Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Təxribat, təxribat, yenə də təxribat - Paşinyandan Mirzoyana qədər

         Onlar öz anlaşılmaz davranışları ilə öz cəmiyyətlərini də şoka salırlar

Yenixeber.org: Bu, Ermənistanın xarici siyasətinə cavabdeh olan personajların həyasız yalan ənənələrinə nə qədər güclü sadiq olduqlarına bir nümunə idi. Onların hər birini çox yaxşı xatırlayırıq. Ermənistan XİN-in indiki rəhbəri Ararat Mirzoyan isə öz ölkəsinin vətəndaşları arasında tamamilə yanlış ümidlər formalaşdıran bütün sələflərindən heç də fərqlənmir. Onlar öz sözləri və əməlləri ilə Azərbaycan ərazisinin 20%-inin işğal altında əbədi qalacağı ilə bağlı xalqlarına yalan ümid bəslətdirirdilər.

Bəli, Ermənistan vətəndaşlarını onun keçmiş müdafiə idarəsinin rəhbərləri, eləcə də bu ölkənin keçmiş prezidentləri də aldadıblar. Əslində, Ermənistanın indiki Baş naziri Nikol Paşinyan da onlara yalan danışıb. O, mifik “Artsax”ı tanıyacağına və onun beynəlxalq aləmdə tanınmasına nail olacağına söz vermişdi. “Qarabağ Ermənistandır və nöqtə”, - deyə o qışqırırdı. Amma hər şeyin necə bitdiyini hamı bilir.

Belə görünürdü ki, rəsmi İrəvan birdəfəlik özü üçün nəticə çıxarmalı və bir daha heç vaxt sülh danışıqlarının pozulmasına səbəb ola biləcək, alternativi yeni müharibə ola biləcək təxribatçı bəyanatlar səsləndirməməlidir. Amma biz artıq Nikol Paşinyanın yeni təxribat xarakterli çıxışlarını eşitmişik, hansını ki, Parisdə “France 24” telekanalına müsahibəsində deyib.

Paşinyan söyləyib: “Azərbaycanın Ermənistana hücumu böyük ehtimalladır”.

Üstəlik, o, bu təxribat xarakterli və aldadıcı bəyanatı Azərbaycan Prezidenti İlham Əliyevlə Münhen Təhlükəsizlik Konfransı zamanı Almaniya kansleri Olaf Şoltsun təşkil etdiyi görüşdən dərhal sonra verib. Aydın görünürdü ki, bu bəyanat Almaniya kanslerinin vasitəçilik səylərini dəyərdən salmaq məqsədi ilə verilib. Özü də Fransa Prezidenti Emmanuel Makronun birbaşa göstərişi ilə.

Eyni səbəbdən Antalyada Diplomatik Forum zamanı Türkiyənin “TRT World” telekanalına müsahibəsində Ararat Mirzoyan da təxribat xarakterli çıxış edib. Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, onun “Azərbaycanın Ermənistan ərazisinə təcavüzlərini davam etdirməyi planlaşdırdığından şübhələri var”.

Dərhal qeyd edim ki, “şübhələrimiz var” formatında mülahizə yürütmək manipulyativ səslənir və diplomatiya normalarından uzaqdır.

Azərbaycan Xarici İşlər Nazirliyində də kiməsə nə görünə biləcəyini heç vaxt bilmirsiniz. Məsələn, kimsə hesab edə bilərmi ki, Ararat Mirzoyan “Eurovision”un qalibi olmuş Konçita Vürstün erməni ekvivalenti olan saqqallı qadındır? Ola bilər. Bəs kimsə açıq şəkildə belə bir fərziyyə səsləndiribmi? Yox! Çünki fərziyyələrlə deyil, faktlarla danışmaq lazımdır.

Bununla bağlı qeyd edim ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryanın son bəyanatı faktdır. O, açıq-aydın əsgəri tərzdə dedi: “Sünikdə Azərbaycan qoşunlarının cəmləşməsi yoxdur”.

O, Zəngəzuru Sünik adlandırır. Amma biz artıq dəfələrlə eşitmişik ki, Ermənistanda tarixi Azərbaycan torpaqlarını necə təhrif edirlər. Hər halda, Asryan daha sonra Azərbaycanın Ermənistana “hücum” planları ilə bağlı yalan tezisi tamamilə təkzib edən bəyanatla çıxış edib.

Üstəlik, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizin Ermənistanla yenidən döyüşmək fikri yoxdur. Amma istər Paşinyan, istər Mirzoyan, istərsə də rəsmi İrəvanın başqa bir nümayəndəsi Bakıdan gələn bəyanatlara adekvat cavab verməkdə acizlik və iradəsizlik nümayiş etdirir. İndi isə Ermənistan XİN rəhbəri, guya ki, ölkələrimiz arasında sülh müqaviləsinin imzalanması perspektivlərini müzakirə edir, amma dünyaya həqiqətən təxribatçı, heç bir səbəb olmayan bəyanat verdi.

“Həqiqətən, biz Azərbaycanla atəşkəs deyil, sülhə nail olmaq prosesini müzakirə edirik”, - Mirzoyan bildirir.

Bundan sonra onun öz dodaqlarından fərqli “şübhələr” çıxır. Bunu sülh danışıqlarının pozulmasına təhrikedici amil adlandırmamaq çətindir.Və bununla bağlı Ermənistan mətbuatının martın 7-də Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasının deputatları ilə 4 saatlıq qapalı iclas keçirməsi barədə xəbərinə istinad etmək yerinə düşərdi. Geniş tərkibdə keçirilən görüşdə Ararat Mirzoyan da iştirak edib.

Ermənistan KİV-ləri yazır ki, o, anlaşılmaz davranışla hamını şoka salıb. O, əvvəlcə çıxışında belə bir mövqe tutdu ki, Ermənistanın Rusiyadan asılılığı o qədər böyükdür ki, kəskin anti-Rusiya addımlar atmaq Ermənistan üçün doğrudan da risklidir. Lakin deputatların bəziləri bu mövqe ilə razılaşdıqda, Mirzoyan birdən bəyan etdi ki, onu düzgün başa düşmədilər və bu risklərə baxmayaraq, Ermənistan bu addımı atmalıdır.

Erməni mətbuatının bu xəbəri Ermənistan XİN rəhbərinin dediyi sözlərdən nə qədər asan və tez imtina edə biləcəyini sübut edir. Türkiyənin “TRT World” telekanalına müsahibəsində dediklərini də geri götürəcəkmi? Çətin.

Amma Ermənistan rəhbərliyinin Azərbaycanla sülhə hazır olması ilə bağlı dedikləri ilə bu ölkənin bu istiqamətdə atdığı əməli addımlar arasında böyük uçurum olması danılmaz faktdır. Lakin Mirzoyanın sələfləri Ermənistanın xarici siyasət idarəsinin rəhbərləri kimi özlərini eyni şəkildə aparırdılar. Onların təxribatçı fəaliyyətinin nəticəsi məlumdur.(AYNA)

Əkbər Həsənov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam