Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

RUSİYA: “SƏRHƏDSİZ DÖVLƏT” –Putin “Rusiya günü”nü hansı “sifətdə” qeyd etdi?

Altı il əvvəl Rusiya Prezidenti Vladimir Putin tədbirlərin birində məktəbli uşaqdan “Rusiyanın sərhədləri harada bitir” deyə soruşmuşdu. Uşaq suala coğrafi adlarla cavab verməyə çalışanda Putin özünəməxsus ədayla “Rusiyanın sərhədləri heç yerdə bitmir” demişdi. Həmin tədbirdə zalda Putinin bu sözlərindən vəcdə gələrək onu alqışlayanlar sırasında nazir Sergey Şoyqu, rejissor Nikita Mixalkov və Rusiyanın digər “qaymaqları” vardı...

Deyəsən, Kreml başçısı həmin gün sələndirdiyi “arzusuna” yetişmək üzrədir. Bu gün doğrudan da Rusiyanın sərhədləri nə bitir, nə də bilinir. İşğal etdiyi və öz ərazisi elan etdiyi Ukrayna vilayətləri bir yana, Belqorod, Kursk, Bryansk kimi beynəlxalq hüquq tərəfindən tanınan sərhədləri belə “karvansara qapısına” dönüb, Ukraynaya bağlı diversiya qrupları bu əraziləri sağdan sola, yuxarıdan aşağı “şumlayır”. Kreml bu gün öz ərazisi elan etdiyi və konstitusiyasına saldığı 4 Ukrayna vilayətindən heç birinin ərazisinə tam nəzarət edə bilmir. Bu vilayətlərin ikisinin mərkəzi şəhərləri onun əlində deyil, digər ikisininsə mərkəz şəhərləri daimi bombardman və hər an Ukrayna tərəfindən azad edilmə təhlükəsi altındadır.

Bu gün “naməlum” PUA-lar Moskvaya, Kremlə qədər uçub gəlir, Bryanskdan Belqoroda, Rostovdan Krıma qədər az qala bombalanmayan ərazi, hərbi infrastruktur obyektləri, partladılmayan dəmir yolları, hərbi hissələr, aerodromlar, dəniz limanları və s. qalmayıb. Ukraynada batıb qalan Putinin generalları isə çarəsiz şəkildə “əllərini sallayır”. Bəli, Putinin dediyi kimi, “Rusiyanın sərhədləri bitmir”, çünki hazırda bu sərhədlər sadəcə, yoxdur...


Belə bir mənzərənin fonunda dünən müasir Rusiyanın ən vacib dövlət bayramlarından biri olan 12 iyun – “Rusiya günü” qeyd edildi. 1990-cı ildən başlayaraq, hər il qeyd edilən həmin bayram günü əlində şampan şərabı dolu qədəh tutan Putin “ictimaiyyət nümayəndələri” ilə söhbətində Ukraynanın Rusiya ərazisindəki mülki obyektləri vurmasından gileyləndi. Hansı ki, bunu deməyə “üz tapan” Putinin əmri ilə bir il dörd aydır Ukraynada on minlərlə dinc sakin – qadın, uşaq, qoca qətlə yetirilib, şikəst edilib, milyonlarla günahsız insan öz vətənindən didərgin düşüb, qalanlar isə daim qorxu, səksəkə, hər an ölüm təhlükəsilə üz-üzə yaşamaqdadır.

Bu gün “sərhədi heç yerdə bitməyən” Rusiyanın dövlət başçısı Haaqa Məhkəməsi tərəfindən cinayətkar kimi axtarışa verilib, onun “dünyanın ikinci ordusu” olan ordusu özündən qat-qat zəif və kiçik Ukraynanın çöllərində bataqlığa saplanıb, olan-qalan ad-sanını, insanlığını Ukraynanın Buçasında, Mariupolunda, Xersonunda itirib, onun hərbi zabitlərinin, generallarının şərəfi “Vaqner” kimi kriminal, terrorçu qruplaşmanın ayaqları altında inildəyir, bu qruplaşmanın başçısı Rusiya ordusunun başında duran şəxsə “itin sözünü” deyir, “şanlı tarixi” olan bu ordu hazırda “vaqnerçilərin”, “kadırovçuların”, həbsxanadakı residivistlərin, oğruların, başkəsənlərin ümidinə qalıb və dünyanın özünə hörmət edən heç bir dövləti, ordusu, ali baş komandanı bütün bunları özünə sığışdırmazdı...

“Sərhədi heç yerdə bitməyən” Rusiya bu gün bir zamanlar bəyənmədiyi Çinin əlinə, ətəyinə baxır, ondan “mədət umur”, özünü onun “kiçik qardaşı” kimi aparır, Rusiya iqtisadiyyatı, rus dili, rus adamı, rus mədəniyyəti, musiqisi, incəsənəti, idmanı, bir sözlə, adı Rusiya ilə bağlı olan hər şey bütün sivil dünyada haqlı olaraq “izqoy” vəziyyətinə salınıb...

“Sərhədi heç yerdə bitməyən Rusiya”nı bu gün heç bir beynəlxalq təşkilatda, tədbirdə görmək istəmirlər, onun diplomatları, XİN başçısı hər yerdə “toksik maddə” kimi rədd edilir, ələ salınır, nifrətlə qarşılanır...


Nəhayət, Putinin uzun illər hazırladığı və ötən il başlatdığı bu müharibə həmçinin, “sərhədsiz” Rusiyanın cəmiyyətinin də heç bir mənəvi, əxlaqi, insani sərhəd tanımadığını göstərdi, Putin bu cəmiyyətin bağırsaqlarındakı üfunəti açaraq, hər tərəfə səpələdi, onun böyük hissəsinin nə qədər şovinist, faşizmə bərabər qatı millətçi, imperialist, eyni zamanda da yaltaq, məddah, dünya sivilizasiyasından geri qalmış, qeyri-insani mahiyyətini hamıya göstərdi. Əslində, bu mənzərə - Ukraynada baş verənlər, Rusiyanın öz “slavyan qardaşları”na qarşı törətdiyi cinayətlər, qətliamlar, faciə və fəlakətlər Azərbaycan da daxil olmaqla, bütün postsovet məkanı ölkələrindəki “rusbaşlar”a dərs olmalıdır...

İşğala başlamazdan əvvəl Putin Ukraynaya “xoşuna gəlsə də, gəlməsə də, döz mənim gözəlim” demişdi. İndi yavaş-yavaş “gözəl” rolunu Putin Rusiyasının özü almağa başlayır və zaman keçdikcə, bu “gözəl”in “makiyajı” daha çox silinir, yuyulur, onun gerçək sifəti üzə çıxır, illərlə elə Putin hakimiyyəti, onun çevrəsindəki oliqarxiya tərəfindən “zorlanmış” bu “gözəl”in necə çirkin, eybəcər vəziyyətə düşdüyü aydın görünür. Və bu “gözəl” ötən gün “Rusiya günü”nü qeyd etdi, onun növbəti il həmin bayrama necə, hansı “sifətdə” çıxacağını isə heç kim bilmir...(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam