Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan erməni cəmiyyətini dəyişə biləcəkmi? -Bir çıxışla bağlı iki qiymətləndirmə

news content

Hökumətin və şəxsən mənim gəldiyimiz qənaət belədir ki, tarixi Ermənistan və real Ermənistan nəinki bir-birinə uyğun gəlmir, çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir və hətta bir-biri üçün ciddi təhlükələr yaradır”.

Yenixeber.org: Xəbər verdiyimiz kimi, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentinin hökumət saatında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, hökumət uzun müddət tarixi Ermənistan psixologiyasının və ənənələrinin daşıyıcısı olub. Və yalnız 2022-ci ildə anlaya bilib ki, Ermənistanın təhlükəsizliyinin həlledici faktoru Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisidir.

44 günlük müharibədən əvvəl ölkədə tarixi və real Ermənistanın hətta bir-birini gücləndirə biləcəyi ilə bağlı ictimai-siyasi konsensus mövcud idi. Bu nəzər nöqtəsi hətta şəxsən mənim üçün də məqbul idi”, - o etiraf edib.

Nikol Paşinyan daha sonra izah edib ki, yalnız 2022-ci ilin sentyabrında baş verən hərbi əməliyyatlardan, yəni “Cermuka hücumdan” (ermənilər 2022-ci il sentyabr toqquşmalarını Azərbaycanın Ermənistan ərazisinə hücumu kimi qələmə verirlər – red.) sonra nəhayət, əmin olub ki, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin fiksasiyası ölkənin təhlükəsizliyinin təmin olunmasında həlledici faktor ola bilər. Həmin andan etibarən baş nazirin “real Ermənistanla tarixi Ermənistan arasında sərhədlərin delimitasiyası prosesi” adlandırdığı cari siyasi-psixoloji proses başlayıb. “Bu proses Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası prosesindən heç də asan deyil”, - o vurğulayıb.

Paşinyan daha sonra bəyan edib ki, İrəvan Azərbaycanın “növbəti hücumunun” qarşısını almaq üçün delimitasiyaya başlamağa razılaşıb. Baxmayaraq ki, hətta bu da sülhə zəmanət vermir.

Biz delimitasiya prosesinin Tavuş rayonundan və Azərbaycanın Qazax rayonunun 4 kəndindən başlanmasının əleyhinə deyilik. Bu kontekstdə tez-tez sual səslənir: Tavuş rayonundakı delimitasiya Ermənistanın təhlükəsizliyinə zəmanət verirmi? Cavab – heç bir zəmanət vermir. Lakin bu məsələlərin həllindən imtina ölkənin təhlükəsizliyinə təhdidin qalmasına zəmanət verir və bunu aradan qaldırmaq lazımdır”, - baş nazir bildirib.

Tavuşda başlayacaq delimitasiya Azərbaycanın digər ərazilərdə 30-dan çox erməni kəndini Ermənistana qaytarmasına razılıq verəcəyinə zəmanət deyil. Buna baxmayaraq, delimitasiya aparılmalıdır”, - Paşinyan sözünə davam edib.

Qeyd etmək lazımdır ki, baş nazir bu açıqlamanı Brüsseldə ABŞ və Avropa İttifaqının yüksək rütbəli rəsmiləri ilə keçirdiyi danışıqlardan sonra səsləndirib.

Maraqlıdır, Paşinyanın deputatlar qarşısındakı bu çıxışını necə dəyərləndirmək olar? Ermənistan lideri əvvəlcə açıq şəkildə bildirir ki, tarixi Ermənistanın sərhədləri haqqında xatirələrdən imtina etmək və qonşu dövlətlərlə münasibətləri bunun əsasında qurmaq lazım deyil. Sonra isə Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə son zamanlar hər kəsin dilində olan 4 qeyri-anklav sərhəd kəndindən başlamağa hazır olduğunu bəyan edir. Paşinyanın bu açıqlamalarından hansı nəticəyə gəlmək olar? Məsələn, ehtimal etmək olarmı ki, Qərb tərəfdaşları ilə Brüsseldə keçirilən son danışıqlar onun mövqeyinin formalaşmasına hansısa şəkildə təsir edib?

İki ölkənin tanınmış ekspertləri bizimlə söhbətdə bununla bağlı fikirlərini bildiriblər.

Erməni analitik, İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan hesab edir ki, bu və ya digər ölkənin tarixi ilə bu gününü qarşı-qarşıya qoymaq cəhdi süni şəkildə edilir.

Çoxəsrlik tarixə malik olan bütün xalqlar çox müxtəlif mərhələlərdən keçiblər və ən müxtəlif tarixi təcrübəyə malikdirlər. Dövlət başçısının missiyasıdır ki, vətəndaşların rifahı naminə yeni vəzifələrin qoyulması və həlli prosesində bu təcrübədən istifadə etsin. Çətin ki, vətəndaşları hansısa gələcək naminə keçmiş haqqında ideyalardan ancaq çağırışlarla əl çəkməyə və bugünkü Ermənistanı gözümüzün qabağına gətirməyə ruhlandırmaq olar. Məsələ, əlbəttə ki, dövlətin ölçülərində deyil. Müasir dövrün uğuru ərazilərin əldə edilməsi ilə deyil, tarixin bu mərhələsində sizə ayrılmış kvadrat kilometrləri necə idarə etməyinizlə müəyyənləşir”, - Navasardyan deyir.

Onun fikrincə, dövlət insanlara azadlıq və təhlükəsiz şəraitdə firavanlığa aparan yollarla bağlı həm real baxışları təqdim etməyə, həm də bu baxışı reallığa çevirmək bacarığını nümayiş etdirməyə borcludur.

Vətəndaşlara praktikada konkret nailiyyətlərlə təqdim etmədən, milli simvollara yenidən baxmağın vacibliyi barədə sözlərlə beyinlərini doldurmaq, onların özünüdərk qavrayışlarını “modernləşdirməyə” can atmaq istəyi isə Sovet İttifaqının böhran şəraitində kommunizm qurmaq utopiyasına bənzəyir. Hollandlar bir-birilərinə kompakt ölkədə yaşamağın üstünlüklərindən danışmırdılar, kanallar çəkirdilər, dənizin əlindən aldıqları hər kvadratmetrdən istifadə etməyi öyrəndilər, keçmişdəki əzəmətlərinə və itirilmiş müstəmləkələrinə görə peşman olmamaq üçün sosial və sənaye texnologiyalarını inkişaf etdirirdilər. Danimarkalılar hakimiyyəti dövründə yol verdiyi “səhvlərə” görə Harald Blatandın adını tarixdən silmədilər. Əksinə, kralın xidmətlərini yüksək qiymətləndirdilər və Bluetooth ixtirasını onun şərəfinə adlandırdılar”, - erməni ekspert xatırladır.

O, qeyd edir ki, həm Ermənistan vətəndaşları, həm də aprelin 5-də Brüsseldə görüşdüyü tərəfdaşlar Nikol Paşinyandan və onun siyasi komandasından dövlət idarəçiliyi sistemini təkmilləşdirməyi, müxtəlif sahələrdə islahatların sürət tempini yüksəltməyi, eləcə də bu gün ölkəyə göstərilən beynəlxalq köməkdən istifadə zamanı səmərəliliyin artırılmasını gözləyirlər. 

Məncə, Brüssel görüşünün nəticələrini əhali ilə şifahi “maarifləndirmə işinin” təşviqi kimi qəbul edənlər Vaşinqtonun və Avropa paytaxtlarının danışdığı dili zəif başa düşürlər.

Bununla yanaşı, təbii ki, üçtərəfli görüşün iştirakçıları, hətta bu mövzu gündəmdə prioritet olmasa belə, Bakı ilə İrəvan arasında nizamlanmanın əsas aspektlərini, o cümlədən sərhədlərin delimitasiyası prosesini diqqətdə saxlayıblar. Dörd qeyri-anklav sərhəd kəndi ilə bağlı konkret məsələnin həlli Brüsseldə əldə edilmiş razılaşmaları gücləndirə və onları təkcə Ermənistan üçün deyil, bütün region üçün əhəmiyyətli edərdi. Amma bu, o zaman baş verə bilərdi ki, bu konkret epizod əsasında müvafiq hökumətlərarası komissiya çərçivəsində danışıqların davam etdirilməsi prinsiplərini işləyib hazırlamaq və razılaşdırmaq mümkün olsun. Hər iki tərəfin sərhəd zonasında iqtisadi fəallığı, sudan və digər təbii ehtiyatlardan səmərəli istifadəni və nəqliyyat kommunikasiyalarını təşviq edən optimal həll müsbət presedent yaradardı, hələ də üstünlük təşkil edən “danışıqlarda tərəfdaş üçün maksimum narahatlıq yaratmaq” tendensiyasını pozardı. Təəssüf ki, mənim başa düşdüyüm qədər, hələ də bu cür həll yolları tapılmayıb. Bu da prosesi ləngidir və iki ölkə arasında sərhədin hər bir sahəsində Ermənistan-Azərbaycan ziddiyyətlərinin kəskinləşməsi riskini saxlayır”, - Navasardyan yekunlaşdırır.

Öz növbəsində, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Əli Abbasov hesab edir ki, baş nazir Paşinyanın Ermənistan parlamentinin deputatları qarşısında çıxışı Ermənistanın siyasi məkanının incəliklərinə yiyələnmə illəri ərzində insan cəsarətinin zirvəsidir. 

Və deməliyəm ki, bu məkan olduqca çətin məkandır. Bunu Paşinyandan əvvəl hakimiyyətdə olan bütün prezidentlərə baxaraq mühakimə yürüdə bilərik. Onların heç biri Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı mövqeyində belə təkamül keçə bilmədi. Paşinyanın siyasi karyerasının lap əvvəlindən, hətta baş nazir seçilməmişdən əvvəl də onun təsadüfi şəxs olması və Ermənistanın gündəmində olan demək olar bütün məsələlərdə, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsinin həlli baxımından ziddiyyətli siyasi xətt yürütdüyünə dair güclü fikir formalaşıb.

Amma bu gün aydın olur ki, bu yanlış fikirdir. Bu illər ərzində Paşinyan özünü məğlub edə bildi. Yəni Ermənistanın gələcəyi ilə bağlı olan və keçmişdən qaynaqlanan yalançı siyasi doktrinanı məğlub edə bildi. Ondan əvvəl heç kimin ağlına belə gəlməzdi ki, mühafizəkar ictimai rəyə görə tamamilə dalana dirənmiş kimi görünən bu yolla getmək olar”, – professor deyir.

O hesab edir ki, onun bütün siyasi inkişaf yolu cəsarətli sınaqdır. Və Paşinyan bu eksperimenti tamamilə başa vurub.

Əgər Paşinyan sələfləri kimi siyasi təkamül yolu keçə bilməsəydi, çətin ki, Qərb bir-iki günə onun mövqeyini dəyişə bilərdi. Daha dəqiqi, onun özü Qərb tərəfdaşlarına təsir etdi.

Gələcək Paşinyanın şəxsiyyətinə və onun erməni təfəkkürünün oyanmasına yönəlmiş fəaliyyətinə qərəzsiz qiymət verəcək. Amma bu gün biz burada Azərbaycanda və mən hesab edirəm ki, bütün dünyada Paşinyanın siyasi şəxsiyyətinin rolunu, Cənubi Qafqazda uzun müddətdir mövcud olan münaqişənin həlli və 100 ildən artıqdır ki, mövcud olan tarixi Ermənistan gündəminin aradan qaldırılması baxımından nələrə nail olduğunu başa düşə bilərik. Mənə elə gəlir ki, bütün bu münaqişələrin həlli və Cənubi Qafqazda yeni siyasi reallığın bərqərar olması üçün görünməmiş fürsət yaranıb”, - deyə Abbasov yekunlaşdırıb.(Pressklub)

Rauf Orucov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam