Ucar rayon üzrə Təhsil Sektorunun müdiri şagirdləri "belə dondurur": "Məktəb direktorlarından aylğı Etibar adlı keçmiş taksi sürücüsü yığır" -PREZİDENTƏ MÜRACİƏT!
Ucar rayon üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyevin yarıtmaz fəaliyyətinə görə Ucar rayonunda bir çox məktəblərdə özbaşınalıq baş-alıb gedir...
Yenixeber.org: Bu iddia redaksiyamıza bir qrup Ucar rayon sakini tərəfindən daxil olmuş müraciətdə yer alır. Müraciət müəllifləri Ucar rayon üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyevin "özfəaliyyət"indən və təhsil müəssisələrindəki acınacaqlı durumdan bəhs edirlər...
Biz Yenixeber.org olaraq qarşı tərəfi də dinləmək istədik, təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oladu.
Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:
Ucar rayon üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyevin yarıtmaz fəaliyyətinə görə Ucar rayonunda bir çox məktəblərdə özbaşınalıq baş-alıb gedir ki, buna görə şagirdlər və valideyinlər çox əziyət çəkirlər.
Ucar şəhər 1 nömrəli Texniki-Humanitar fənlər təmayüllü Məktəb-liseyində qızdırıcı sistemi düzgün işlədilmədiyi üçün sinif otaqlarında şagirdlər soyuqdan donurlar. İstifadə edilən kombi qıcdırıcıları sinifləri isitmədiyi üçün şagirdlər otaqda palton- papaqla əyləşirlər. Oxşar acınacaqlı vəziyyət Ucar şəhər 4 №-li, 5 №-li, 6 №-li və digər tam orta məktəblərdə mövcuddur. Həttda siniflərin soyuq olmasından fənn müəllimləri də çox əziyyət çəkirlər, dərslərini keçə bilmirlər.
Ucar rayon üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyev problemin həlli üçün heç bir tədbir görmək istəmir. Baxmayaraq ki, valideyinlər bu acınacaqlı vəziyyətdən hər gün şikayət edirlər.
Qeyd edək ki, həmin məktəblərdə müasir tipli kombi qızdırıcı sistemi var. Həmin istilik sisteminin qazla işlədilməsi nəzərdə tutulsa da Rahib Burcalıyevin göstərişi ilə dizel yanacağı ilə işə salındığı üçün sistem pozulub istilik vermir. Bunu isə ona görə etdirir ki, sayğac yazdığı üçün işlədilən qaza kələk gələ bilmirlər, ancaq işlədilən dizel yanacağını şişirdərək ayrılan pulu talan edə bilirlər. Rahib Burcəliyevin talançılığına görə məktəblərdə şagirdlər soyuqdan xəstəliyə yoluxurlar.
Ucar rayon üzrə Təhsil Sektorunun müdiri Rahib Burcəliyevin yarıtmaz fəaliyyəti nəticəsində Ucar məktəblərində antisanitariya baş alıb gedir. Siniflər soyuq olduğu üçün şagirdlərin çoxu dərslərə gəlmirlər, qızılca xəstəliyi məktəblərdə tügyan edir. Buna baxmayaarq Rahib Burcaliyevin başı korrupsiya əməllərinə qarşıdığı üçün problemlərin həll üçün heç bir addım atmaq istəmir. Ən dəhşətlisi isə odur ki, Rahib Burcəliyev Ucar rayonu üzrə Təhsil Sektoruna müdir vəzifəsinə təyin ediləndən sonra Ucarda taksi fəaliyyəti ilə məşğul olan Etibar adlı şəxsi özünə köməkçi təyin etmişdir. Elementar savadı olmayan Etibar adlı keçmiş taksi sürücüsü Rahib Burcalıyevə talançılığı həyata keçirməkdə yaxından köməklik göstərir. Bu səbəbdəndir ki, məktəb direktorlarından aylğı Etibar adlı keçmiş taksi sürücüsü yığır.
Biz valideyinlər mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən kömək istəyirik.
Cənab Prezident Sizdən çox-çox xahiş edirik Ucarda təhsili iflic etmiş Rahib Burcaliyevin barəsində ciddi tədbirlər görülməsinə və yaranmış problemin tez bir zamanda aradan qaldılmasına tapşırıq verəsiniz. Xalq Sizə inanır, Sizə güvənir və Sizi dəstəkləyir.
Yenixeber.org olaraq yazıda adları yer alan tərəflərin cavab haqqını tanıyırıq.