Redaktor seçimi
TALEH BƏŞİROV “PAT” VƏZİYYƏTİNDƏ: yediyini nə uda, nə də qaytara bilir -
London Məhkəməsi Ülvi Quliyevi də təftiş edir -
Cavanşir Feyziyevin 39 milyon funt sterlinqlik əmlakına həbs qoyulub -
“Siyasi mühacir” alverindən YENİ XƏBƏR:
Pandemiyadan pandemiyaya - 
Biznesmen Qulam Ələkbərovun biznesmen kürəkəni Anar Məmmədov Milli Məclisdə necə yer alıb? -
Direktor Gülnaz Dadaşovanın qoçu dəstəsi, ayaqyoluda açılan angioqrafiya, aşağılanan həkimlər... -
"Vertu"su olan İcra Başçısı Rəcəb Babaşovun brend geyimi, ayaqqabı və saatı -
Günün xəbəri

Qarabağdakı ruslar “offside”da:"Sülhməramlılar Xankəndiyə yoxlanılaraq buraxılırlar"

Səxavət Məmməd: "Əgər ermənilər Azərbaycanda yaşamaqdan imtina etsələr və gəlmək istəməsələr, Rusiya sülhməramlıları da ərazidən gedəcək”

Yenixeber.org: Ötən ilin sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi bir sutkalıq lokal antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüz tam təmin olundu. Bundan sonra Qarabağda yaşayan ermənilər könüllü şəkildə bölgəni tərk etdilər. Güman olunurdu ki, ermənilərin gedişindən sonra Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti də ərazini tərk edəcək. Çünki artıq sülhməramlı missiyanın bölgədə qalmasına heç bir ehtiyac qalmayıb.

Qeyd edək ki, rus hərbçiləri 2020-ci ilin noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı Üçtərəfli Birgə Bəyanata əsasən sülhməramlı adı altında Qarabağda yerləşdirilib. Hərbi missiyanın getmə müddəti 2025-ci ilədəkdir. Əgər tərəflərdən biri müraciət etməsə, o zaman sülhməramlıların Qarabağda qalma müddəti artırılmayacaq.

Antiterror əməliyyatlarından sonra əksər ekspertlər güman edirdilər ki, sülhməramlılar vaxtından tez – yəni ki, 2025-ci ili gözləmədən bölgəni tərk edəcəklər. Amma görünən odur ki, Rusiya tərəfi hərbçilərini nəinki vaxtından əvvəl çıxarmaq niyyətindədir, əksinə, müddətin artırılmasında maraqlıdır.

Bu günlərdə Rusiya xarici işlər nazirinin Mixail Qaluzin TASS-a müsahibəsində deyib ki, Qarabağda sülhməramlıların məsələsi yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur: “Tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz yaranan bütün məsələləri qarşılıqlı razılaşma əsasında həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, tələblərdən, Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”.

Hərbi jurnalist Səxavət Məmməd bizimlə müsahibəsində deyib ki, hazırda Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin nə postu var, nə də xüsusi bir fəaliyyəti:

- Onlar hətta Xankəndiyə belə, Azərbaycan tərəfindən yoxlamalardan sonra keçirlər. Düşünnürəm ki, Rusiya ordusunda xidmət edən bütün zabit, gizir və əsgərlər Qarabağda xidmət etmək arzusunda olarlar. Çünki orda onların gördüyü, görəcəyi hansısa bir iş yoxdur. Bəzən silahların yerlərinin aşkar edilməsi və minaların təmizlənməsində Azərbaycan ordusuna, hüquq-mühafizə orqanlarına yardımlar edirlər. Antiterror əməliyyatından sonra ruslar Qarabağda "offsite"da qalıblar. Sadəcə Rusiya dövləti regionda qalmaq istədiyi üçün ordadırlar.

- Gözlənilirdi ki, sülhməramlılar antiterror əməliyyatından, ermənilər Qarabağdan getdikdən sonra bölgəni tərk edəcəklər. Hətta vaxtından əvvəl gedəcəkləri deyilirdi. Amma Rusiya XİN başçısının müavini Mixail Qaluzin başqa söz deyir. Sülhməramlıların 2025-ci ilədək qalacaqlarını bildirdi. Eyni zamanda, dedi ki, bu müddətin uzadılmasına baxılacaq. Qaluzinin diplomatik sözlərini necə tərcümə etmək olar?

- Burda bir məsələyə diqqət ayırmaq lazımdır. Rusiya sülməramlılarının qalması 10 noyabr Üçtərəfli Birgə Bəyanata əsasəndir. Məsələ ondadır ki, 10 noyabr sənədi demək olar ki, indi heç nəyə yaramır. Bəyanatın yalnız Ermənistan ərazisindən keçəcək komunikasiyalar və orda rusların nəzarəti həll edilməmiş qalıb. 10 noyabr sənədinin demək olar, bütün maddələrini Azərbaycan tərəfi özü icra edib. Ərazidə ermənilər qalmayıb deyə, rusların da qalmaması lazımdır. Ancaq Rusiya hələ də o Bəyanatı əlində bayraq edir.

Yeri gəlmişkən, Bəyanatın müddəalarına görə, sülhməramlıların qalması üçün Ermənistan və Azərbaycan tərəfinin icazəsi lazımdır. Ermənistan bu məsələdən uzaqlaşıb. Rusiya da bildirir ki, bu, yalnız Azərbaycan tərəfi ilə müzakirə ediləcək. Əgər Rusiya tərəfi Ermənistanı da bu işə qatsaydı, bu, çox ciddi problemə çevrilə bilərdi.

Hesab edirəm ki, Rusiya regionda qalmaq istəyir və ona görə də, sülhməramlıların Qarabağda qalması üçün "bazarlıq" edəcək.

Bu gün Ermənistanda Rusiyanın 3 hərbi bazası var. Gürcüstanın ərazilərini - Abxaziya və Cənubi Osetiyanı işağl edib. Yəni ki, Rusiyanın Cənubi Qafqazdakı 3 ölkədən ikisinə birbaşa təsiri var. Ancaq Azərbaycanla bağlı belə bir məsələ yoxdur. İndi Rusiya çalışır ki, heç olmasa sülhməramlı adı altında Azərbaycanda qalsın. Vaxt yaxınlışanda Rusiya Azərbaycana qarşı daha çox təzyiq edəcək ki, ərazidə qalsın. Bunun necə nəticə verəcəyini indidən demək mümkün deyil.

- Qaluzin onu da bildirib ki, Bakı ilə bu məsələdə danışıqlar konstruktivdir. Konstruktiv dedikdə diplomat nəyi nəzərdə tutur?

- Azərbaycanla Rusiya arasında bu məsələ ilə bağlı qalmaqal, fikir ayrılığı yoxdur. Tərəflər bir-birinə mane olmur. Hesab edirəm ki, Rusiya Azərbaycan münasibətlərinin indiki mərhələsi rus diplomatın bu fikiri səsləndirsinə imkan verir. İki ölkə rəhbəri bu məsələyə qərar verəcək. Ərazidə nə separatizm var, nə də ermənilər. İndiki mərhələdə hər iki tərəf bir-birinə mane olmadan fəaliyyət göstərir.

- Bölgədəki vəziyyətdən asılı olaraq qərar veriləcək deyəndə rəsmi Moskva nə demək istəyir?

- Bölgədə vəziyyət o zaman dəyişə bilər ki, Qərb Azərbaycana ermənilərin yenidən Qarabağa qayıtması ilə bağlı təzyiqlər edər və rəsmi Bakı ermənilərin gəlməsinə şərait yaradar. Belə olan halda, Qərb çalışacaq ki, əraziyə sülhməramlı adı altında qüvvə yeritsin. Bu zaman Rusiya bölgədə qalmaq üçün Azərbaycana təzyiqlər edəcək. Rəsmi Bakı da seçim qarşısında qalacaq - Rusiya, yoxsa Qərb.

Bundan əlavə, hazırda Fransa regionun qarışması üçün əlindən gələni edir. Ermənistanla Azərbaycan arasında yeni gərginliyin yaranma ehtimalı da yüksəkdir. Əgər regionda yenidən müharibə olarsa, eskalasiya artarsa, Rusiya yenə ərazidə qalmaq üçün təzyiqlər edəcək. İndiki mərhələdə proseslər müsbət yöndə gedir. Ancaq dəyişmə ehtimalı hər zaman mümkündür. Qaluzinin də “vəziyyətdən asılı olacaq” ifadəsi məhz buna görədir.

- Sizcə, 2025-ci ildə sülhməramlılar Qarabağdan gedəcək, yoxsa qalacaq?

- Əgər ermənilər Azərbaycanda yaşamaqdan imtina etsələr və gəlmək istəməsələr, Rusiya sülhməramlıları da ərazidən gedəcək. Çünki özləri də heç bir iş görmədiklərini dilə gətirirlər. Ruslar əslində başqa bir şey üzərində də düşünürlər. Müddət bitib, ərazidən çıxdıqdan sonra Qərb “erməni kartı”nı işə salsa, nə olacaq? Hesab edirəm ki, Rusiya bu tip məsələləri də düşünür. Ümumiyyətlə, bir ölkənin ərazisində ikinci bir ölkənin ordusunun olması, adı hər nə olur-olsun, hər zaman təzyiq vasitəsidir. Əgər Azərbaycan Qərbin təzyiqləri qarşısında duruş gətirsə və proses indiki şəkildə yekunlaşsa, ruslara gərək qalmayacaq və 2025-ci ildə gedəcəklər. Düzü, heç vaxt düşünməmişəm ki, ruslar vaxtından əvvəl gedəcəklər. Çünki rəsmi Bakı da bunda maraqlı deyildi. Çünki ruslar gedəcəyi təqdirdə, Qərb təzyiqi daha da artıracaqdı. Azərbaycan bir növ ruslarla özünü də sığortalamış oldu.

Dünyada baş verən proseslər çox sürətlə dəyişir. Həmçinin regionumuzda da proseslər sürətli şəkildə yön dəyişdirir. Şəxsi fikrim və istəyim ondan ibarətdir ki, ruslar getməlidirlər. Ancaq hər şey proseslərə bağlıdır.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam