Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Vaqif Əliyev iki dövlətin qardaşlıq münasibətlərini necə təhlükəyə atıb?.. -ARAŞDIRMA

“SOCAR Turkey Energy”ni FETÖ yuvasına çevirən Vaqif Əliyev tutduğu vəzifədən təkcə öz şəxsi mənfəətləri üçün istifadəyə etməyib, həmçinin Azərbaycan və Türkiyənin qardaşlıq maraqlarına da xəyanət edib…

Yenixeber.org: Azərbaycan prezidenti İlham Əliyevin bir neçə ildir ki, həyata keçirdiyi ardıcıl və məqsədli islahatlar 2022-ci ilin sonlarında yeni mərhələyə qədəm qoyub. Bu illər ərzində prezidentin islahatlarına qarşı sabotajların olması isə təbii görünür. Çünki uzun illər boyu vəzifələrdə outran və ölkədə oliqarxik system formalaşdıranların bu islahatlara qarşı çıxmaması qeyri-təbii olardı. 2022-ci ildə isə bu olaiqarxlara qarşı aparılan mübarizənin son akkordları vuruldu. Təbii ki, bu islahatlar 2023-cü ildə də öz axarı ilə davam etdiriləcək…

Ölkədə həyata keçirilən islahatların yeni dalğasında bütün sahələrri əhatə edən köklü dəyişiklikliklərin yaratdığı effekt perspektiv üçün pozitiv qənaətlərə təkan verməklə yanaşı, başlanmış işlərin ardıcıllıqla davam etdirilməsi və bu prosesin qarşısında əngəl ola biləcək maneləri bütünlüklə aradan qaldırmaq zərurətini doğurur.

Qeyd etmək lazımdır ki, gerçəkləşdirilən dəyişikliklər sayəsində əvvəllər vəziyyətin yetərincə acınacaqlı olduğu və əhalinin daim şikayətləndiyi gömrük, hüquq-məhkəmə, vergi, həmçinin başqa sferalarda vəziyyət kifayət qədər sabitləşdirilib, narazılıqlara əsas verən amillər geniş mənada öz aktuallığını itirib.

Eyni zamanda, Prezidentin kadr siyasətində də özünü qabarıq göstərən bu dəyişikliklər ictimai rəydə mənfi fiqurlar kimi qəbul edilən bir çox yüksək vəzifəli məmurların öz postlarından uzaqlaşdırılmaları və onların təsir imkanlarının neytrallaşdırılması aparılan islahatların mühüm elementinə çevrilib. Lakin bu insalnarın uzun illər boyu xalqın və dövlətin sərvətlərini mənimsəyib özünüküləşdirdiklərini, o cümlədən dövlətin yaratdığı imkanların bütün səfalarını özlərinə götürüb, cəfasını isə xalqa verdilkərini nəzərə alarsaq, o zaman həmin məmurların cinayət yolu ilə əldə etdikləri sərvətlərin də dövlətə və xalqa qaytarılması xüsusi önəm daşıyır.

Bununla belə, keçmiş hakimiyyət komandasında təmsil olunduqları uzun müddət ərzində idarəetmədə və biznesdə kök atmağı bacaran sabiq məmurların sabotaj xarakterli davranışları da diqqətdən yayınmamalıdır. İndi onlar həm də Azərbaycan üçün təhdidə çevrilirlər. Onların həm də antiAzərbaycan çevrələrlə bağlılıqları ümumilikdə ölkə üçün ciddi təhdidlər yaratmaqdadır.

Nə qədər təəccüblü olsa da, nəzərdə tutulan eks-məmurlar sırasında Azərbaycanın strateji qurumları arasında xüsusi yer tutan Dövlət Neft Şirkətinin (SOCAR) “şinel”indən çıxmış kadrların hətta öz vəzifələrini itirdikdən sonra da əllərindən çıxarmaq istəmədikləri imkanlar vasitəsilə dövlətin siyasətinə təsir göstərmək iddiasında olanlar az deyil.

Bu “sabiq”lərdən biri olan və vaxtilə SOCAR-da Sərmayələr İdarəsinə rəhbərlik edən, şirkətin Türkiyə üzrə layihələrində əsas fiqura çevrilən Vaqif Əliyevin bioqrafiyasının son on ilinə baxdıqda, adamın dövlətin verdiyi səlahiyyətdən öz maraqları naminə necə ustalıqla faydalandığını görmək çətin deyil.

Şirkətdə vəzifəyə təyinat aldıqdan sonra Azərbaycan və Türkiyə mediasında Vaqif Əliyevin əməllərinin ifşası haqda yayımlanan materiallar ona qarşı bir neçə cinayət işinin açılmasına əsas versə də, əksər məmurlar kimi SOCAR-ın sabiq İdarə rəisi də məsuliyyətdən kənarda qalıb.

Təqribən ilyarım əvvəl vəzifəsindən uzaqlaşdırılan, rəsmi məlumatlarda “öz ərizəsi ilə işdən çıxdığı” bildirilən Vaqif Əliyev barəsində belə bir qərarın verilməsində onun FETÖ terror şəbəkəsi ilə sıx bağlılığının olduğu haqda iddialar qırmızı xətlə keçir.

Vaqif Əliyevin gülənçilərlə işbirliyi o qədər dərinə işləyib ki, Türkiyənin “Sabah” qəzeti bununla bağlı xüsusi araşdırma aparıb və nəticələrini dərc edib. Həmin araşdırmaya əsasən, FETÖ SOCAR-ın Türkiyə strukturlarına özünün çox sayda adamlarını yerləşdirərək, bu yolla ölkənin başqa sahələrini olduğu kimi, enerji sektorunu da tam nəzarətə götürməyi hədəfləyib. Qəzetin yazdığına görə, gülənçilər “SOCAR Turkey Energy”də yerləşdirdikləri kadrlarını “Ağ türk” adı verdikləri strukturda bir araya gətiriblər.

Sözügedən materialda o zaman SOCAR-ın Türkiyədə aldığı “Petkim” şirkətinin Direktorlar Şurasının sədri olan Vaqif Əliyevin FETÖ mənsublarının şirkətdə yerləşdirilməsində “xüsusi” rol oynadığı bildirilib. Nə qədər təəccüblü olsa da, FETÖ şəbəkəsinin çökdürülməsinə yönəlik əməliyyatların gedişində şirkətə sızdırılmış gülənçilərin əksəriyyəti açığa çıxarılsa da, Vaqif Əliyev özünü və mövqeyini qoruya bildi.

Bundan başqa, malik olduğu səlahiyyətlərdən ailə və qqohum biznesinin genişləndirilməsi üçün sui istifadə etməkdən çəkinmənəyə Vaqif Əliyevin adı bir neçə dəfə “sülalədaxili ayırdetmə”lərdə də halllanıb. Vaqif Əliyevin oğlu Orxan ilə baldızının oğlu Nicat Qarayev arasında baş verən toqquşmadan mətbuatda davamlı bəhs olunmuşdu və bu insident hələ də xatırlanmaqdadır.

Əlbəttə ki, belə geniş imkanlara malik Vaqif Əliyevin vəzifədə olduğu dönəmdə qurduğu və böyütdüyü “biznes imperiyası”nı “kölgə”də saxlaması mümkün deyildi. O baxımdan, mətbuatda onun topladığı sərvətlə bağlı məlumatların işıq üzü görməsi heç də təəccüb doğurmamışdı.

Qeyd edək ki, SOCAR-ın Türkiyədə aldığı “Petkim” şirkətinin Direktorlar Şurasının sədri olan Vaqif Əliyev “SOCAR Turkey Energy”ni sözün həqiqi mənasında FETÖ yuvasına çevirməsi diqqətdən yayınmamalıdır. Çünki bütün dünya bilir ki, FETÖ Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanın və Türkiyə hakimiyyətinin “qırmızı xətti”dir.

Ərdoğan bu “qırmızı xətti” ABŞ prezidentinə qədər hər kəsə elan edib. Bu durumda Vaqif Əliyevin “SOCAR Turkey Energy”ni FETÖ yuvasına çevirməsi xəyanətdir və bu, həm Azərbaycan prezidenti İlham Əliyevə, həm də Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğana qarşı yönəlmiş bir xəyanətdir. Bu, həmçinin Azərbaycan və Türkiyə xalqlarına edilmiş bir xəyanətdir. Eyni zamanda bu, Azərbaycan və Türkiyənin strateji qardaşlıq maraqlarına qarşı yönəlmiş bir xəyanətdir ki, bu xəyanətin də məqsədi özü-özünə aydındər. Çünki belə bir xəyanəti ancaq bütün düşmənlərimizin istədiyi bir məqsədə xidmət edə bilərdi: Türkiyə və Azərbaycanın qardaşlıq ittifaqını pozmağa…

Yuxarıda da qeyd olundu ki, Vaqif Əliyev artıq ilyarımdır, vəzifədən uzaqlaşdırılıb. Lakin bu yetərlidirmi? Posunda olduğu müddətdə adı ən müxtəlif qanunsuz əməllərdə çəkilən, həm də Türkiyə və Azərbaycan ittifaqına ziyan vurmağa çalışması fonunda bu adamın işdən çıxdıqdan sonra öz rahat həyatına davam etməsi normal sayıla bilərmi?

İşlədiyi dövrdə böyük sərvət sahibinə çevrilən Vaqif Əliyevin topladığı milyardları dövlət əleyhinə sərf etmədiyinə, yaxud da etməyəcəyinə qəti təminat varmi? Axı o bir dəfə Azərbaycanın stretji maraqlarına xəyanət edib və birbaşa düşmən quyusuna su töküb…

Təbii ki, SOCAR-ın sabiq idarə rəisi, məmur oliqarxiyasının tipik nümayəndəsi olan Vaqif Əliyev öz iqtisadi imkanları və əlaqələri ilə dövlət üçün təhlükə olaraq, qalmaqdadır. Bu təhdidi zərəsizləşdirmək isə dövlətin üzərinə düşən vəzifədir.(pia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam