Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bir sui-qəsdin izi -deputata atılan güllələr haranı nişan verir?

Fazil Mustafaya qarşı plan çoxdan hazırlanırdı, amma zamanın niyə indi seçilməsi haqlı suallar doğurur; Prezident İlham Əliyevdən xüsusi göstəriş...

Yenixeber.org: Azərbaycanda ciddi rezonans doğuran hadisə baş verib.  Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsindəki evinin qarşısında Milli Məclisin deputatı Fazil Mustafa “Kalaşnikov” avtomat silahından atəşə tutulub. Xoş təsadüf nəticəsində deputat sağ qalıb. Silahlı hücumçu maşında olan deputat istiqamətinə 7 güllə atıb. Bir güllə deputatın çiyninə, digəri də ayağına dəyib. Yaşadığı həyətə girməklə deputat ölümün pəncəsindən qurtula bilib.

Baş vermiş silahlı olay Azərbaycanda deputatlara qarşı ilk terror deyil. Müstəqillik dönəmində belə hadisələr az baş verməyib.

Eldar Bağırov — Vikipediya

Yeni tarixi dövrdə deputatın həyatına ilk qəsd 1991-ci ildə baş tutub. Milli Qəhrəman Allahverdi Bağırovun qardaşı, deputat  Eldar Bağırov Ali Sovetin iclasından geri dönərkən bacısının evinin qarşısında odlu silahdan açılan atəşlə qətlə yetirilib. Bu cinayətin üstü bu günə qədər açılmayıb. 3 il sonra, 1994-cü ilin sentyabrında Milli Məclisin vitse-spikeri Afiyəddin Cəlilov Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Odlu silahdan açılan atəşlə həyatına son qoyulan deputatın qətli ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir. Bu qətldən 2 il sonra, 1996-cı ildə Milli Məclisin deputatı Əli Ansuxski Bakının ortasında qətlə yetirilib. 28 May küçəsində yaşadığı evin qarşısında o, ağzından atılan güllə ilə öldürülüb.

Fazil Mustafadan əvvəl güllələnən deputat - O, evinin qarşısında  öldürülmüşdü | KONKRET

1 il sonra, 1997-ci ilin fevralında Bakıda baş verən qətl Əli Ansuxskiyə qarşı siyasi terrorla müqayisədə cəmiyyətdə daha böyük rezonans doğurmuşdu. Həmin gün Milli Məclisin üzvü Ziya Bünyadov yaşadığı binanın blokunda bıçaqlandı, ardında ona tapanca ilə başına “kantrolnı” atəş açılmaqla həyatına son qoyuldu. Tanıyanlar bilir ki, Milli Məclisin deputatı, İkinci Dünya müharibəsinin od-alovunun içindən çıxmış Sovet İttifaqı Qəhrəmanı, akademik, elm xadimi, sözünü heç kimdən çəkinmədən deyən ziyalı Ziya Bünyadov hətta sıralarında olduğu Yeni Azərbaycan Partiyasından olanları belə kəskin ifadələrlə hədəf alıb, sərt tənqid edirdı.

Ziya Bünyadov - Uşaq Bilik Portalı

Akademikin qətlindən sonra bir neçə versiya vardı. Qətlin üstü yalnız 3 il sonra açıldı. Əksər siyasi motivli terrorlarda olduğu kimi, istintaq icraçıları ələ keçirdi.  Qətlin sifarişçisi isə sona qədər tam  təsbit olunmadı. Qətlə görə tutulan Nizami Nağıyev həmin vaxt Bakı Hava Limanındakı gömrük xidmətində inspektor idi. Məlum oldu ki, bu şəxs İran xüsusi xidmət orqanlarının “xeyir-duası” ilə Bakıda yaradılan dəstənin üzvüdür.

Nizami Nağıyev həbsə alınarkən atası Adil Nağıyev Abşeron Rayon İcra Hakimiyyətinin başçı, qardaşları isə DİN və MTN-də məsul vəzifələrdə işləyirdi.

Nizami Nağıyev etirafedici ifadələrində bildirmişdi ki, o, deputat Ziya Bünyadova bıçaqla zərbələr endirib. O, blokdan çıxıb qaçandan sonra isə dəstənin digər üzvü Qalib Babayev bloka girib və yerə yıxılmış Ziya Bünyadova silahdan “kantrolnı” atəş açmışdı. Nizami Nağıyevin olduğu dəstənin bəzi üzvləri qətlin üstünün açılmasından az əvvəl qaçıb İrana keçmişdilər. Nizami Nağıyevlə dəstənin digər üzvü Mahir Zeynalov hazırda Qobustan qapalı həbsxanasında  saxlanılırlar. Nizami Nağıyev 2018-ci ilin fevralında saxlanıldığı həbsxanada “Yeni Müsavat”a silsilə müsahibə verərək cinayətin təfərrüatlarını açıqlamışdı.

Azərbaycan müstəqillik qazanandan sonra deputatlar Ziya Bünyadov və Fazil Mustafanın həyatlarına sui-qəsdlərdə maraqlı oxşarlıqlar var.

Ziya Bünyadov qətlindən əvvəl Azərbaycan Müdafiə Nazirliyində baş verən maxinasiyalarla bağlı kəskin çıxışlar edirdi, o zaman nazir olan Səfər Əbiyevi sərt şəkildə ittiham etməkdən çəkinmirdi.

Xalq artistlərindən SƏRT AÇIQLAMA: “Güllələr təkcə Fazil Mustafaya  atılmayıb” | KONKRET

Fazil Mustafa da sui-qəsdə məruz qalmazdan əvvəl müdafiə və milli təhlükəsizlik xərcləri ilə bağlı hesabat verilməsini istəmişdi. O, 2023-cü il büdcəsində bu məqsədlər üçün 16 faiz artımın olduğunu demişdi. Əlavə etmişdi ki, bu rəqəmin Qarabağda xidmət keçən kontingentimizin əmək haqqına nə dərəcədə təsir edəcəyini deyə bilməz, amma vacib məsələdir. Onun sözlərinə görə, Müdafiə Nazirliyində hər oğurlanan vəsait Azərbaycan əsgərinin haqqına girilməsidir.

Ziya Bünyadov qətlindən əvvəl “Albaniya tarixi” kitabına yazdığı ön sözə görə İran müştehidləri tərəfindən ciddi şəkildə hədələnmişdi.

Fazil Mustafanın İran rejimi ilə bağlı fikirləri də kifayət qədər sərt idi və qarşı tərəfdə çox aqressiv qarşılanırdı.

Bu baxımdan, Fazil Mustafanın İran tərəfindən hədəf götürülməsi versiyasına inananlar az deyil. Bu versiyanın tərəfdarları vurğulayırlar ki, Fazil Mustafa son zamanlar əsasən İranın molla rejimini kəskin şəkildə tənqid edir, İran siyasi rəhbərliyini ələ salırdı. Sosial şəbəkələrdə deputatla iranpərəst mövqedə dayananların kəskin qarşılıqlı ittihamlara söykənən söz davaları olurdu.

Bütün bunlar deputata qarşı düzənlənən terror olayından dərhal sonra diqqəti təbii şəkildə İran tərəfə yönəldib. 

İstənilən terrorun əsas məqsədi cəmiyyətdə qorxu, xof yaratmaq, nəticə etibarilə vətəndaşların dövlətə qarşı inamını sarsıtmaq, hər kəsin həyatının təhlükə altında olduğu kütləyə aşılamaqdır. Bu baxımdan, cəmiyyətdə tanınan şəxslərin hədəfə alınması təsadüfi deyil. Fazil Mustafaya qarşı törədilən terrorun cəmiyyətdə xof yaratmağa hesablandığı ortadadır. Fazil Mustafa siyasi fəaliyyəti ilə dövlətinin yanında olan deputatlardandır. Ona güllə atılması tarixi də maraqlıdır. Martın 28-də Dövlət Təhlükəsizlik Xidmətinin peşə bayramı günü, İrandakı səfirliyimizə qarşı terror olayının 2-ci ayının tamamıdır.

Bütün bunlarla yanaşı, digər versiyaları da diqqətdən kənar saxlamaq olmaz. Mümkündür ki, deputatı hədəf almaqla diqqətin İrana yönlənəcəyini hesablayan digər tərəflər də olsun. Bu olayı gerçəkləşdirməklə olduqca gərgin olan Azərbaycan-İran münasibətlərinin açıq toqquşma müstəvisinə keçirilməsində maraqlı ola bilərdilər.

Hazırda söz Azərbaycanın hüquq-mühafizə orqanlarınındır. Baş verən terror olayının əsl məqsədini onlar ortaya qoya bilər. Cinayətin icraçılarının qısa müdddətdə ələ keçirilməsi bu siyasi motivli terror olayının kimlərin marağı çərçivəsində gerçəkləşdiyini aydınlaşdıra bilər. İndilikdə qatillər haqda bəlli olan budur ki, hadisə yerinə maskada, əli “Kalaşnikov”lu gəliblər. İrandakı səfirliyimizə hücumda da “Kalaşnikov”dan istifadə edilmişdi. Xoşbəxtlikdən Fazil Mustafa ona tuşlanan güllə yağışından salamat qurtula bilib. Evinə girib qapını bağlamaqla cinayətin gerçəkləşməsini əngəlləyib. Onun 1 saylı Kliniki Xəstəxanaya çatdırılması, oradan isə hüquq-mühafizə orqanları işçiləri üçün nəzərdə tutulan hospitala köçürülməsi də təhlükənin sovuşmadığını söyləməyə əsas verir. Vaxtilə İran molla rejimini yazılarında hədəfə alan yazıçı Rafiq Tağı da eynən deputat kimi ona hücum edən qatillərdən qurtula bilmişdi. 7 bıçaq zərbəsi alan yazıçı qan içində özünü evinə çatdırmışdı. Yaxınları yazıçını 1 saylı Klinik Xəstəxanaya çatdırmışdılar. Hətta orada müsahibə verib özünə qarşı cinayət barədə danışmışdı da. Sonradan Rafiq Tağı orada müəmmalı şəkildə dünyasını dəyişdi. Bundan sonra yazıçını bıçaqlayanların aradan götürməsi haqda fikirlər ortaya çıxdı.

Fazil Mustafanın son vəziyyəti ilə bağlı AÇIQLAMA - 32gun.az

Fazil Mustafanın həyatına sui-qəsdlə bağlı

 Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib.

Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşü zamanı bildirib.

Millət vəkilinə dövlət başçısının və birinci xanımın şəfa diləklərini çatdıran Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyev onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.(musavat)

E.MƏMMƏDƏLİYEV


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam