Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

DİQQƏT! “Whatsapp” üzərindən dələduzluq piramidası -PREZİDENTƏ MÜRACİƏT

 Yenixeber.org: Redaksiyamıza Naxçıvan MR-nın Şərur rayonun Alişar kənd sakini Salamov Yusif Valeh oğlu, Şərur rayonun Carçıbağac kənd sakini Məmmədli Ülvi Emin oğlu, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 51, mən.36-da yaşayan Həmidzadə Elnur Nasir oğlu, Astara rayonun Şiyəkəran kənd sakini Novruzova İranə Heydər qızının başda cənab prezident İlham Əliyev olmaqla bir sıra yüksək instansiyalara ünvanladıqları müraciətin surəti daxil olub. Müraciətdə Rzayev Vahid Mahir oğlu  və ailə üzvlərindən ibarət dəstə tərəfindən “Whatsapp” ani mesajlaşma sistemində onlayn piramida dələduzluq sxemi əsasında çoxsaylı vətəndaşların aldadılaraq pul vəsaitlərini ələ keçirməsindən bəhs olunur. 
Aktuallığını nəzərə alıb, müraciəti müəyyən düzəlişlərlə təqdim edirik:
 Çox hörmətli cənab Prezident İlham Əliyev və xanım Mehriban Əliyeva!  
Sizin ölkəmizdə biz gənclərlə bağlı bütün sahələr üzrə apardığınız uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi inkişafı sürətlənir. Bu istiqamətdə istər siyasi, istərsə də kadr sahəsində aparılan islahatlar nəticəsində nəzərəçarpacaq dəyişikliklər baş vermiş və verməkdədir. Biz gənclər də gördüyünüz işləri nəzərə alaraq gələcək karyeramızda uğurlara imza atmaq istəyirik. Və çox təəəssüflər olsun ki, böyük arzularla yaşadığımız indiki dövürdə cəmiyyətimizdə gənc və peşəkar  dələduzlar dəstəsinin toruna düşmüşük. Kifayət qədər təcrübəmizin olmaması, sadə və inanan adamlar olduğumuza görə səhvlər etmişik. Belə ki, Gəncə şəhəri, Kəpəz rayonu, 3-cü mik\n, ev 7 , mən. 68-də qeydiyyatda olmuş, Sumqayıt şəhərində ailəsilə birlikdə kirayədə yaşayan, 1993-cü ildə anadan olmuş Rzayev Vahid Mahir oğlu özünü "Supermen biznesmen" kimi qələmə verərək “Whatsapp” mesajlaşma proqramında “Yatırım” adlı qrup yaradıb. Həmin şəxs sosial şəbəkələrdə qrupun reklamını təşkil edərək müxtəlif yalan şirnikləndirici vədlərlə biz sadə gənc insanların etibarını qazana bilmişdir. Vahid ona  müraciət edən bizi kimi vətəndaşlara yatırım etmək adı ilə qoyduqları sərmayənin ən azı 2 qat mislini 1 həftə ərzində ödəyəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verərək qrupun admini kimi qurduğu dələduzluq piramidası əsasında hazırda istintaqa məlum olan 100-dən artıq vətəndaşı aldadıb. Bu adam birdən yoxa çıxdı. Rəsmi məlumatlardan öyrəndik ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməliyyatçıları tərəfindən Vahid saxlanılıb. Hazırda onun istintaqı DİN-nin Bakı Baş Polis İdarəsində Ceyhun adlı müstəntiq tərəfindən aparılır. Ona görə də biz də iş üzrə zərərçəkən şəxslər kimi müraciət etmək istəyirik ki,  Vahid və ailə üzvləri olan atası Mahir, anası Ramiyyə dələduz dəstəsi tərəfindən törədilmiş cinayət araşdırılsın və bizə dəymiş ayrı ayrılıqda madi ziyanlar ödənilsin:

1. Mən Elnur Həmidzadə 2022-ci ilin ortalarında Vahidlə tez tez görüşdüm. Əvvəl verdiyim kiçik məbləğləri 2 qat olmaqla 1 həftədən sonra geri qaytarırdı. Beləliklə, o mənim etimadımdan süi-istifadə edərək inandırdı və məni daha çox pul qazanmağa şirnikləndirdi. Və növbəti həftələr üçün ona 2000,  3000, 5000 , 7000, və sonda 10000 manat əlbə əl nağd pul verdim. Yəni mənə qaytardığını nəzərə almasaq, Vahid məni sonda 21000 manat ziyana saldı və bu pulu qaytarmadı,
2. Məmmədli Ülvi-mən də tələbə kimi evdən mənə verilmiş 1765 manat təhsil haqqı olan pulu bu adamın bank kartına köçürdüm.  Get gələ saldı Və min-bir bəhanə ilə pulu verəcəyini vəd etdi. 
3. Salamov Yusif -mən də Vahidlə “Whatsapp” qrupda tanış oldum. Ona iki dəfə ABB-dən olan 4098094421077650 nömrəli kartına iki dəfə olmaqla 1850 manat və 2780 manat olmaqla, cəmi 4630 manat pul köçürdüm. Amma hələ də kartıma vəd verdiyi  "qazancı" qaytarmır. 
4. Mən, İranə Novruzova da Vahid Rzayev adlı şəxsin “Whatsapp” üzərindən verdiyi yalançı vədlərin "qurbanı" oldum. Onun Beynəlxalq Banka aid kartına 600 manat pul yüklədim.
 Bir sözlə, biz bu nəticəyə gəlirik ki,  Vahid  Gəncədən ailəsilə birlikdə Sumqayıt şəhərinə gələrək burada kirayə evdə yaşamışdır. Və yaşamaqda davam edir. bu adam dələduz şəbəkənin təsiri altında belə bir işə girişmişdir ki, kirayə pulunu və ərzaqla ailəsini təmin etsin. Bizdə olan məlumata görə Vahid dələduzluğu ailə üzvlərinin köməkliyilə çox ustalıqla həyata keçirmişdir. Ona görə də hesab edirik ki, bu dələduzun arxasında duran şəxsləri müəyyən edərək onları təcili ifşa etmək lazımdır.Yəni açıq-aşkar belə bir yükün altına girmək və ən pis variantda belə  ona əvvəlcədən kimlərsə tərəfindən narahat olmamaq üçün zəmanətlər verilmişdir.  Vahid sadəcə olaraq Bakı və Sumqayıtda fəaliyyət göstərən belə internet üzərindən dələduzluq piramidası quran dələduz dəstənin bir həlqəsidir. Cinayətkar şəbəkənin ifşa edilməsi üçün əsas fiqurları üzə çıxarmaq peşəkar istintaqın işidir. Çünki, Vahid şəxsi bank kartına köçürülən 200000 manatdan çox nağd pul qəbul etsə də, o bu pullara sərəncam verməmişdir. Baxmayaraq ki, bilmişdir ki,  sonda həbs ediləcəkdir. Nə də özünə hər hansı əmlak- avtomobil və ya evə sahiblənməmişdir. O zaman sual yaranır ki, ələ keçirdiyi pulları kimə vermişdir.? Bu sualın cavabı tapılan kimi 100-dən çox bizi kimi aldadılmış şəxslərin də pulları geri qaytarılması mümkün olacaqdır. 
  Ona görə də cənab Prezident, Sizə ümidlə müraciət edirik ki, bu dələduzluq cinayətini törədən şəbəkənin cinayətkar fəaliyyətini  cənab nazir Vilayət Eyvazovla birlikdə şəxsi nəzarətinizdə saxlayasınız ki, bu gün kənardan istintaqa təsir edə biləcək  əsl dələduz bossunun kim olduğu ortalığa çıxsın və biz zavallı insanların da pulları geri qaytarılsın. Əvvəlcədən Sizlərə minnətdarlığımızı bildiririk. 
Yenixeber.org olaraq qarşı tərəfin cavab haqqını tanıyırıq.

 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam