Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Hindistan Rusiya Silahından Niyə Imtina Edib? -ANALİZ

Hindistan 8,52 milyard dollar dəyərində silah alır

Yenixeber.org: Hindistan Rusiyadan silah və hərbi texnika almaqdan tədricən imtina edib. “Reuters” agentliyini bu məlumatı Hindistan hökumətindəki mənbələrə istinadən yayıb. Dehli Moskva ilə münasibətlərini gərginləşdirməməyə çalışsa da, Rusiyadan məsafə saxlamağa çalışır. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi Dehlini öz siyasətini korrektəyə məcbur edib.

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi həm də hərbi texnikaların nümayişi xarakteri daşıyır. Müxtəlif dövlətlər döyüşən tərəflərin hərbi texnikasını kənardan müşahidə və analiz edirlər. Görünür, Hindistan hökuməti müharibənin gedişatında bu qənaətə gəlib ki, Rusiyanın hərbi texnikasının keyfiyyətində ciddi problemlər mövcuddur. Bu müxtəlif araşdırmalarda da təsdiq olunub. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu yayımladığı hesabatda göstərilib ki, son 20 ildə Rusiya Hindistanın silah və hərbi texnika ehtiyacının 65 faizini ödəyirdi. Ancaq Rusiya-Ukrayna müharibəsindən sonra durum dəyişib. Hindistan ABŞ istehsalı olan silah və hərbi texnikaya maraq göstərməyə başlayıb. Amerikalı rəsmilər və generallar bu məqsədlə tez-tez hindli həmkarlarıyla görüşür, əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edirlər. Hindistanın baş naziri Narendra Modi də Vaşinqtonla hərbi-texniki əməkdaşlığı dəstəkləyib. Modi bir müddət əvvəl ABŞ-a 4 günlük səfərində hərbi əməkdaşlığın inkişafı mövzularını da müzakirə etmişdi.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu Rusiyanın müxtəlif dövlətlərə, o cümlədən Hindistana hərbi texnika ixracının dəfələrlə azaldığını yazıb. Misal üçün 2018-2022-ci illəri arasında azalma 31 faizdir. Digər tərəfdən Rusiya ona qarşı sanksiya tətbiq edən ölkələrə silah və hərbi texnika sata bilmir. Rusiya o ölkələrə də silah və hərbi texnika satmır ki, alan dövlət həmin silahları sonradan üçüncü dövlətlərə satmağa başlayır.

Bu arada, Rusiya Hindistana neft satmaqda da çətinliklə üzləşib. Rusiyanın neftlə dolu tankerləri bir sıra hallarda Hindistan limanlarına yaxınlaşa bilmirlər. Çünki Rusiyanın neft şirkətləri satdıqları məhsulun əvəzinə rupi almaq istəmirlər. ABŞ-la münasibətləri gərgin olan Rusiya alqı-satqıda dollar tələb edir. Halbuki, Rusiya özü tərəfdaşları ilə razılaşmışdı ki, ticarətdə tədricən dollardan imtina etmək lazımdır. Ancaq bu qaydanı elə Rusiyanın özü pozur.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam