"MÜSİBƏT OLURUQ BİZ, SƏHV DÜŞƏNDƏ YERİMİZ": (Şair QABİL)
"Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə - həyat deməkdir."
Heydər Əliyev
Yenixeber.org: Ölkənin bütün regionlarında respublikanın yol infrastrukturu tamaimlə yeni, göz oxşayan görkəm almışdır. Quba, Qusar, Xaçmazda da belədir, Lənkəran, Astara, Masallıda da, Qax, Zaqatala, Balakəndə də. Respublikanın həmin və digər rayonlarındakı kəndlərarası və kənddaxili yollar adamın ruhunu oxşayır, qəlbə rahatlıq, zövq verir, xoş əhval duyursan. Ancaq Şəkinin yolları barədə (şəhərin özünə aparan magistral yoldan başqa) bunu demək mümkün deyil. Şəkinin özündə də, kəndlərarası və kəndlərdaxili yollar da çox az istisnalarla qətiyyən xoşagələn deyildir, narahatlıq, ikrah doğurur. Xüsusilə də Baş Layısqı, Baş Göynük, Sarıca, Qayabaşı, Qaratorpaq və Bolludərə kəndlərində.
Bəli, burda kəndarası yollar uzun illərdir ki, tamamilə bərbad gündədir. Yayda kənd içindən keçən maşınların tozanağı, yaz-payız, qış aylarında isə qar-yağışın əmələ gətirdiyi keçilməz gölməçələr kənd camaatının uzun illərdir ki üz-üzə qaldığı, həll olunmayan problemlərindəndir. Bu barədə dəfələrlə yazılı və şifahi şəkildə yerli və aidiyyatı üzrə “Azəravtoyol” rəhbərliyinə müraciətlər edilsə də, hələlik heç bir nəticəsi olmayıb. Hələ əksinə, olan yollar və körpülər demək olar ki, tamamilə dağılmaq təhlükəsilə üz üzədir.
"Şin çayı" üzərindəki körpünün bir hissəsi. fevral 2023-cü il
Son vaxtlar bir-neçə foto-fraqmentdə Şəkinin özünün şəhərarası bəzi yollarının da yamaq-salxaq, çala-çuxur olduğunu gördükdə bir daha inanmalı olursan ki, “Azəravtoyol”, indiki Azərbaycan Avtomobil Yolları DA-nin rəhbərliyi üçün qədim tarixə malik, Azərbaycanın tarixi mədədniyyətini az çox özündə bu günümüzədək saxlayan, turizmin əsas marşrut xəttinin üstündə yerləşən Şəki şəhəri yol infrastrukturu məsələləri onun "siyahısında" ya heç yoxdur, ya da ki ən son plandadır.
Doğrudur, Şəki rayonunun yolarının bərbad olması barədə hələ 7-8 il əvvəl də dövri mətbuatda yazılırdı: "Bu gün Şəkinin yollarından danışmağa da dəyməz. Şəhərin bütün yollarının asfaltı yamaq-yamaqdır... Şəki şəhərini ətraf kəndlərlə birləşdirən yollar bərbad vəziyyətdədir. Əhali həmin yollardan istifadə edə bilmir. Hətta bəzi kəndlərə avtobuslar da işləmir. 20-30 il bundan əvvəl çəkilmiş yolların bərpası və təmiri istiqamətində heç bir iş görülmür
Nazir müavininin göstərişilə tarix müəllimi yol idarəsinin müdiri təyin ediləndə yollarımız belə olur -DE-FAKTO
Bəli, iradlar haqlıdır. Bəs görəsən tarixi Şəkinin digər rayonlardan fərqli olaraq yollarının, körpülərinin get gedə yaxşılaşmaq əvəzinə, sürətlə yararsız vəziyyətə düşməsinin səbəbi nədir?
Bu suala cavab vermək üçün AAYDA ASC-nin tərkibində fəaliyyət göstərən 12 saylı “Şəki Yol İstismar İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətə 1 ildir ki, rəhbər təyin edilən tarix müəllimi cənab Rəhman Qədirzadənin fəaliyyətinə qısa nəzər salamq yetərlidir. Belə ki, vaxtilə test üsuli ilə cəmi 378 bal toplamağa intellektual potensiala sahib olan R.Qədirzadənin arzusu Bakı Dövlət Universitetinin hüquq fakultəsində təhsil almaq osa da, göstərdiyi zəif nəticəyə əsasən o BDU-nin Şəki filialında babat təhsil alaraq, tarix ixtisası üzrə diplom almağa məcbur olur. 2022-ci ilədək karyerasında elə də yüksəliş əldə edə bilməyən Rəhman müəllim sonda sinif yoldaşı olmuş və 2021-ci ildən Nəqliyyat və Yüksək Texnologiyalar nazirinin müavini təyin edilən Dursunun oğlu Rəhmanın AAYDA –nin İdarə heyətinin sədri cənab Saleh Məmmədova birbaşa göstərişi nəticəsində R.Qədirzadə 12 saylı “Şəki Yol İstismar” MMC_yə müdir təyin edilmişdir. Və təbii ki, cənab S.Məmmədov da birbaşa nəqliyyat sahəsinə kurasiyalıq edən nazir müavinin göstərişini müzakirə belə etmədən əmrlə həyata keçirmişdir. Budur, 12 saylı Yolİstismar İdarəsi MMC-dən verilən məlumatlarda bildirilir ki, yeni müdir idarədə uzun müddət canını qoymuş bir çox peşəkar kadrları işdən kənarlaşdıraraq yerlərinə özü kimi müəllim, həkim ixtisaslı dost tanışlarını təyin etməklə məşğuldur. Baxın, sualın cavabını artıq tapmaq üzrəyik. Bir halda ki, 12 saylı Yol İstismar İdarəsinə yol infrastrukturundan heç bir elementar anlayışı belə olmayan tarix müəllimi və komandasında da özü kimi müəllimlər və həkimlər təmsil olunursa yerli əhali bunlardan nəsə umması bizcə heç doğru olmazdı.
Son bir aydır ki, Azərbaycanda dağıdıcılıq gücünə görə 3-cü dağ çayı hesab edilən “Şin çayı” üzərində Baş Göynük –Aşağı Göynük kəndini birləşdirən 144 m uzunluqlu birtərəfli körpünün tam yararsız hala düşməsi barədə yerli əhalinin və rəhbərliyin çoxsaylı müraciətlərinə baxmayaraq cənab R. Qədirzadə nəhayət 1 həftə öncə eni və uzunluğu 120x120 olan bir dəmir təbəqə taparaq texniki işçilərinə tapşırmışdır ki, gedin körpünün deşilmiş yerinə qaynaqla yamaq vurun. Texniki işçilər də əmri icra etmişlər. Amma nə fayda. 17 m hündürlükdə olan körpünün üzərindən minik avtomobili keçdikdə belə, güclü silkələnmə-vibrasiya baş verir, sanki körpü anındaca uçacaqmış. Bəli, 143 nəfərdən ibarət yerli sakinlərin hələ 2019-cu ilin iylun 9-da aidiyyatı üzrə yuxarı orqanlara körpünün təcili olaraq əsaslı təmir edilməsi barədə yazılı müraciətlərinə isə hələ də yuxarılarda quaqardına vurular.
12 saylı Yol İstismar İdarəsi işçiləri "Şin çayı" üzərindəki körpüyə 120x120 sm olan dəmir təbəqə ilə yamaq vurarkən. 14 mart 2023-cü il.
Sual oluna bilər – bəlkə dövlətin cəmi 19 il istimar edilmiş birtərəfli körpünün təmiri üçün vəsaiti yoxdur. Var. Özü də kifayət qədər. Statistik göstərici də qeyd edilir ki, hər il üçün dövlət büdcəsində avtomobil yolları və körpülərinin saxlanması ( təmiri) üçün nə az, nə çox , düz 300 milyon manat vəsait ayrılır. Yəni, təxminən AAYDA-nın balansında olan “Şin çay” üzərindəki körpünün əsaslı təmiri üçün 30000 manat ayrılsa kifayət edər. Niyə o zaman, cənab tarix müəllimi R.Qədirzadə AAYDA rəhbərliyi qarşısında vəsatət qaldırmır ki, təcili tədbirlər görülməzsə faciə baş verə bilər. Lakin verilən məlumatlardan aydın olur ki, 12 saylı Yİİ- mmc-nin tarix müəllimi olan müdiri iş görmək əvəzinə Şəkidə yolların tarixini araşdırmaqla məşğuldur. Məsələn, “Xan sarayına” yollar nə vaxt çəkilib? Və s. Axı indi yolların tarixindən kitab yazmaq yox, onları abaşdlaşdırmaq lazımdır ki, insanlar əziyyət çəkməsin. Bu arada AAYDA rəhbərini də qınamağın yeri yoxdur. Əgər Nəqliyyat nazirinin müavini Dürsunun oğlu Rəhman göstəriş veribsə ki, tarix müəllimi yol idarəsinə müdir təyin edilməlidir. Deməli edilməlidir. Saleh müəllim nə çarədir ki, əmrə tabe olmasın. Nəticədə əzab əziyyət çəkənlər isə sadə insanlarımızdır.(İfadetv.com)