Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

London Pekinin Tehrana Təsir Etməsini Istəyir -ANALİZ

Çin'den ABD ve İsrail'e "ayağını denk al" mesajı: "İran'a yapılacak  müdahaleye karşı çıkacağız"

ABŞ və Böyük Britanıyanın Yəməndə husirlərin mövqelərinə zərbələri nəticəsiz qalıb. Vaşinqton və London hesab edir ki, bu zərbələrdən sonra husilər ticarət gəmilərinə hücumlardan imtina edəcəkdlər. Ancaq bu baş vermədi.

Yenixeber.org: Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Münxen Təhlükəsizlik Konfransında Çinin xarici işlər naziri Van Yi ilə görüşdən sonra çinli həmkarıyla birgə keçirdiyi mətbuat konfransında Pekinin Tehrana təsir etməsini istəyib. Yəni Pekin Tehrana, İran hakimiyyəti isə husilərə təsir etməlidir ki, Qırmızı dənizdə ticarət gərmilərinə hücumlar dayandırılsın. Londonun Pekindən istəyi budur. Vaşinqtonun da Pekindən istəyi oxşardır.

Buna baxmayaraq, Pekin Tehrana təsir etmək fikrində deyil. Əksinə, Çin Rusiya ilə birgə ABŞ və Böyük Britaniyanın Yəməndə husilərin mövqelərinə zərbə endirmələrindən narazıdır. Rusiya və Çinin BMT-dəki nümayəndələri çıxışlarında Təhlükəsizlik Şurasının Yəmənə qarşı hərbi hücumlara icazə vermədiyini xatırladıblar. 

Vaşinqtonun və Londonun mövqeyi dəyişməzdir. Husilərin durdurulması üçün bütün imkanlardan istifadə olunmalıdır. Vaşinqton və London Moskva və Pekinin istədiyi  kimi bu məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaq istəmirlər. Çünki Rusiya və Çin Təhlküəsizlik Şurasında səsvermədə husilərə qarşı güc tətbiqinə veto qoyacaqlar.

ABŞ rəsmiləri İranın 2014-cü ildən başlayaraq husiləri raketlərlə təhciz etdiyini bildiriblər. Husilər ticarət gəmilərinə bu raketlərlə zərbələr endirirlər. Buna görə, Vaşinqton hesab edir ki, husiləri durdurmağın yollarından biri Tehrana təsir etməkdir. Tehranın husilərə təsir etmək fikri yoxdur. Halbuki, Qırmız dənizdə gərgin vəziyyət İranın ticarət tərəfdaşlarına da zərər verir. Bir çox ölkənin ticarət gəmisi Qırmız dəniz və Süveyş kanalından istifad etmək istəmir. Bu da həmin gəmilərin daha uzun məsafə seçməsiylə nəticələnir ki, bu yanacağın və ərzaq məhsullarının qiymət artımına səbəb olur.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam