Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ-da seçki ili:ideoloji qütbləşmə iğtişaşa çevrilə bilərmi?

ABŞ-da seçki ianələri rekord həddə çatıb - Siyasi qütbləşmə artır 

Yenixeber.org: Bu ilin noyabrında amerikalılar 60-cı dəfə ölkə prezidentini müəyyənləşdirmək məqsədilə seçki məntəqələrinə üz tutacaqlar. Gərgin və bahalı kampaniyalardan sonra qalib olmağı bacarmış namizəd növbəti 4 il müddətinə Ağ Evin sükanını alacaq. Lakin seçki öncəsi diqqət çəkən əsas məqamlardan biri kampaniyalar zamanı tərəfdar toplamaq məqsədilə səsləndirilən iddiaların və ittihamların eyni zamanda cəmiyyətdə fikir ayrılıqlarını dərinləşdirməsidir.

Amerikalıları maraqlandıran müəyyən həssas mövzuların budəfəki seçkilərin nəticəsinə həlledici təsir göstərməsi gözlənilir. Bura xüsusilə də qadınların abort hüququ, miqrant axını, inflyasiya kimi məsələlərin daxil olduğu bildirilir. Həm respublikaçılar, həm də demokratların bu mövzuları seçki kampaniyasının gündəmində saxlaması və bir-birinə zidd açıqlamalar, vədlər verməsi ölkədə qütbləşməni dərinləşdirən faktora çevrilib. Vaşinqtonda fəaliyyət göstərən Amerikan Universitetinin professoru Devid Barker ABŞ-a ezam olunmuş müxbirimizə açıqlamasında bildirib ki, qütbləşmənin davam etdikcə Kapitoliya hücuma bənzər siyasi zorakılıq hallarının baş verməsi ehtimalı qalacaq:

“Bizim demokratiyamızın bu gün üzləşdiyi ən böyük çağırış demokratlar və respublikaçılar arasında gördüyümüz qütbləşmədir. Bu qütbləşmə ideoloji və ya problemə əsaslanan olmaqdan daha çox, demokratlar və respublikaçıların mədəni və ya zövqlə bağlı məsələlərə, sosial mənsubiyyətə görə bir-birilərini getdikcə daha çox alçaltmalarından qaynaqlanır. Bu təhdiddir və hiper-qütbləşməyə gətirib çıxarır”

Devid Barker: “Sorğular hər iki partiyanın tərəfdarlarının siyasi zorakılığa meylli olduğunu göstərir”.

Professorun sözlərinə görə, siyasi zorakılığa meyl daha çox Respublikaçılarda özünü göstərsə də, sorğular Demokratların da Donald Tramp qalib gələcəyi təqdirdə zorakılığı adekvat hesab etdiyini göstərib:

“Bu hal daha çox respublikaçılar tərəfdən müşahidə olunur, lakin sorğular demokratların da qarşı tərəfi alçaltdığını göstərir. Onlar da əks tərəf seçkilərdə qalib gələcəyi təqdirdə zorakılığa əl atmağın adekvat olduğunu deyirlər. Biz bunun bir versiyasını 6 yanvar 2021-ci ildə Trampın respublikaçı tərəfdarlarının Kapitoliyə hücumu zamanı görmüşdük. Bu ABŞ tarixində ilk dəfə baş verirdi. 2020-ci ilin oktyabrında, seçkilərdən cəmi bir ay əvvəl aparılmış sorğular onu göstərdi ki, demokratların da təxminən 20 faizi Tramp seçkilərdə qalib gələcəyi təqdirdə zorakılığa əl atmağın uyğun davranış olduğu qənaətində olublar. Beləliklə, hiper-qütbləşmə böyük problemdir və qanunsuz davranışlarla nəticələnir”, - professor Barker deyib.

Şimali Karolina Dövlət Universitetinin Professoru Stiven Qrin isə qütbləşmənin ABŞ demokratiyası üçün aşındırıcı olduğunu deyir. O da qütbləşmənin real problemlərdən daha çox tərəflərin bir-birinə nifrətindən qaynaqlandığını düşünür:

Stiven Qrin: “Problem traybalizmdir”.

“Qütbləşmə respublikaçılarla demokratların vergilər, miqrasiya, ətraf mühit, abort hüququ ilə bağlı fərqli fikirlərdə olmasından qaynaqlanmır. Problem politoloqların affektiv qütbləşmə və ya neqativ qütbləşmə, traybalizm adlandırdığı fenomendir. Bu, o deməkdir ki, biz sadəcə olaraq bir-birimizə nifrət edirik. Bu vəziyyət “biz və digərləri” halına çevrilib və əgər demokratsansa respublikaçılar pisdir, respublikaçısansa demokratlar pisdir. Artıq o məntiq azalıb ki, məsələn, “biz öz aramızda razılaşmasaq da eyni ölkənin, hökumətin vətəndaşlarıyıq və ən azından bir araya gəlib nələrsə edə bilərik”. Biz artıq o hala keçmişik ki, digər siyasi partiya biz müxalif olmaqdan çox düşməndir. Bu toksikdir və demokratiya üçün aşındırıcıdır”.

Professorun fikrincə hazırda ABŞ-da qütbləşmənin ifrat həddə çatmasında sabiq Prezident Donald Tramp xüsusi rol oynayır və bu problemin miqyası onun siyasət səhnəsindən çəkilməsindən sonra nisbətən azala bilər:

Stiven Qrin: “Trampdan sonra qütbləşmə bitməyəcək, amma azalacaq”.

“Düşünürəm ki, Donal Tramp qütbləşməni bəsləyir. Mən uzun illərdir ki, bu məsələni öz dərslərimdə müzakirə edirəm. Qütbləşmə bu illər ərzində getdikcə daha da dərinləşir. Tələbələrimə hər zaman verdiyim bir sual budur ki, biz bu vəziyyəti necə daha yaxşı edə bilərik. Hazırkı məqamda heç kimin buna cavabı yoxdur... Donald Tramp qütbləşdirmə baxımından unikal fiqurdur və mən deyərdim ki, o Amerika siyasəti üçün də son dərəcə toksikdir. Lakin Donald Trampın siyasət səhnəsindən çəkilməsindən sonra qütbləşmənin başa çatacağını və hamının yaxşı yola gedəcəyini də düşünmürəm. Çünki bu problem 2015-ci ildə Donald Tramp hələ siyasi fiqur olmazdan əvvəl də var idi. Amma düşünürəm ki, o, qütbləşmənin hazırkı ifrat səviyyəyə qalxmasına unikal töhfə verib. Beləliklə qütbləşmə açkar bir həlli olmayan problemdir və Donald Tramp siyasətdən getdikdən sonra da bizim problemimiz olacaq, lakin indiki qədər pis olmayacaq”, - professor Qrin deyir.

Ağ Evin qarşısında sloqan: “Həmfikir olmadığınız üçün bir-birinizə nifrət etməyə son verin...”

ABŞ-da qütbləşmə probleminin səbəb olduğu potensial risklər xüsusilə də seçkilər ətrafında özünü göstərir. Ölkədə ictimai gərginliyi artıran əsas məsələlərdən biri də məhz respublikaçıların seçkilərin saxtalaşdırılmasına dair iddialarıdır. Xüsusilə də Donald Trampın 2020-ci il seçkilərində məğlub olmasını qəbul etməməsinin seçki sistemi ilə bağlı şübhələri təşviq etdiyi müşahidə edilir. Respublikaçılar bu gün də seçkilərin nəticələrinin oğurlandığını iddia edirlər. Ekspertlərin fikrincə bu iddialar seçkilərə bağlı etimadı sarsıdır, eyni zamanda dezinformasiya və feyk xəbərlərin daha geniş vüsət almasına imkan yaradır.

“Common Cause North Carolina” təşkilatının proqram direktoru En Ueb deyir ki, məhkəmələr respublikaçıların iddialarının həqiqəti əks etdirməsinə dair heç bir sübut tapmayıb, lakin bu fikirlərin səsləndirilməsi belə demokratiyaya olan etimadı sarsıdıb.

Donald Trampın 2020-ci il seçkilərini qazanması və nəhəng seçici saxtakarlığının olması ideyası həqiqəti əks etdirmir. Məhkəmələrdə həm respublikaçılar, həm də demokratlar tərəfindən təyin edilmiş hakimlər heç bir sübut tapmayıblar. Lakin bütün bunlar seçicilərlə işləyən və onları səs verməyə təşviq edən QHT-lər üçün böyük problemdir. Həmçinin bu bizim demokratiyamıza olan etimadı baltalayıb. Bununla belə bizim ştatımızda keçirilən sorğular seçicilərin hələ də böyük əksəriyyətinin seçkilərin dəqiq olduğuna inandığını göstərir”.

EN Ueb: “Qütbləşmə seçkilərə inamı sarsıdır”.

Nəticələrin saxtalaşdırılmasına dair iddialar 2020-ci ilin 6 yanvarında Kapitoliyə hücumun əsas motivi olmaqla yanaşı bu sahədə çalışan məmurları da hədəfə çevirib. Seçki İnnovasiya və Araşdırma Mərkəzinin təsisçisi Devid Beker seçkilərlə bağlı dezinformasiya yaymağın artıq ABŞ-da bir çoxları üçün gəlirli bir peşəyə olduğunu, ianə kampaniyalarının əsas mövzularından birinə çevrildiyini deyir.

Bu yalanlar ölkə ərazisində seçki rəsmilərinə hücumlarla, Kapitoliyə hücumla nəticələndi. Seçkilərin inteqrasiyası ilə bağlı mənfi siyasətə səbəb oldu. Bəzi ştatlar artıq elektron qeydiyyat informasiya mərkəzindən geri çəkiliblər ki, bu da onların seçici siyahılarını daha az dəqiq edir. Bu isə o deməkdir ki, orada daha çox problem yaranacaq. Keçmiş prezidentin bir çox müttəfiqləri fəal şəkildə seçki sistemimizin qoruyucu mexanizmlərini ləğv edirlər ki, beləcə daha çox xaos yaransın və daha çox ianə toplamaq fürsəti olsun. Ötən bir neçə il ərazində seçkilərlə bağlı yalanlar yayan insanlar bir milyard dollardan çox vəsait əldə ediblər”, - deyə Beker bildirib.

Devid Berker: “Dezinformasiya yaymaq gəlirli peşəyə çevrilib”.

Carnegie Beynəlxalq Sülh Fondunun 2023-cü ildə apardığı araşdırmanın nəticələrinə görə, ABŞ-da Demokratlar partiyası ideoloji olaraq sola, Respublikaçılar isə sağa yönəlib və hər iki partiya öz inanclarında sabitdir. Araşdırmaya görə, amerikalıların böyük əksəriyyəti siyasət barədə çox düşünmür və güclü ideoloji baxışlara malik deyillər, lakin siyasi kampaniyalar kimlik duyğularını tətikləyir. Araşdırmanın nəticələrinə görə, ABŞ-da gənclərlə müqayisədə yaşlı amerikalılar qütbləşməyə daha çox meyllidirlər və qütbləşmə ABŞ-da digər Qərb demokratiyaları ilə müqayisədə daha sürətlə baş verir. Bundan başqa ABŞ-da həm medianın, həm də sosial medianın ideoloji və affektiv qütbləşmədə rol oynadığı ehtimal olunur. Diqqət çəkən məqamlardan biri kabel televiziyalarının və radio verilişlərinin sosial media ilə müqayisədə qütbləşməyə daha çox xidmət etməsidir.

Ekspertlərin fikrincə narahatlıq doğuran məsələlərlə bağlı kompromis əldə etmək mümkündür, lakin onların siyasi gündəmdə manipulyasiya alətinə çevrilməsi həlli gecikdirir. Ümumiyyətlə, budəfəki seçkilərdə gənc qadınların abort hüququnun qorunması məqsədilə Demokratları dəstəkləməsi gözlənilir. Bayden administrasiyasının əleyhinə olan inflyasiya məsələsinin isə bu ilin yayından etibarən həllini tapması gözlənilir. Ekspertlərin fikrincə, sıravi amerikalıları xarici siyasət məsələləri bir çox hallarda maraqlandırmır. İctimai maraq baxımından Ukraynada müharibə isə İsrailin Qəzzaya hücumu ilə əvəz olunub.(Apa)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam