Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İRƏVAN BAKININ NƏBZİNİ YOXLAMAQ İSTƏDİ, CAVABINI ALDI... – “Yerkrapa” kimə və nəyə xidmət edir?

Qarabağdakı uğurlu və tarixi antiterror əməliyyatından sonra xeyli müddət idi ki, təkcə Qarabağda yox, Azərbaycan-Ermənistan şərti sərhədi boyunca da sakitlik idi. Lakin ötən gün Ermənistan ordusunun mövqelərindən açılan atəş nəticəsində bir əsgərimiz yaralandı. 

Yenixeber.org: Ermənistanda bunun cavabsız qalmayacağını qanmayanların sayı elə də çox ola bilməzdi. Ermənistan tərəfi insidenti təkzib etmədi və məsələnin araşdırılacağını vəd etdi. Ancaq heç bir təcili addım atılmadı, əksinə, həmin gün Ermənistan mətbuatında ölkənin yeni silahlar alması, ayrı-ayrıı ölkələrlə yeni hərbi əməkdaşlıq müqavilələri bağlanması perspektivləri və s. barədə gen-bol müzakirələr aparıldı, özü də bu müzakirələrin mərkəzi fiqurları hakim siyasi qüvvənin təmsilçiləri oldu.

“Hər halda, bu gün bizim Hindistan və Fransa ilə hərbi-texniki əməkdaşlıq, silahların əldə edilməsi ilə bağlı ciddi razılaşmalarımız var. Deməliyik ki, hərbi-texniki sahədə yaxşı nailiyyətləri olan böyük dövlətlərlə müqavilələrimiz var. Təbii ki, biz bu barədə danışmayacağıq, deməyəcəyik, ancaq bu, təkcə Fransa və Hindistan deyil”Bunu dünən Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komitəsinin sədri Armen Xaçatryan deyib və əlavə edib ki, “son bir-iki ildə daha böyük həcmdə iş aparılıb və bunun nəticələrini yaxın gələcəkdə görəcəyik”.

Eyni vaxtda Müdafiə naziri Suren Papikyan da bəyan etdi ki, Ermənistan silah tədarükündə irəliləyiş əldə edib: "Fransa və Hindistan bizim əsas tərəfdaşlarımıza çevriliblər, lakin mənim adlarını çəkmək istəmədiyim başqa ölkələr də var". Həmçinin, son zamanlar Ermənistanda Azərbaycan Silahlı Qüvvələrinin sərhəddəki (ermənilərin Ermənistan ərazisi hesab etdikləri) mövqelərinin “güc yolu ilə geri qaytarılmasına” dair müxtəlif fikirlər, çağırışlar eşidilməkdədir. Bir sözlə, ermənilərin sıralarında “hərbi xoruzlanma” əlamətləri müşahidə olunurdu.


Digər yandan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin yenidən Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel formatında görüşünün təşkilinə cəhdlər etdiyinə dair məlumatlar yayıldı. Bütün bunların fonunda, bir yandan danışıqların yenidən Avropa müstəvisinə daşınması barədə söz-söhbətlər və təbii ki, Moskvanın bunun əleyhinə olması, digər yandan isə Ermənistanın özündə silahlanma mövzusunun gündəmin aparıcı maddələrindən birinə çevrilməsi sərhəddə gərginlik perspektivini artırmışdı. 

Nəhayət, bu da baş verdi və dünənki təxribat Azərbaycan tərəfini cavab olaraq, qisas əməliyyatı keçirməyə vadar etdi. Nəticədə ermənilər bir əsgərimizi yaraladıqlarına görə 4 hərbçisini itirdi, bir neçə nəfər isə yaralandı.

Bu gün erməni mətbuatı yazır ki, həlak olanlar Ermənistanda fəaliyyət göstərən “Yerkrapa” təşkilatının üzvləri olub. Sonradan Ermənistan Müdafiə Nazirliyinin məlumatından belə aydın oldu ki, ölənlərin ən cavanının yaşı 32-dir, ən yaşlısının isə yaşı 60-ı keçib. Digər ikisinin 50 yaşı vardı. Bu, “Yerkrapa” məsələsinin həqiqət olduğunu deməyə əsas verir. 

Azərbaycanın terror təşkilatı kimi tanıdığı bu revanşist qruplaşma Birinci Qarabağ müharibəsinin iştirakçıları tərəfindən yaradılıb. “Onların sərhəddə nə iti azır” sualı isə Paşinyan hökumətinə ünvanlanmalıdır. Əgər doğrudan da ölənlər həmin təşkilatın üzvləri olubsa, deməli dünənki təxribatın kökləri də onların “sahiblərinə” gedib çıxır. Çünki bunlar istənilən xarici qüvvənin sifarişini yerinə yetirməyə hazır olan köpək sürüsüdür və onların sıralarına hazırda erməni ordusunda xidmət edən əsgər və zabitlərin də rəsmi, yaxud qeyri-rəsmi şəkildə qatıldıqları şübhə doğurmur. 

Bəli, sərhəddəki bu təxribatın Ermənistan hakimiyyətinin, yoxsa regionda sülhün bərəqərar olmasında maraqlı olmayan xarici qüvvələr və onların erməni ordusundakı uzantılarının işi olduğuna dair suallar var. Bir çoxları Paşinyan hakimiyyətinin eskalasiyada maraqlı olmadığını və bunun revanşist qüvvələrin sifarişli əməlinin nəticəsi olduğunu iddia edirlər. 

Lakin istənilən halda, bu hadisənin törədildiyi, Azərbaycan əsgərinə atəş açıldığı əraziyə görə Ermənistan hökuməti cavabdehdir. Necə ki, oradakı hər hansı xarici qüvvə xidmətçilərinin, revanşistlərin mövcudluğunun da qarşısını almaq həmin hökumətin borcudur. Hökumətdə isə çoxdan anlamalı, dərs çıxarmalı idilər ki, Azərbaycan əsgərinə qətiyyən güllə atılmamalıdır, atılacağı təqdirdə bunun bədəli beş qat, on qat, min qat ağır ola bilər...

Bu mənada istənilən halda günah Paşinyan hakimiyyətindədir. Görünür, Ermənistanda kimlərsə - ya hakimiyyət, ya ölkədaxili revanşistlər, ya sülhün əleyhinə olan xarici qüvəllər, ya hər kimsə növbəti dəfə Azərbaycanın qətiyyətini, iradəsini, bir sözlə, nəbzini yoxlamaq qərarına gəlmişdi. Yoxladı və cavabını da aldı...(Azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam