Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Silahlı ruslar Kreml rejiminə qarşı:bu müxalifət başqa müxalifətdir

“Rusiyanın Azadlığı”, “RDK” və “Sibir batalyonu”nun hücumunun arxasında nə dayanır?

Yenixeber.org: Kremlə müxalif “Rusiyanın Azadlığı” legionu, “RDK” və “Sibir batalyonu” birgə əməliyyat çərçivəsində Rusiyanın Kursk və Belqorod vilayətlərinə daxil olublar. Rusiyalı müxalifətçi İlya Ponomarevin sözlərinə görə, Belqorod vilayətinin Lozovaya Rudka sərhəd yaşayış məntəqəsi müxaliflərin nəzarəti altındadır.

Analitiklər bu əməliyyatı Kreml rejimi və ruslar üçün siqnal sayırlar. Ukrayna Hərbi Hüquq Araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Musienko analitik yazısında hücumu şərh edərkən iddia edib ki, bu əməliyyatın bir neçə məqsədi var: “Birinci məqsəd isə ictimai-siyasidir. Bu, ruslar üçün daha bir mesajdır ki, Putin rejiminə qarşı olan, daha yaxşı gələcək naminə əl-ələ verib döyüşməyə hazır olan hərəkatlar var. Bunlar əsasən Rusiya vətəndaşları olduğundan, məhz bu məqsədləri güdürlər”.

“Öz növbəsində, biz çox yaxşı başa düşməliyik ki, Ukrayna Rusiyada Putin rejiminə qarşı mübarizə aparmağa hazır olan və Ukraynaya silahlı təcavüzü dəstəkləməyən müxalifət hərəkatlarına kömək etməlidir. Kiyev xüsusən də əllərində silahla hüquqlarını müdafiə edən ruslara dəstək olmalıdır. Yəni söhbət liberal müxalifət deyilənlərdən yox, nəticə üçün mübarizə aparmağa hazır olanlardan gedir. Belə hərəkatlar mövcuddur və hesab edirəm ki, onları Rusiyanın yerli olmayan xalqları da daxil olmaqla genişləndirmək lazımdır. Bunlar Başqırdıstan, Yakutiya, Qafqaz xalqlarıdır ki, onlar da əvvəllər döyüşüblər və hamısı Rusiya hökumətinə etiraz edirlər. Ukrayna onları dəstəkləməlidir. Biz əsir düşmüş xalqlara başa salmalıyıq ki, onların müstəqilliyi uğrunda mübarizə davam edir”, - Musienko vurğulayıb.

Analitikin qənaətincə, ikinci məqam hərbi komponentdir ki, bu da nəzərə alınmalıdır: “Axı müharibəni Rusiya ərazisinə keçirmək həmişə vacibdir. Burada isə hər şey sadədir – düşmən öz ərazisində nə qədər çox itki versə, Ukraynada cəbhəyə bir o qədər az qoşun göndərə biləcək. Orada düşmən nə qədər çox məhv edilsə, burada bir o qədər az məhv edilməli olacaq. Düşmənin istənilən itkisi Ukrayna üçün həmişə üstünlükdür. Məntiq çox sadə və aydındır. Rusiyanın Ukrayna ilə həmsərhəd olan üç vilayətində - Belqorod, Kursk və Bryansk ərazisində bu gün 18 minə yaxın rus əsgəri var. Hazırda onlarla “RDK”, “Rusiyanın Azadlığı” və “Sibir batalyonu” döyüşür. Təbii ki, sual yaranır, Rusiya hökuməti başqa istiqamətlərdən bura əlavə qoşun yeritməyə çalışacaqmı? Bu suala indi dəqiq cavab vermək çətindir. Əvvəlki belə əməliyyatların necə keçirildiyini xatırlayırıq və təfərrüatlı proqnoz vermək mümkünsüzdür. Çünki biz bilmirik ki, “RDK”, “Rusiyanın Azadlığı” və “Sibir batalyonu” azad edilmiş ərazilərdə möhkəmlənmək niyyətindədir, yoxsa yox. İnanıram ki, belə bir məqsəd yoxdur. Çox güman ki, müəyyən məsafəyə girib, hansısa ərazini tutmağı və müəyyən müddət orada qalmağı planlaşdırırlar. Və inanıram ki, onlar buna nail olacaqlar”.

“Belə başa düşürəmki, Rusiyada qondarma prezident seçkiləri ərəfəsində orada hansısa təşviqat işləri aparmaq istəyirlər. Yenə deyirəm, əsas məqsəd mənəvi-psixolojidir - Rusiya xalqına hakimiyyətlə effektiv mübarizə üsullarının olduğunu və diktaturaya silahlı müxalifətdən ibarət olduğunu göstərməkdir. Bunu indi ruslara və dünyaya nümayiş etdirmək çox simvolikdir, nəticə verib-verməyəcəyini zaman göstərəcək”, - ekspert fikrini tamamlayıb.(AYNA)

Turan Abdulla

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam