Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Firəngistan yeni partlayış astanasında -ŞƏRH

makakaaa.jpg (8 KB)
Yenixeber.org: Avropa ciddi sınaqlarla üz-üzədir. Qitədə müşahidə olunan problemlərin əksəriyyətinin həllinin mümkünsüz olduğu vurğulanır. Bütün Avropanı bürüyən fermer aksiyalarının getdikcə ümumavropa etirazlarına çevriləcəyi təhlükəsi artır. “Köhnə qitə”də yaşanan problemlər Fransada özünü daha qabarıq göstərir. Ölkə sosial partlayışın astanasındadır, aqrar problemlər günbəgün genişlənir. Fermerlərin mütəmadi etirazları paytaxt Paris də daxil olmaqla iri şəhərləri iflic vəziyyətinə salıb.

İqtisadiyyatda durğunluq, “sarı jiletlilər”in və fermerlərin etirazları, Afrikada geosiyasi məğlubiyyətlər müasir Fransanı xarakterizə edən əsas xüsusiyyətlərdir. Emmanuel Makronun prezidentliyi dövründə bu problemlərin qabarıq şəkildə üzə çıxdığı da etiraf olunmalıdır. İş o yerə çatıb ki, keçmiş müstəmləkələr Yelisey sarayı qarşısında sərt tələblərlə çıxış edirlər. Hətta 100 il ərzində ölkədən talanılıb aparılanların kompensasiyası tələb edilir. Konkret olaraq Niger hakimiyyət orqanları bəyan ediblər ki, Paris müstəmləkə halına saldığı Nigerdən apardıqlarına görə təzminat ödəməlidir. Məsələnin digər bir tərəfi ondan ibarədir ki, etirazlar Avropanın bir çox ölkəsini bürüsə də, vəziyyət xüsusən də Fransada ağır olaraq qalır. Faktiki olaraq hər gün fermerlər arasında intihar halları baş verir. Mövcud qanunvericiliyin ölkənin kənd təsərrüfatını məhv etdiyini iddia edənlərin sayı da artır.

E.Makrona gəldikdə, o, fransızlar arasında nüfuzunu itirib. NATO qoşunlarının Ukraynaya göndərilməsi barədə məsuliyyətsiz bəyanatı ilə həm Avropada, həm də ölkə daxilində gərginlik yaradan dövlət başçısının reytinqi minimuma düşüb. Ekspertlərin fikrincə, E.Makron hakimiyyətini saxlamaq üçün üçüncü dünya müharibəsini alovlandırmağa çalışır. Təsadüfi deyil ki, Qərbdə bir çoxları onun Fransada prezidentliyi müddətini Napoleonun idarəçiliyi dövrü ilə eyniləşdirməyə başlayıblar. Bu səbəbdən də onun təşəbbüslərinin ölkə üçün təhlükə olduğunu düşünənlərin sayı artır.

Beləliklə, Fransa müasir tarixinin ən qalmaqallı dövrünü yaşayır. Yayda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində fermerlərin etiraz aksiyalarının yenidən güclənəcəyi isə bu narahatçılığı artırır. Fermerlərin həmkarlar ittifaqı təşkilatı - FNSEA-in sədri Arno Russo təsdiq edib ki, Parisin bir sıra güzəştlərinə baxmayaraq aksiyaları davam etdirəcəklər. O, BFMTV-yə müsahibəsində söyləyib ki, aksiyalar yaxın iki həftə ərzində yekunlaşmayacaq. A.Russo hakimiyyətin geri çəkildiyini və bir sıra güzəştlərə getdiyini təsdiqləyib. Xatırladaq ki, Fransada fermerlər dizel yanacağının qiymətinin artırılması, petisidlərdən istifadənin məhdudlaşdırılmasına etiraz edirlər.

Yerli ekspertlərin qənaətincə, aqrar fonda keçirilən etirazlar Fransada daxili siyasi gərginliyi pik həddə çatdıracaq. Məsələnin kökündə fermerlərin maraqlarının nəzərə alınmaması olsa da, ölkə rəhbərliyinin yarıtmaz siyasəti də əsas səbəblər sırasındadır. Hakimiyyət uğursuz siyasəti nəticəsində keçmiş koloniyalarından qovulub. Bu isə Parisin milyonlarla dollar gəlirdən məhrumedilməsi deməkdir.

Digər bir məsələ ondan ibarətdir ki, yayda Avropa Parlamentinə seçkilər keçiriləcək. Fransa da bu parlamentdə aktiv rol oynayır. 400 milyona yaxın avropalının səs verəcəyi bu seçkilər onun üçün də mühüm əhəmiyyət kəsb edir. Sağ partiyalar da fermerlərin etirazlarında onlara dəstək nümayiş etdirib, bu baxımdan da fermerlərin etirazları ciddi nəticələrə gətirib çıxara bilər.

Beləliklə, Avropanın əksər ölkələrini əhatə edən, Fransadan start götürən aksiyaların genişmiqyaslı Avropa etirazlarına çevirilmək təhlükəsini var. Fermerlərin etirazları milli nüanslarla bütün Avropada keçirilir və bu, iyunda Avropa parlamentinə seçkilərə cəmi bir neçə ay qalmış Avropa siyasi həmrəylik hərəkatının başlanğıcını qoya bilər.

Qeyd edək ki, fermerlər məhsulların aşağı qiymətlərinə, artan xərclərə, ucuz idxala və Aİ-nin iqlim dəyişmələri ilə mübarizə cəhdləri ilə bağlı məhdudiyyətlərə qarşı etiraz edirlər. Narahatlıqlar ötən ay Fransada baş qaldırıb, ondan sonra Almaniyada, Belçikada, Polşada, Rumıniyada, Yunanıstanda və Niderlandda davam edib. Fermerlər avtomagistralları bağlayıb və traktor kolonnaları əsas şəhərlərdə nəqliyyatın hərəkətini pozub.(Report)

Azər Nuriyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam