Rusiya müxalifəti hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmır, öz tərəfdarlarına absurd çağırışlarla Putin rejimini dəstəkləyir
Yenixeber.org: Bu həftənin sonunda Rusiyada prezident seçkiləri keçiriləcək - bu, Vladimir Putini daha bir müddətə legitimləşdirmək ritualıdır. Rusiyada seçkilərin olmadığına heç kim şübhə etmir – çar nəticələrdə özü üçün istənilən rəqəmi yaza bilər. Lakin Rusiya müxalifəti Kreml rəhbərinin əlinə keçərək bu hərəkətə “qanunilik” qatmağa çalışır və deyəsən, nə baş verdiyini heç anlamır.
Əbəs yerə deyil ki, Ukraynada Rusiya müxalifəti adlanan quruma şübhə ilə yanaşılır. Hətta onun nümayəndələri Ukrayna ilə bağlı bəzi müsbət fikirlər söyləsələr də, konkret addımlara gəlincə, ciddi bir iş görmürlər.
Tammiqyaslı işğaldan əvvəl rus müxalifləri ölkələrindəki korrupsiyaya qarşı mübarizəyə yönəlmişdilər. Lakin fevralın 24-dən sonra onlar diqqətlərini Ukraynaya kömək etməyə və ya bu müharibəni dayandırmaq üçün Putin rejiminə qarşı mübarizəyə yönəltmədilər. Məsələn, Yuliya Navalnaya əvvəllər əri Aleksey Navalnı ilə Krım məsələsində və digər qalmaqallı açıqlamalarla çox gündəmə gəlmişdi...
Rusiya keçirilən “prezident seçkiləri” üçün Navalnının komandasının köhnə strategiyası var: seçki məntəqələrinə gedin, bülleteni korlayın və ya başqasına səs verin.
Bununla Putin istədiyi reytinqi göstərə biləcək. Üçüncüsü, insanlar kütləvi şəkildə seçki məntəqələrinə gəlsələr, onların olması bu “seçkilərə” böyük tələbatın olduğunu göstərəcək.
Açıq desək, Rusiya müxalifət liderləri müxalif rusları seçki məntəqələrinə gələrək Putin üçün yaxşı mənzərə yaratmağa çağırırlar. Sonra Putin deyəcək: “Bax, bizdə demokratiya var, o qədər adam səsverməyə gəldi ki, 85 faiz mənə səs verdi”.
Beləliklə, birmənalı demək olar ki, Rusiya müxalifəti indi Rusiya rejiminə kömək etmək üçün fəaliyyət göstərir.
Üstəlik, seçki məntəqəsinə gələn o ruslardan biri nəinki seçici fəallığı yaratsa, faktiki olaraq aktiv fəaliyyətə başlasa, saxlanılacaq. Bununla da, Rusiya müxalifəti dəqiq bir plan və konkret hərəkətə çağırış olmadan, həqiqətən, öz ölkəsində nəsə edə bilən rusları “qırğına” aparır.
Onları nəyin motivasiya etdiyini başa düşmək mənim üçün çətindir. Amma onların bu mövqeyi yalnız onu göstərir ki, yaxın gələcəkdə Rusiya müxalifətinin hakimiyyətə gəlmək şansı yoxdur.
Putinin əlində iqtidar var, müxalifətdə yoxdur. Rusiya müxalifəti ancaq sosial şəbəkələrdən istifadə edir (lakin 140 milyonluq əhali üçün bu, heç nədir). Əgər rasional düşünsəydilər, Ukraynanın tərəfində vuruşan Ukrayna Silahlı Qüvvələrinə və rus birləşmələrinə dəstək verərdilər. Çünki Putin rejiminə qarşı mübarizə aparan yeganə insanlardır ki, “Facebook” və ya digər sosial şəbəkələrdə deyillər.
Ümumilikdə, belə qənaətə gəlmək olar ki, Rusiya müxalifəti hakimiyyəti zorla ələ keçirməyə hazırlaşmır (və bu, Putini aradan götürməyin yeganə yoludur), öz tərəfdarlarına absurd çağırışlarla Putin rejimini dəstəkləyir.
Rusiya siyasi mədəniyyətinin DNT-si Ukraynadan fərqlidir. Onlar dözməyə hazırdırlar - təzyiqlərə, vintlərin bərkidilməsinə, liderlərinin həbsinə və öldürülməsinə, Ukraynaya məcburi müharibəyə göndərilməyə... Onların buna qarşı reaksiyası isə sosial şəbəkələrdəki yazılardan və çox şübhəli hərəkətlərdən ibarətdir.
Bu insanlar çarəsizdirlər. Və bu acizlik Rusiya müxalifətinin çağırdığı və bir həftə sonra Putinə kömək edəcək hərəkətlərə gətirib çıxarır.
Müəllif: Aleksandr Xara – Ukrayna Müdafiə Strategiyaları Mərkəzinin eksperti.
Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.