Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bu Iki Ölkə Kollektiv Qərbə Qarşı Güclərini Birləşdirir -ANALİZ

 Yenixeber.org: Rusiya Ukrayna müharibəsi fonunda Qərb ölkələri ilə münasibətlərini gərginləşdirməkdə davam edir. Moskva bu mübarizədə strateji tərəfdaşı Pekinə arxayındır. Çinin xarici işlər naziri Van Yi bir müddət əvvəl Rusiyaya dörd günlük səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla müxtəlif mövzuları müzakirə edib. Van Yi eyni zamanda Moskvada iki ölkə arasında 18-ci strateji təhlükəsizlik məsləhətləşmələrində iştirak edib.

Van Yi Sergey Lavrovla yanaşı Rusiya Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə də görüşüb. Patruşev deyib ki, Tayvan, Sincan, Tibet və Honq Konq məsələlərində Moskva Pekini dəstəkləyir. Patruşevin sözlərinə görə, Rusiya və Çini cilovlamaq üçün kollektiv Qərbin başlatdığı kampaniya kontekstində beynəlxalq arenada Moskva-Pekin koordinasiyasının və əməkdaşlığın daha da dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir.

Rusiya və Çin BMT, BRİCS, “böyük iyirmilər” və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq mövzularını müzakirə edirlər. Pekin və Moskva eyni zamanda Rusiya-Ukrayna müharibəsinin gedişatı barədə də fikir mübadiləsi aparırlar. Qərbin Rusiya və Çinə münasibəti oxşardır, Moskva və Pekinin siyasətlərini beynəlxalq aləm üçün təhlükə kimi qiymətləndirir. Belə olan halda  Moskva və Pekin Qərblə mübarizədə koordinasiyanın gücləndirirlər.

Buna baxmayaraq, Çinin Rusiyadan fərqi var. Qərb Kremllə münasibətlərini dondurub, Pekinlə isə müxtəlif səviyyələrdə təmaslar davam edir. Misal üçün Qərb diplomatları Pekinə səfər edir və çinli rəsmiləri ölkələrinə dəvət edirlər. Qərblə Rusiya arasındakı münasibətlərdə görüş və müzakirələr yoxdur. Qərb diplomatları BMT-də Sergey Lavrovla görüşmədilər. Qərb diplomatları işğalçı dövlətin rəsmiləri ilə görüşmək istəmirlər.

ABŞ prezidenti Cozef Bayden Çin lideri Tsi Cinpinlə görüşməyi planlaşdırıb. Bu məqsədlə amerikalı və çinli rəsmilər liderlərinin görüşünü hazırlamaq üçün tez-tez təmas qururular. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Van Yi ilə Malta adasında 12 saatlıq müzakirələr aparıblar. Vaşinton və Pekin arasında təmaslar bundan sonra da davam edəcək.

Bu görüşlərə və müzakirələrə baxmayaraq, Vaşinqton Pekinə təzyiq siyasətindən itmina etmək istəmir. Vaşinqton Çin-Rusiya strateji tərəfdaşlığını, Çinin dənizlərdə hərbi gücünü artırmasını və Tayvan ətrafındakı vəziyyəti ABŞ üçün təhlükə kimi qiymətləndirir. Vaşinqton bu səbəbdən bölgədə Çinə qarşı müxtəlif siyasi və hərbi ittifaqlar formalaşdırıb. Bunlardan biri yeni təsis edilib. Avqustun 18-də ABŞ, Cənubi Koreya və Yaponiya liderləri bir araya gəliblər. Bu sıraya, ABŞ, Yaponiya, Hindistan və Avstraliya (QUAD), o cümlədən ABŞ, Böyük Britaniya və Avstraliyadan formalaşan AUKUS təşkilatını da aid etmək olar. Bu ittifaqların hər biri Çinə qarşıdır.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam