Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Deputatlığa namizədin katibəsi kişiləri seks kaseti ilə şantaj etdi

“Bandotdel”in keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslərdən biri haqda maraqlı məlumat yayılıb.

"Xeberinfo.com":   Xatırladaq ki, bir neçə gün öncə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilmişdi.

Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Səbuhi Məmmədov və Hacıqabul rayon sakinləri - Güləhməd Mirzəyevlə Natiq Kazımov saxlanılmışdı.

Aparılan araşdırma nəticəsində onların Gülnar adlı şəxs vasitəsi ilə barələrində rüsvayedici videolar yayacaqları hədəsi ilə bir neçə vətəndaşdan külli miqdarda pul almaları da müəyyən edilmişdi. Şirvan şəhər sakini Gülnar Əhmədova da saxlanılaraq istintaqa cəlb olunmuşdu.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saxlanılan Gülnar Əhmədova Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyevin katibəsi olub.

Şirvan Şəhər Təhsil Şöbəsindən məlumatı təsdiqləyiblər və bildiriblər ki, Gülnar bir müddət əvvəl işdən çıxarılıb.

Şirvan Şəhər Təhsil Şöbəsinin müdiri Paşa Nəbiyev isə həm də 46 saylı seçki dairəsindən namizəddir.

Bir daha qeyd edək ki, G.Əhmədova şəhərdə imkanlı kişilərlə cinsi əlaqədə olub həmin anı videokamera ilə qeydə alırmış.

Sonradan isə həmin videoları yayacağı ilə hədələyib onlardan külli miqdarda pul alıb.

Artıq bir neçə kişi onun qurabınına çevrilib.

İki nəfər isə G.Əhmədovanın tələbini yerinə yetirmədiyi üçün video görüntülər şəhər camaatı arasında yayılıb.

Bundan sonra hüquq-mühafizə orqanlarına şikayət edilib və G.Əhmədova saxlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam