Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“BU, RUSİYANI MƏĞLUB OLMAQDAN XİLAS EDİR” –Və ya Qərbin anti-Rusiya sanksiyaları niyə effekt verirmi?

       “Qərbin bunu anlaması üçün Ukrayna daha böyük ərazi itkiləri verməlidir”

Yenixeber.org: Ukraynaya hücum etdiyinə və onun ərazisində işğalçılıq müharibəsi apardığına görə Qərb dünyası Rusiyaya qarşı güclü iqtisadi sanksiyalar tətbiq etdi. Lakin bu, ilk günlərdə şok təsiri bağışlasa da, sonradan məlum olduğu kimi, Rusiya sanksiyaların əksəriyyətindən yan keçərək yenidən böyük pullar əldə edə bildi. Kremlin əsas maliyyə mənbəyi sayılan kabrohidrogenlərin ixracından qazanılan pullar hərbi sənayenin inkişafına və müharibənin davam etdirilməsinə imkanlar yaratdı. Kiyev rəsmilərinin sanksiyalarla bağlı kəskin iradlarına baxmayaraq, Qərb buna ciddi əhəmiyyət vermir və nəticədə Rusiya iqtisadiyyatı müharibənin maliyyə ağırlığının öhdəsindən gələ bilir.

ABŞ-nin “Politico” qəzeti “Sanksiyalardan qorunan iqtisadiyyat Rusiyanı Ukrayna müharibəsində məğlub olmaqdan xilas edir” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqaləni təqdim edirik: ”Prezident Vladimir Putin rejiminin Qərbin sanksiyalarına qarşı inadkar müqaviməti təəccübləndirməkdə davam edir. ABŞ və müttəfiqləri anlayırlar ki, lazım olsa, sanksiya tədbirlərini sərtləşdirə bilərlər. Rusiya neftinin satışına qoyulmuş qiymət həddi Avropaya ixracı məhdudlaşdırır. 2023-cü ilin qışında ümid olunurdu ki, bu siyasət Kremlin hərbi səylərini sıradan çıxaracaq.

Tarixdən də bəllidir ki, təcavüzü yalnız dollar sanksiyası dayandıra bilər. 1956-cı ildə Böyük Britaniya, Fransa və İsrail Süveyş kanalını geri qaytarmaq üçün Misirə müdaxilə etmişdilər. Prezident Duayt Eyzenhauer administrasiyası qəzəblənərək xəbərdarlıq etmişdi ki, əgər keçmiş müstəmələkəçi ölkələr işğalı dayandırmazlarsa, funt-sterlinq Amerikanın dəstəyindən məhrum olacaq. Bu ölkələr Amerikanın xəbərdarlığından çəkinib geri dönmüşdülər.

Əlbəttə, dollar əvvəlki kimi beynəlxalq üstünlüyünü saxlayır. Lakin Qərbin bütün sanksiyalarına baxmayraq, Rusiyanın hərbi üstünlüyü sübut edir ki, ABŞ onun xoşagəlməz hərkətlərini öz xəzinədarının bir qələmiylə yox edə bilməz. Hələ Konqresdəki mübahisələr səngiməyib, Ukrayna isə əlavə 60 milyard dolları heç cür ala bilmir.

Qeyd olunduğu kimi, Qərbin sanksiyalarının Rusiyaya qismən təsir göstərməsi təsadüfi deyil. Əksər beynəlxalq liderlər ABŞ və Avropa İttifaqının səssiz razılığı ilə Rusiya karbohidrogenlərinin kəsilmək bilməyən axınını dünya enerji bazarının sabitliyinin vacib amili sayırlar.

Amma bu siyasətin öz əleyhdarları da var. Məsələn, Prezident Volodimir Zelenski Rusiyanın neft-qaz satışına tam embarqo qoyulmasını istəyir və o, müxtəlif Avropa firmalarının Rusiyaya kömək göstərməsini və onunla əlbir olmasını kəskin tənqid edir.

Hətta dünya səviyyəsində davam edən iqtisadi pərakəndəlik səbəbindən ABŞ-nin qlobal gücünün sarsılmasından başqa, Rusiyanın Qərb sanksiyalarına qarşı duruş gətirməsinin bir sıra əsaslı arqumentləri var.

Maliyyə cəhətdən Rusiya hökumətinin iri miqyaslı maliyyə stimulu (əvvəlcə koronavirus pandemiyası, sonra isə müharibəyə dəstək) dayanıqlı iqtisadi böyümənin və işsizliyin aşağı salınmasının əsasını qoydu. Rusya Mərkəzi Bankı rublu dəstəkləyə bildi və bununla da inflyasiyanın qarşısını aldı, hökumətin mövqeyi möhkəmləndi.

Rusiyanın ticarətdəki mövqeyi də Qərb şirkətlərinin ölkəni tərk etməsi və gələn sərmayələrin məhdudlaşdırılmasının ilkin şokundan özünə tez gələ bildi. Bundan başqa, təəssüf ki, Avropanın bir sıra gəmiçilik şirkətləri Rusiyanın neft nəqlini dəstəkləyir. Xüsusən də 2023-cü ildə dəniz yolu ilə neft daşınması gündəlik olaraq təxminən 3,5 milyon barel artıb. Belə ki, təbii sərvətlərin istismarını və korrupsiyanı araşıdıran “Global Witness”-in təhqiqatına görə, Rusiyanın Ukraynaya təcavüzündən sonra Yunanıstanın neft daşıyan “TMS Tankers” şirkəti Rusiyadan neft daşınmasına görə Rusiyanın ən böyük dövlət şikəti olan“Sovcomflot”-dan sonra ikinci yerdədir. Düzdür, ”TMS Tankers” keçən il Rusiya neftinin daşınmasından imtina etdiyini bildirmişdi. Amma bu sahədə “TMS” heç də tək deyil və bu şirkət Ukraynada müharibə başlayandan sonra Rusiya nefti ilə ticarət edən və maqnat Georqus Ekonomuya (Georgios Ekonomou) bağlı olan digər yeddi yunan şirkətindən biridir.

Rusiya karbohidrogenlərinin nəql edilməsi özlüyündə Qərb sanksiyalarının qəsdən pozulması sayılmasa da, (yunan şirkətləri məhz bunun arxasına sığınaraq Rusiya ilə iri miqyaslı əməkdaşlıqları barədə susurlar) Ukrayna hökuməti hesab edir ki, bütün bunlar Kremlin hərbi kampaniyasının maliyyə dəyirmanına su tökmək anlamına gəlir.

Ukraynanın Korrupsiyaya Qaraşı Milli Agentliyi 2022-ci ildə Georqus Ekonomudan xahiş etmişdi ki, Rusiyadan neft ixracını dayandırsın. Nəticədə “TMS Tankers”, ”Thenamaris Ship Management”, ”Minerva”, ”Minerva Marine” və “Dynacom Tankers Manegement” (hamısı yunan şirkətləridir) “müharibənin beynəlxalq sponsorları” siyahısına daxil edilib.

Rusiyanın neft və qazdan əldə etdiyi bütün vəsaitlərin Ukraynanın şərq hissəsinin işğalına yönəltməsini anlamaq elə də çətin deyil. Həm də Zelenski administrasiyası özünün cüzi resurslarını Qərbin onların yerini doldura biləcəyi ilə müqayisədə daha tez tükəndirir.

Amerikadakı sağçı qüvvələrin destruktiv təcridçilik siyasəti, Avropanın ləngliyi və Kremli sarsıtmayan mülayim sanksiyalar Rusiyanın Donbasdan (həm də Krımdan)qovulması ehtimalını getdikcə azladır.

Heç bir şübhə yoxdur ki, 2023-cü ildəki nisbi çətinlik dövrü Rusiyanın üstünlüyü ilə əvəzləndi. ABŞ və onun rəhbərlik etdiyi alyansın nəhayət ki, ciddi tədbirlərə əl atması və Putini dayandırması üçün bəlkə də Ukrayna Donbasda daha ağrılı ərazi itkiləri verməlidir”.(Azpolitika)

Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam