Azərbaycan regionda Qərbin planlarının həyata keçirilməsinin qarşısını almaq üçün siyasətləri əlaqələndirməlidir. İlham Əliyev də xüsusilə vurğulayıb ki, Azərbaycan və Rusiyanın digər sahələrdə olduğu kimi, regionda təhlükəsizlik sahəsində də qarşılıqlı fəaliyyətindən çox şey asılıdır.

Azərbaycan dövlətinin başçısı qeyd edib ki, Bakı bu gün regionda təhlükəsizlik məsələlərinin həllindən məmnundur. Bu, şübhəsiz ki, Moskva ilə Bakının eyni gəmidə olduğunu nümayiş etdirən çox mühüm vurğudur. Vladimir Putin də öz növbəsində qeyd edib ki, Rusiya-Azərbaycan danışıqlarının gündəliyinə təhlükəsizliklə bağlı bir çox məsələlər daxildir və bunlar həssas məsələlərdir.

Dördüncüsü, sevindirici haldır ki, müasir Rusiya-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək və məqsədyönlülük kimi möhkəm təməllərə əsaslanır.

Yeri gəlmişkən, Putin və Əliyevin Heydər Əliyevin rəhbərlik etdiyi layihə olan Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşünə də diqqət yetirmək lazımdır. Və Putinin Əliyevi belə bir tədbirə dəvət etməsi, həm Moskvanın, həm də Bakının güclü tarixi əlaqələrə nə qədər diqqət yetirdiyini bir daha nümayiş etdirir. Bu da son dərəcə vacibdir. Bu, rəsmi Moskvanın Heydər Əliyevə və onun Sovet dövlətinin inkişafındakı xidmətlərinə necə hörmət etdiyini də hamıya göstərir.

 

Beləliklə, Prezident İlham Əliyevin Moskvaya səfəri iki ölkə arasında münasibətlərin hansı səviyyədə olduğunu bir daha nümayiş etdirir. Bu məqam həm də Azərbaycanın artan nüfuzunun, etibarlı tərəfdaş olduğunun növbəti təsdiqidir.

Ən önəmli məqam budur ki, səfər Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması kontekstində baş tutdu. Bu proses iki ölkə liderinin qarşılıqlı anlaşma və qərarı əsasında, qarşılıqlı hörmət və yüksək siyasi mədəniyyət şəraitində gerçəkləşdi. Bu, Azərbaycanın ağıllı, məntiqli siyasətinin tərkib hissəsidir. Görünən də odur ki, Azərbaycan bütün tərəfdaşlar, xüsusilə də qonşu ölkələrlə qarşılıqlı hörmətə əsaslanan münasibətləri inkişaf etdirməkdə maraqlıdır.(Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam