Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Abdin Fərzəliyev özünü xan kimi aparır -PREZİDENTƏ MÜRACİƏT

        Abşeronun icra başçısı Abdin Fərzəliyev Prezidentin tapşırıqlarına məhəl qoymur 
Yenixeber.org: Redaksiyamıza Abşeron rayonunun Məhəmmədi kənd sakini Qazi, ikinci qrup əlil Cahangirov İlqar Əlisəfa oğlunun cənab Prezidentə və Birinci Vitse-Prezidentə ünavnladığı müraciətin surəti daxil olub. Müəllif müraciətində Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdən şikayətlənir...

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik:   

Mənim müraciətim cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevayadır.
Mən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əliləm. Ali Baş Komandan Cənab İlham Əliyevin göstərişi ilə 2021-ci ildə Bakı şəhərində mənzillə təmin olunmuşam. Qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla təltif olunmuşam. Silahlə qüvvələrin 90, 95 və 100 illiyi yubiley, Azərbaycan ordusunun yaranmasının 10 illiyi yubileyi, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə, döyüşdə fərqlənməyə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşam. Atam Əlisafa Cahangirov birinci Qarabağ müharibəsinin iştirakçısı olub, anam Zəminə Cahangirova qəhrəman ana adını alıb və ömürlük 1-ci qrup əlildir. İki qardaşımdan biri Altay Cahangirov birinci Qarabağ döyüşlərində yaralanıb, ömürlük 2-ci qrup əlildir və digər qardaşım Fərahim Cahangirov birinci Qarabağ müharibəsi veteranıdır. Bir sözlə biz ailəlikcə vətənimizə və dövlətimizə bağlı şəxslərik.
 Cənab Prezident İlham Əliyev bir çıxışında bunları söyləmişdi:
"Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallarmənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibatiqaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə
rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq".
Görünən odur ki, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Fərzəliyev Abdin Ələskər oğlu, cənab Prezident İlham Əliyevin tapşırıqlarına məhəl qoymayaraq  özünü ağa kimi, xan kimi apararaq vətəndaşlara yuxarıdan aşağı baxır. Təsəvvür edin mən 2022-ci ilin dekabr ayından bu günə qədər Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevin qəbuluna düşə bilmirəm. Hər dəfə Abşeron rayon İcra Hakimiyyətinə getdikdə "Abdin məllim burada yoxdur", "iclasdadır" kimi bəhanələrlə məni yola salırlar. Mən icra başçısının qəbuluna gedirəm lakin məni qapıda duran polis qəbul edib yola salır. Çox utancverici bir haldır sadəcə.
 Abdin Fərzəliyevin özünü ağa kimi aparmağı qalsın bir tərəfə, hələ onun müavinləri də özlərini ağa kimi apararaq məni qəbul etmir. Qaziyə qoyulan hörmət budursa görün vətəndaşlar nələr çəkir Abdin Fərzəliyevdən. Maraqlıdır ki, cənab Prezident İlham Əliyevin tapşırıqlarına məhəl qoymayan Abdin Fərzəliyev bu hərəkəti ilə nə demək istəyir? Əgər ölkənin Prezidenti vaxtını ayırıb qazilərlə görüş keçirə bilirsə, icra başçısı nə üçün qazini qəbul etməməlidir? Bəlkə də, Abdin Fərzəliyev özünü Cənab Prezidentdən üstün şəxs hesab edir! Hesab edirəm ki, bu müraciətimə hüquqi qiymət verilərək Abdin Fərzəliyev barəsində Qanuni ölçü götürülər!
 Mən buradan Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevə sual verirəm: Cənab Prezident İlham Əliyev sizi o vəzifəyə nə üçün təyin edib və nəyə görə cənab Prezidentin tapşırıqlarına məhəl qoymursuz?
 Cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva! Sizdən xahiş edirəm ki, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyevə tapşırıq verəsiniz ki, məni qəbul edərək, problemlərimin həlli istiqamətində mənə köməklik göstərsin. Öncədən təşəkkür edirəm.
Müraciətlərimi davam etdirəcəyəm...

Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam