Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Paşinyan hansı həqiqətləri və niyə söylədi?-Baş nazirin parlamentdə tarixi çıxışına Rusiyadan təhdid dolu cavab

“Həqiqi Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədi ambisiyaları olan ölkələrin iştahını məhdudlaşdıran amildir. “Tarixi Ermənistan” anlayışı isə bir sıra ölkələrlə əlaqələrimiz üçün əsas əhəmiyyət kəsb edir. Bu, bir sıra ölkələrlə əbədi düşmənçiliyimizə zəmanətdir və bu ölkələrin bizə qarşı təcavüzkar siyasət yeritmək üçün səbəbləri və izahatlarının olacağına zəmanətdir”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdəki çıxışında bildirib. O, deyib ki, “tarixi Ermənistan” həm də bizim kənardan köməksiz yaşaya bilməyəcəyimizin və ona görə də həmişə “böyük qardaşa” ehtiyacımızın olacağına zəmanətdir:

“Bu, artıq bizim real dövlətə, həqiqi müstəqilliyə malik olmayacağımıza zəmanətdir. Çünki “tarixi Ermənistana” baxışımız bizi həmişə soyqırım tələsinə aparacaq və bu tələdə bizim onsuz mövcud ola bilməyəcəyimiz “xilaskar”a ehtiyacımız olacaq. Soyqırım təhlükəsi isə bizi həmişə “forpost” statusunda saxlayacaq, “forpost”un suverenliyə, sərhədlərə, müstəqilliyə ehtiyacı yoxdur, “forpost”un yalnız müdafiəyə ehtiyacı var”.

Baş nazirin çıxışını şərh edən təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl bildirib ki, Paşinyan illərdir Rusiyanın forpostu olan Ermənistanın bu statusdan qurtulması üçün tarixi şəraitin yetişdiyini vurğulayıb. O, ölkənin taleyinin özlərinin müəyyənləşdirməli olduğunu bütün ermənilərin diqqətinə çatdırıb. 

“Paşinyan indiyədək nə qədər tərəddüdlü və bəzən də bir-birini təkzib edən fikirlər səsləndirsə də, son mövqeyi bir daha sübut edir ki, daha çox bütövlükdə Rusiyanın caynağından qopmaq siyasətinə sadiqdir”, – ekspert əlavə edib. 

İlham İsmayıl deyir ki, Ermənistan Baş naziri parlamentdəki çıxışı ilə yalnız Rusiyayönümlü siyasi rəqiblərinə deyil, yüz illərdir beyinləri “böyük Ermənistan”, “dənizdən dənizə Ermənistan” illüziyaları ilə yuyulmuş bütün dünya ermənilərinə maarifləndirici dərs verdi. “Real Ermənistanla “tarixi Ermənistan” arasında həqiqəti əks etdirən mənzərəni təsvir etməklə illüziyalarla yaşamağın bədbəxtlik gətirdiyini bütün ermənilərin diqqətinə çatdırdı”, – təhlilçi qeyd edib.

Maraqlıdır, N.Paşinyanın bu çıxışı Rusiya siyasi dairələrində necə qarşılanır?

Rusiya Ali İqtisadiyyat Məktəbinin Dünya İqtisadiyyatı və Beynəlxalq Siyasət fakültəsinin professoru, “Karnegi Moskva” Mərkəzinin keçmiş rəhbəri Dmitri Trenin Ermənistan mediasına deyib ki, Rusiya rəhbərliyinin Ermənistana qarşı addımları və davranışları son  dərəcə təmkinlidir və normal, ciddi, qarşılıqlı hörmətə əsaslanan söhbətə heç bir maneə yoxdur, çünki indiki vəziyyətdə Ermənistan Rusiya üçün önəmlidir. 

“Düşünürəm ki, fürsət hələ tam itirilməyib. Mənə elə gəlir ki, Ermənistan tərəfi münasibətlərin aydınlaşdırılması və bu münasibətlər üçün daha əlverişli atmosferin yaradılması istiqamətində addım ata bilərdi və atmalı idi. Amma indiyə qədər biz tam əks istiqamətdə addımlar görürük. Mən görürəm ki, Rusiya tərəfindən sosial şəbəkələrdə Ermənistanı çox kəskin və çox mənfi tənqid edən adamlar var, amma Rusiya rəhbərliyinin addımlarına və davranışlarına nəzər salsanız, bu, son dərəcə təmkinlidir. Mən deyərdim ki, normal, ciddi, qarşılıqlı hörmət əsaslanan söhbətə heç bir maneə yoxdur, çünki indiki vəziyyətdə Ermənistan Rusiya üçün önəmlidir və məncə, Rusiya sadəcə dönüb getməyəcək”, – Dmitri Trenin vurğulayıb.

Politoloqun fikrincə, Rusiya ilə Ermənistanı birləşdirən maraqlardan əlavə, Ermənistanla Rusiya arasında çox uzun, dərin və son vaxtlara qədər güclü münasibətlər ənənəsi var:

“Fikrimcə, Ermənistan tərəfinin indi müzakirəyə böyük həvəsi yoxdur. Başa düşürəm ki, Ermənistan rəhbərliyi bir sıra çox mühüm addımlar atıb, lakin bütün bu addımlar Ermənistanı Rusiyadan daha da uzaqlaşdırmağa aparır və şübhəsiz ki, Ermənistan Qərb ölkələrindən bəzi vədlər, təminatlar alır. Lakin şəxsən mənim üçün bu təminatların dəyəri şübhəlidir. Əlbəttə, Ermənistan azad ölkədir, kifayət qədər suveren hərəkət edə bilər. Amma siz azad və suverensinizsə, o zaman, əlbəttə, bu və ya digər suveren qərarlarınızın nəticələrini dərk etməlisiniz”.

“Hazırda Ermənistan Rusiyanın Cənubi Qafqazdakı prioritetləri arasında hansı yeri tutur və onun əhəmiyyəti azalıbmı” sualına cavab verən rusiyalı politoloq deyib ki, onun əhəmiyyəti dəyişdiyi qədər azalmayıb.

Onun sözlərinə görə, Rusiyanın Ermənistanla münasibətləri ənənəvi olaraq müttəfiqlik, çox sıx tərəfdaşlıq səviyyəsində olub.

“İndi bu tərəfdaşlığın tərkib hissələrindən biri ciddi təhlükə altındadır. Bu, təhlükəsizlik tərəfdaşlığıdır. Tərəfdaşlığın digər ayağı iqtisadi sahə ilə bağlıdır, Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olmasıdır. Burada əməkdaşlıq kifayət qədər uğurla işləyir, Rusiya bunu xüsusilə də indiki sanksiyalar şəraitində yüksək qiymətləndirir. Amma qaçılmaz olan bu sahədə Qərbə dönüşdür: Rusiyanın Ermənistan vasitəsilə dünya bazarında bəzi əşyalar, mallar və sair əldə etmək imkanlarının azalması Rusiyanın da Ermənistana marağına böyük zərər vuracaq. Rusiya Ermənistanın nəinki formal olaraq Avrasiya İqtisadi İttifaqında qalmasında, həm də bu üzvlüyün hər iki tərəf üçün məhsuldar olmasını təmin etməkdə maraqlıdır. Təbii ki, Rusiya çalışır ki, təhlükəsizlik münasibətləri də qorunsun və Azərbaycanla münaqişə üçtərəfli saziş çərçivəsində həll edilsin”, – rusiyalı politoloq qeyd edib.(Pressklub)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam