Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Siam Körfəzi Yeni Gərginlik Mənbəyidir -ANALİZ

Siam körfəzi yeni gərginlik mənbəyidir

Yenixeber.org: Asiya və Sakit Okean bölgəsində vəziyyət gərgindir. ABŞ və onun bölgədəki müttəfiqləri Çinin artan hərbi gücündən narahatdırlar. Bu dövlətlər hesab edirlər ki, Çinin əsas hədəflərindən biri Tayvan adasını güc yolu ilə ələ keçirməkdir. Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki son gərginlik fonunda Asiya və Sakit Okeanı bölgəsində də müharibənin başlayaca biləcəyi ehtimalı irəli sürülür. Narahatlıq üçün başqa bir əsas da tapılıb. Çinin hərbi-dəniz qüvvələrinin qonşu Kambodcadakı “Ream” adlı bazasında gəmilərinin sayı artıb.

“The Washington Post” nəşrində bir müddət əvvəl yayımlanan məqalədə Çinin Kambocadakı “Ream” hərbi bazasının tikintisini sürətlə davam etdirdiyi yazılmışdı. Kamboca ilə razılaşdırılan tikinti gizli şəraitdə həyata keçirilib. Hərbi baza Siam körfəzinin sahilində yerləşir.

Vaşinqton hesab edir ki, Pekin gələcəkdə bu hərbi bazadan Tayvana qarşı həmlədə istifadə edə bilər. Bundan başqa Çin hərbi texnologiyaların inkişafına da diqqət ayırır, pilotsuz uçuş aparatlarının istehsalını genişləndirib. Çin nüvə başlıqlı raketlərin sayını da artırıb. Bütün bunların nəticəsi olaraq Hindistan, Yaponiya, Yeni Zellandiya, Avstraliya ABŞ və Böyük Britaniya ilə tərəfdaşlıq əlarələrini gücləndiriblər.

Çin Kambocada böyük kanalın tikintisini də həyata keçirir. Layihənin dəyəri 1.7 milyard dollardır. Bu layihə ABŞ-la yanaşı Çinə qonşu Vyetnamı da narahat edir. ABŞ və Vyetnam hesab edirlər ki, uzunluğu 180 kilometr olan “Texo Funan” kanalı ətraf mühitə mənfi təsir edəcək. Kanal Kamboca paytaxtı Pnompeni liman şəhəri Sianukvillə birləşdirəcək. Bu Kambocanın Vyetnam limanlarından asılığını azaldacaq.

Buna baxmayaraq, Vyetnam Kamboca rəhbərliyinə yeni kanalla bağlı narahatlığını bildirib. Yeni kanalın ekologiya ilə yanaşı Mekonq çayına mənfi təsir edəcəyi bildirilib. Buna görə də Vyetnam rəhbərliyi kanalın tikintisi ilə bağlı Kambocanın onunla məsləhətləşməsini istəyir. Vyetnamı və ABŞ narahat edən digər məqam hərbi gəmilərin həmin kanaldan keçərək Siam körfəzinə daxil olmaları perspektividir. Yəni hərbi gəmilər kanal vasitsəilə birbaşa “Ream” hərbi bazasına çıxış imkanı qazanacaqlar. Buna görə də həmin kanalın iqtisadi əhəmiyyətindən çox Çin üçün hərbi əhəmiyyətindən danışılır.

“Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-ın Pnompendəki səfirliyi Kamboca hökuməti ilə mövzu ilə bağlı sıx müzakirələr aparır. Vaşinqton kanalın tikintisi ilə bağlı şəffavlığın yaradılmasını istəyir.  Kamboca hökuməti narahatlıq üçün əsas görmdəyini açıqlayıb.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam