Redaktor seçimi
SOCAR-ın idarə rəisi öz qızının şirkətinə xidmət təşkil edir -
YAP-ın namizədlər siyahısından kənarda qalan Mahir Abbaszadə barədə ŞOK FAKTLAR –
Elmir Ramazanovun özbaşınalıqları... -
Əziz Əzizov haqda ŞOK İDDİALAR -
Yevlax Qeydiyyat İmtahan və Texniki Baxış Şöbəsindən şikayət var:
Qızartma toyuq sevdası: siyasi bağlantılı azərbaycanlı Britaniyada gizli milyonları belə yatırdı -
ADAU rektorun özəl hissləri ilə idarə olunur?! -
"AZƏRENERJİ"də dövlət vəsaitləri kimlərin nə kimi şəxsi maraqlarına sərf edilir? -
Günün xəbəri

Azərbaycanda qızıl hasilatı -ARAŞDIRMA

"İşğaldan azad olunan ərazilərdə 155 növ yataq var" - İndiyədək Erməni Malı Kimi Satılırmış

(Əvvəli bu linkdə: https://yenixeber.org/arasdirma/144117-az%C9%99rbaycanda-q%C4%B1z%C4%B1l-hasilat%C4%B1.html)

Yenixeber.org: Azərbaycanın Zəngilanın rayonunun işğaldan azad edilməsi ölkənin mineral resurs istehsalını və ixracını artıracaq.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Zəngilan rayonu iqtisadi və coğrafi nöqteyi-nəzərdən əlverişli potensiala malikdir.

“Rəsmi hesablamalara görə, Ermənistanın işğalçılıq siyasəti nəticəsində, işğaldan azad olunan və davam edən iqtisadi rayonlarda 155 müxtəlif növ mineral yataqları mövcuddur ki, bunlar qızıl, gümüş, mis, dəmir, sink, qranit, mərmər, qiymətli daşlar, odadavamlı gil və digər faydalı qazıntılardır. Zəngilan rayonu iki ölkə ilə qonşu dəhlizlərə malik olmaqla xarici ticarət üçün unikal imkanlara sahibdir. Tranzit nöqteyi-nəzərdən, rayonun xüsusi özəlliyi var ki, İran islam Respublikası ilə ticarət münasibətlərinin daha da inkişafına töhfə verə bilər”, - deyə N. Hacızadə qeyd edib.

Mərkəzin departament rəhbəri əlavə edib ki, Kəlbəcər-Laçın iqtisadi rayonunda Kəlbəcərdən sonra ikinci daha böyük və sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağı, ehtiyatları 6 618 min kubmetr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6 024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28 943 min kubmetr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1 102 min kubmetr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17 367 min kubmetr olan Zəngilan qum-çınqıl qarışığı yataqları mövcuddur.

“Erməni işğalçıları tərəfindən istismar edilən bu yataqlar sözügedən ölkənin dırnaqarası “keyfiyyətli mineral ehtiyatlar” ixrac edən ölkəsinə çevirmişdir. Belə ki, Ermənistan xarici ticarətini tədqiq edən zaman ixracda dominant mövqe mineral ehtiyatlara aiddir. Qədim Azərbaycan torpağına aid Ermənistan ərazisində də mineral ehtiyatlar mövcuddur. Sözügedən ölkə Kəlbəcər və Zəngilan rayonu ərazisində yerləşən mineral ehtiyatları mənimsəyərək erməni mənşəli resurs kimi Avropa ölkələrinə və Rusiya Federasiyasına ixrac edir”, - deyə N. Hacızadə qeyd edib.

Ekspertin fikrincə, istismar edilən mineral resursların mənşəyini saxtalaşdıraraq, Avropa ölkələrinə satan Ermənistan iqtisadi cinayətkarlıqla məşğul olurdu. Çünki Avropa Birliyinin qanunvericilik normalarında mənşə ölkəsinin bilərəkdən səhv ekspertiza edilməsi iqtisadi cinayətkarlıq hesab edilir və bu kimi hallar aşkarlandığı müddətdə ticarət sanksiyaları tətbiq edilir

“Bütün bunları bilən Ermənistan malın mənşə özəlliyini saxtalaşdıraraq Ermənistan ərazisi kimi göstərib. Bu yataqların işlənməsində iştirak edən “Sterlite Gold”, “Sirkap Armenian”, “Base Metals”, “Manex and Valex” və “Armenian Copper Program” kimi onlarla şirkətin əksəriyyəti xaricdəki erməni diasporası tərəfindən idarə edilib”, - N. Hacızadə bildirib.

O həmçinin qeyd edib ki, Zəngilan rayonu coğrafi müxtəlifliyinin bariz nümunəsi turizm potensialına malik olmasıdır. Avropada misli olmayan Şərq çinarları, qoz və digər qiymətli ağaclar bu zonada yerləşir. Yaşı 500-ə, uzunluğu 12 km çatan çinar meşəliyi Bəsitçay qoruğunda saxlanılır. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdı. Qoruğun sahəsi 107 hektardır. Qoruqda yerləşən Şərq çinarı "Qırmızı Kitab"a daxil edilib.

“Təəssüflər olsun ki, erməni işğalçıları tərəfindən kəsilərək yüngül sənayedə və digər biznes məqsədləri üçün istismar edilən ağaclar da iqtisadi cinayətkarlığın qurbanıdır. Nəticə etibarı ilə ölkəmizin mədən, tikinti sənayesi və turizm potensialı üçün əlverişli iqtisadi mühitə malik Zəngilan rayonunda istismar edilən təbii sərvətlər ölkəmizin resurslarına qarşı faşist siyasətin nümunəsidir”, - deyə N. Hacızadə qeyd edib.

Mərkəzinin departament rəhbərinin sözlərinə görə, Zəngilan şəhərinin işğaldan azad olunması Azərbaycanda iqtisadi inkişafa dəstək verəcək: "İqtisadiyyatda tikinti sektorunun drayver roluna malik olduğunu nəzərə aldıqda, daxili tələbin qarşılanmasında Zəngilan rayon təbii sərvətləri əhəmiyyətli rol oynayacaq. Bundan əlavə, son illər mineral resurslarımızın ixracı qeyri-neft sektorunda lider mövqelərdə təmsil olunur. Belə ki, qızıl ixracı həyata keçirən dövlət şirkətinin ixracı aylıq ortalama 10-18 milyon ABŞ dolları arasında dəyişir. Zəngilan rayonunda sənaye əhəmiyyətli 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli yatağından istifadə ilə ölkəmiz mineral resurslar ixracını daha da artıracaqdır”, - deyə N. Hacızadə qeyd edib.

 

Azərbaycanda 3 yatağın mineral resurs və ehtiyatları yenidən qiymətləndirilib

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti istismar etdiyi “Gədəbəy”, “Qadir” və “Uğur” yataqlarının mineral resurs və ehtiyatlarını yenidən qiymətləndirərək həcmlərini açıqlayıb.

Qeyd olunur ki, mineral resurslar və filiz ehtiyatlarının qiymətləndirilməsi müstəqil “Mining Plus UK Limited” şirkəti tərəfindən aparılıb. Qiymətləndirmə hazırlanarkən hər bir yatağın işlənməsi, son geoloji və kəşfiyyat-qazma işləri zamanı toplanan məlumatlara əsaslanan etibarlı geoloji modellərə əsaslanılıb.

Belə ki, “Gədəbəy” yatağı üzrə yenilənmiş ümumi mineral resursların həcmləri 735 min unsiya qızıl və 69 100 ton misdən ibarətdir. Bu yatağın ehtiyatları isə 284 min unsiya qızıl və 26 min tonn mis təşkil edir. Hazırda sinkin mineral resursları qiymətləndirilir ki, bu da dərinliklərdə olan daha yüksək tərkibli sinkin texniki nəticələrini müəyyən etməyə imkan yaradır.

Qeyd edək ki, “Gədəbəy” yatağının istismar müddəti 8 ildir.

“Qədir” yeraltı mədəni üçün yenidən təsdiq mineral ehtiyatların həcmi isə 267 min unsiya qızıl və 2 183 ton misdən ibarətdir. Adıçəkilən bu yatağın ehtiyatları isə 49 min unsiya qızıl və 191 min ton mis təşkil edir.

Məlumatda bildirilir ki, “Uğur” mədəninin yatağında isə kəşfiyyat işləri davam edir: “Uğur” yatağının qalıq mineral tədqiqatı göstərir ki, gözlənildiyi kimi, mədən tükənmək üzrədir. Lakin mədənin yaxınlığında və altından kəşfiyyat işləri davam etdirilir. Yataqda misin minerallaşması müəyyən edilib”.

Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.

Azərbaycanda yeni qızıl-mis yatağı kəşf edildi.

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti ölkənin “Gədəbəy” müqavilə sahəsinin mərkəzində yerləşən yeni “Zəfər” adlanan qızıl-mis yatağını kəşf edib.

Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Məlumata görə, “Anglo-Asian Mining Plc.” şirkətinin kəşfiyyat qrupu Gədəbəy müqavilə sahəsində “Zəfər” adlı yeni porfir mis-qızıl yatağı aşkar edib: “Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir. Sahə kəşfiyyat və xəritələşdirmə yolu ilə müəyyənləşdirilib. Aparılan qazma işləri nəticəsində üç minerallaşmış zona müəyyən edilib. Ümumilikdə 6 775 metr dərinlikdə cəmi 12 quyu qazılıb”.

Bildirilir ki, hazırda yeni yataqda qazma işləri davam etdirilir və zərurət yaranarsa geofiziki işlər aparılacaq: “2020-ci ildəki işlərin nəticələrinə əsasən yatağın potensialının ilkin qiymətləndirilməsi təqribən 6 milyon ton minerallaşmış daşdır. Şirkət gələcək hasilat və istehsalı müəyyən etmək üçün iqtisadi məqsədəuyğunluğunu müəyyənləşdirmək üçün yatağın minerallaşmasının davamlılığını qiymətləndirməyə davam edəcək”.

“Anglo-Asian Mining Plc.” şirkətinin Baş direktoru və prezident Rza Vəziri bildirib ki, bu kəşf şirkətin “Gədəbəy” müqavilə sahəsinin davamlı potensialına və kəşfiyyat proqramlarının səmərəliliyinə inamını nümayiş etdirir.

Onun sözlərinə görə, şirkət yeni kəşfin ehtiyatlarını JORC Məcəlləsinə əsasən qiymətləndirmək və sahəni kommersiyalaşdırmağın ən yaxşı yolunu müəyyənləşdirmək üçün işləyir.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti ölkənin "Gədəbəy” müqavilə sahəsinin mərkəzində yerləşən yeni "Zəfər” adlanan qızıl-mis yatağını kəşf edib. 

Məlumata görə, "Anglo-Asian Mining Plc." şirkətinin kəşfiyyat qrupu Gədəbəy müqavilə sahəsində "Zəfər” adlı yeni porfir mis-qızıl yatağı aşkar edib: "Yeni yataq şirkətin emal müəssisələrindən təxminən 1,5 km şimal-qərbdə yerləşir. Sahə kəşfiyyat və xəritələşdirmə yolu ilə müəyyənləşdirilib. Aparılan qazma işləri nəticəsində üç minerallaşmış zona müəyyən edilib. Ümumilikdə 6 775 metr dərinlikdə cəmi 12 quyu qazılıb”

Bildirilir ki, hazırda yeni yataqda qazma işləri davam etdirilir və zərurət yaranarsa geofiziki işlər aparılacaq: "2020-ci ildəki işlərin nəticələrinə əsasən yatağın potensialının ilkin qiymətləndirilməsi təqribən 6 milyon ton minerallaşmış daşdır. Şirkət gələcək hasilat və istehsalı müəyyən etmək üçün iqtisadi məqsədəuyğunluğunu müəyyənləşdirmək üçün yatağın minerallaşmasının davamlılığını qiymətləndirməyə davam edəcək”.

"Anglo-Asian Mining Plc." şirkətinin Baş direktoru və prezident Rza Vəziri bildirib ki, bu kəşf şirkətin "Gədəbəy” müqavilə sahəsinin davamlı potensialına və kəşfiyyat proqramlarının səmərəliliyinə inamını nümayiş etdirir.

Onun sözlərinə görə, şirkət yeni kəşfin ehtiyatlarını JORC Məcəlləsinə əsasən qiymətləndirmək və sahəni kommersiyalaşdırmağın ən yaxşı yolunu müəyyənləşdirmək üçün işləyir.

Xatırladaq ki, "Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

"Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən "Qadir” və "Gədəbəy” yatağından 50 km aralıdakı "Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

                      Ermənilər Azərbaycan qızılını necə talayır?

Azərbaycanın ən zəngin faydalı qazıntı yataqları işğal olunmuş ərazilərdə qalmışdır. Məlum olduğu kimi, işğal olunmuş ərazilərdə ölkənin iqtisadi potensialı üçün əhəmiyyətli olan 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən 5 qızıl yataqı yerləşir.
Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal altındakı Ağdərə rayonun Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 milyon ton mis, Mehmanə yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton sink var. Dəmirli mis yatağının sənaye ehtiyatalrı 100 milyon ton təşkil edir. Həmin ərazilərdə, həmçinin Canyataq-Gülyataq qızıl yatağı mövcud olub.
Ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər rayonunda yerləşən Söyüdlü (Zod) qızıl yatağının ehtiyatları 112,5 ton, Ağduzdağ və Tuthun yatağlarının qızıl ehtiyatı isə 13 tondan yuxarı təşkil edir.
Hal-hazırda, bu yataqlardan işğalçı ermənilər sərbəst şəkildə mənfəət mənbəyi kimi istifadə edirlər.
İşğal olunmuş Zəngilan rayonu ərazisində sübut olunmuş sənaye ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis olan Vedjneli qızıl yatağı da işğalçıların əlində qalıb.
Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində sənədləşdirilmiş təsdiq olunmuş sənaye ehtiyatları ilə zəngin 3 qızıl yatağı var. Bunlar Zəngilan rayonundakı Vedjneli, Ağdərə rayonunda Qızılbulaq və Kəlbəcər rayonundaki Zod yatağlarıdır.
Azərbaycanın zəngin qızıl ehtiyatlarının qeyri-qanuni istismarı
Ölkəmizdəki qızıl yataqlarının işlənməsi ilə məşğul olan "R.V.Investment Group Services, LL USA" şirkətinin müqavilə əsasında payına düşən bəzi qızıl yataqları Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, son illər Dağlıq Qarabağda işğal olunmuş ərazilərdə təbii sərvətlərin talan edilməsi məqsədilə 30-dan çox şirkət yaradılıb .
Kəlbəcər rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis və qızıl yatağının (Drmbon) kəşviyyat və istismar məqsədi ilə 2002-ci il avqust ayında ermənilərin "Valeks qrup" ("VALLEX Group ")" şirkəti tərəfindən "Base Metals" adlı şirkət yaradılıb. Bu illər ərzində işğal olunmuş Dağlıq Qarabağda ən uğurlu müəssisə, ən böyük istehsalçısı və vergi ödəyicisi olan Drmbon dağ-mədən zavodu 13 ay ərzində inşa edilmişdir.
İlkin mərhələdə ildə 150 min ton filiz emal edilməsi nəzərdə tutulsa da, 2009-2011-ci illərdə şirkət ildə 400 min ton filiz emal edib. Bu yatağın hasilatı ilə vəhşicəsinə davranış ona gətirib çıxardı ki, qısa müddətdə (10 il) filiz hasilatının həcmi ayda 30 min tondan 10,6 min tona qədər azalıb.
Müvafiq olaraq, bütün digər iqtisadi göstəricilərdə də azalma müşahidə olunub. "Base Metals" şirkətinin baş direktoru Artur Mkrtumyanın sözlərinə əsasən, Drmbonda kəşf olunmuş 3,2 milyon ton filizdən bu gün hasilat ücün cəmi 0,4 milyon ton qalır ki, o da yeraltı yatağın aşağı horizontlarında yerləşir. Üstəlik, yalnız filiz istehsalının həcmi deyil, hətta onun tərkibndəki mis 30 faiz, qızıl isə 2- 3 dəfə azalıb.
Digər tərəfdən, bütün bunlar "Base Metals" şirkətinin qondarma "DQR" in dövlət büdcəsinə vergi ayırmalarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.
Drmbon dağ-mədən zavodunun fəaliyyətini dayandırmamaq və iş yerlərini saxlamaq üçün şirkət düz 8 il mineral sənaye xarakterli təzahürləri axtarıb. Düz 8 il hərtərəfli kəşfiyyat aparıb, yer kanalları çəkib, quyu qazılıb, Dağlıq Qarabağ ərazisində və Azərbaycanın ətraf rayonlarında geniş geofiziki və geokimyəvi tədqiqatlar aparılıb. Nəticədə, qısa müddətdə kəşfiyyat səmərəliliyinin artırılması üçün qazma texnologiyası parkının tamamilə abadlaşdırılması qərarı qəbul edilib. Əgər köhnədən qalan sovet raybaları 60-70% əsas təşkil edirdisə, şirkət tərəfindən yeni alınan və eyni dərinlikdə süxurların bütün nümunələrini demək olar ki, tam və dəqiq şəkildə əks etdirən 4 ədəd İsveç istehsalı olan qazma avadanlığı orta hesabla avadanlığın 95% -ni təşkil edir.
Nəticədə, 2011-ci ilin dekabrında yalnız bir quyuda (bu gün artıq Ağdərə rayonundakı Kaşen iri qızıl yataqı kimi müəyyən edilib), sənaye əhəmiyyətli filiz aşkar edilmişdir .
2012-ci il noyabr ayının sonunda bu yataqda açıq mədənçilik işləri başlandı və artıq 2013-cü il mayın 1-də Kaşen yatağında filiz istehsalına başlandı. Müntəzəm olaraq bu yataqdan gündə 2 min ton həcmində filiz Drmbon dağ-mədən zavoduna aparılırdı. Kaşen yataqından filizin emalını nəzərə alaraq Drmbon dağ-mədən zavodunda aparılan yenidənqurma işləri nəticəsində zavodun istehsal gücü iki dəfə - 350 min tondan 700 min tona qədər çatdırılmışdır. Hazırda Drmbon dağ-mədən zavodu ildə 600 min ton kaşen filizi və 100 min ton drmbon filizi emal edə bilir.
Ağdərə yatağında mədən və sənaye fəaliyyətinin təşkili haqqında saziş "Valeks qrup" şirkəti və separatçı hökumət tərəfindən 2012-ci ilin mart ayında imzalanıb. Bu sazişin şərtlərinə görə, "Valeks qrup" şirkəti istehsalatın yaradılmasına 80 milyon dollar sərmayə qoymaq niyyətindədir. Növbəti on il ərzində 17 milyon ton filiz emalı planlaşdırılır.
"Base Metals" şitkətinin eksperimental məlumatlarına görə, Ağdərədə yerləşən yatağlar Kəlbəcərdə olan mədən yataqları kimi mis və qızılla zəngin deyil, lakin buradakı mis-molibden ehtiyatları irimiqyaslı istehsalatın qurulmasına imkan verir. Əgər Drmbon dağ-mədən zavodu ildə 350 milyon ton filiz istehsal edirsə, Ağdərə ərazisində tikiləcək zavod hər il təxminən 1 milyon 600 min ton filiz emal edəcək. "Base Metals"–ın məlumatına görə, Kaşen sahəsində 41 milyon ton həcmində filiz ehtiyatları var. Şirkətin son məlumatlara görə, sübut olunmuş filiz ehtiyatları 56 milyon ton həcmində qiymətləndirilir və onlar artıq əhatəyə alınıb. Artur Mkrtumyanın sözlərinə görə, kəşfiyyat davam edir və nikbin proqnozlara görə, növbəti 2-3 il ərzində bu ehtiyatlar iki dəfə artacaq.
Hazırda Ağdərədə tutumu ildə 1,75 milyon tondan 3,5 milyon ton filiz istehsal edən mədən emal zavodunun tikintisi aparılır. Bu isə, öz növbəsində, artıq 100 milyon dollar dəyərində 14-15 min ton səviyyəsində illik mis istehsalı deməkdir. Bu da Drmbon dağ-mədən zavodunda ən yüksək məhsul istehsal edilən illərdəkinə nisbətən 2-2,5 dəfə çoxdur. Bundan başqa, nəzərə alınmalıdır ki, drmbon filizinin bir tonunun istehsal dəyəri kaşen filizindən zəngindir, odur ki, qeyd olunan göstəricilərə Ağdərə yatağında olan filizin kəskin hasilatı və emalı nəticəsində nail olunacaq.
Layihənin dəyəri 136 milyon dollar həcmində qiymətləndirilir. Bu məbləğdən 65 milyon dollar artiq sərmayə qoyulub .
Kaşen yatağının (Ağdərə) istismarina "DQR"də yüksək ümidlər bağlayır, o sosial-iqtisadi inkişaf və xüsusilə məşğulluq problemi həll eden ən vacib amillərdən biri kimi nəzərdə tutulub.
Belə ki, 2013-cu il mayın 1-dən "Base Metals" şirkətinin iqtisadi göstəriciləri yenidən yüksəldi. Belə ki, 2013-cu ilin iyununda 3 milyon dollar dəyərində məhsul istehsal edilib. İyulda isə 55 min ton kaşen filizi emal edilib. Beləliklə, ayda 60 min ton sabit emal həcmi gözlənilir ki, bu da Drmbon dağ-mədən zavodunun maksimum imkanlarına bərabərdir.
Bu iki yatağın arasındakı əsaslı fərq yalnız ondan ibarətdir ki, onların ölçüsü istisna olmaqla, Kəlbəcər yatağında qapalı yeraltı qazıntılar aparılır, Ağdərədə isə istehsal açıq yolla həyata keçirilir ki, bu da istehsal xərclərini xeyli azaldır.
Heyvalıda yerləşən Drmbon dağ-mədən zavodu ağır sənaye yeniliklərinə aid edilir və Dağlıq Qarabağda xarici investisiya əsasında olan ən uğurlu müəssisələrdən biri hesab olunur. Və yuxarıda qeyd edildiyi kimi "Base Metals" şirkəti isə Dağlıq Qarabağın ən böyük vergi ödəyicisidir və "DQR" hökumət gəlirlərinin böyük bir hissəsini təmin edir.
İstehsal edilən konsentrat Alaverdi zənginləşdirici metallurgiya zavoduna göndərilir və orada metallurgiya emalına məruz qaldıqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılir. Zavodda 1200 nəfər işçi çalışır. Şirkət 4 növbə, gundə 24 saat fəaliyyət göstərir. Yataqda kənddəki ailələrin demək olar ki, bütün nümayəndələri çalışır və yüksək əməkhaqqı alırlar.
"Base Metals" şirkətində isə 1400 işçi çalışır, onlardan 300 nəfəri Ağdərədə filiz istehsalı ilə məşğuldurlar. Zavodun tikintisi başlayan kimi daha 500-700 işçi əlavə olunacaq . Belə ki, "Base Metals" şirkəti paralel olaraq kəşfiyyat işləri həyata keçirir və tanınmamış "DQR" ərazisində 20-dən artıq qızıl yataq tədqiq etmişdir. Qeyd etmək lazımdır ki, son illərdə dağ-mədən sənayesi iqtisadiyyatı stimullaşdıran əsas sahəyə çevrilmişdir və "DQR" -in ÜDM-in əhəmiyyətli bir payını təşkil edir. Hazırda dağ-mədən sənayesi Dağlıq Qarabağ iqtisadiyyatının sürətlə inkişaf edən sahələrindən biridir və sənaye istehsalının 30 faizini, dövlət büdcəsinin gəlirlərinin 11 faizdən çoxunu təmin edir. 2012-ci ildə onun payına ölkənin sənaye ixracatının 70 faizi düşüb. Eyni zamanda, Dağlıq Qarabağda qızıl mədənlərindən əldə olunan mənfəətin əsas hissəsi şəxsi ciblərə axır və yaşayiş səviyyəsi çox aşağı olaraq qalır.
Dağlıq Qarabağ ərazisində mineral yataqlarının axtarışı davam edir. "DQR"-in baş naziri Ara Arutyunyanın sözlərinə görə, mövcud mədən ehtiyatlarının tam ciddi istifadəsi ölkənin dinamik inkişafını təmin edəcək və səmərəli şəklində sosial, iqtisadi və digər məsələləri həll edəcək.
Son illərdə Dağlıq Qarabağın dağ-mədən sənayesinə həm dövlət büdcəsindən, həm də özəl sektor tərəfindən kapital qoyuluşunun həcmi əhəmiyyətli dərəcədə artmışdır. Digər erməni şirkəti – "Armenian copper program" (onun sahibləri Lixtenşteynin "VALLEX FM Estabilhment" şirkəti və İsveçrənin "Elecom" şirkətidir) 2009-cu ildə Ağcabədi rayonunun Qızılbulaq yatağından 40 min ton konsentrat hasil edib və 9,5 ton qara mis əldə edib.
2014-cü ilin birinci rübündə erməni metallurgiya şirkəti "Armenian copper program" (ACP) xam mis istehsalını ötən ilə nisbətən 6,8% artıraraq 1,778 tona qaldırmışdır. Bu artım "Base Metals" şirkətinin müəssisələrində mis konsentratının hasilatının artması nəticəsində əldə olunub. Bütün məhsullar bütövlüklə Avropaya ixrac edilir.
1997-ci ildə Ermənistan Sənaye və Ticarət Nazirliyi Söyüdlü (Zod) yatağinin istismari üçün Kanadanın "First Dynasty Mines" (FDM) şirkəti ilə müqavilə imzalayıb. Yalnız 2003-2004-cü illərdə burada 4,5 ton təmiz qızıl istehsal edilib.
Ümumiyyətlə, FDM şirkətinin payına işğal olunmuş ərazilərin müxtəlif yerlərindən 16 ton təmiz qızıl düşüb. Söyüdlü yatağı Azərbaycan-Ermənistan sərhədində 73%-i ermənilər tərəfindən işğal olunmus Kəlbəcər rayonu ərazisində yerləşir və yatağın Azərbaycan hissəsindəki ehtiyatı 112 tondan çox qızıl təşkil edir. Kəlbəcər rayonunun işğal olunmamışdan qabaq bu yataqdan 27 tondan artıq qızıl istehsal edilib. Baxmayaraq ki, bu yatağın istismarı 1992-ci ildə dayandırılıb, 1996-cı ildə ABŞ ekspertləri burada yenidən kəşfiyyat işlərinə başlayıblar. Nəticədə, yataqda 40 tondan çox qızıl ehtiyatının olduğu aşkar edilmişdir.
Azərbaycan Eologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, FDM şirkəti Ermənistanın qızıl mədənləri sektoruna 12 milyon dollarlıq sərmayə qoyub. Bundan əlavə, Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş ərazilərində qızıl mədənləri sektorunda yeni investisiyalar baxımından Beynəlxalq Maliyyə Korporasiyası və digər xarici banklarla danışıqlar aparır. Kanadanın FDM şirkəti 2007-ci ilə qədər ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağın qızıl mədən sahəsində 22,1 milyon dollar dəyərində sərmayə yatırıb. Ermənistanda və Azərbaycanın işğal olunmuş torpaqları geoloji kəşfiyyat işlərinin aparılmasına bu şirkət tərəfindən toplam 4 milyon dollar dəyərində investisiyalar ayrılıb. 1997-ci ilin sentyabr ayinda Ermənistanın Sənaye və Ticarət Nazirliyi və FDM şirkəti arasında 63,3 milyon dollar həcmində filiz-mədən işləri haqqında saziş imzalayıb. FDM aktivləri Marcus Randolfun başçılıq etdiyi "Sterility Gold LTD" şirkətinə məxsusdur .
1998-ci ildə FDM şirkəti Ermənistan hökumətinə məxsus "Ararat Gold Recovery Company" (AGRC) şirkətinin investisiyaların 50%-ni alaraq şirkətin tam sahibi olub. AGRC Söyüdlü yatağının yenidən istismarına başlayıb. Bu yatağın qızıl ehtiyatları 12 milyon unsiya (370 ton) dəyərində qiymətləndirilir. 2010-cu və 2011-ci illərdə erməni şirkəti tərəfindən Söyüdlü qızıl yatağından ildə təxminən 700 kq qızıl hasil edilib.
2007-ci ildə AGRC-in səhmlərini "Geopromaynig" beynəlxalq şirkəti əldə etmişdir və Ermənistanda GPM Gold adlı yeni şirkət fəaliyyət gostərməyə başlayıb. Qarşıdakı illərdə Ermənistan iqtisadiyyatında GPM Gold şirkətinin ümumi investisiyaları 100 milyon dollar olacaq. Şirkətin baş direktoru Vladimir Kozlov deyib: "Bu məbləğin 50% borc vəsaitləridir, qalan mənfəətə isə GPM-ə məxsus kapital yaradılır". Kozlov bildirib ki, vəsait Ararat qızıl zavodun təkmilləşdirilməsi və Söyüdlü yatağında avadanlıqların alınmasına yönəldilir.
GPM şirkət artıq Kəlbəcər rayonunda kiçik bir zavod inşa etmişdir. Azərbaycan "R.V. Investment" qızıl şirkəti erməni şirkətə bildirib ki, yataqların istismarı barədə Azərbaycan hökuməti ilə müqavilə imzalayıb və orada keçirilən hər hansı bir əməliyyat beynəlxalq məsuliyyət ilə nəticələnə bilər. Buna baxmayaraq, Azərbaycanın Kəlbəcər və Zəngilan rayonları ərazisində olan zəngin qızıl yataqları bütün beynəlxalq hüquq normalarına məhəl qoyaraq ermənilər tərəfindən idarə edilir.

Hikmət Hacıyev: “Vejnəlidə Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşir 

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 30-da keçirilən brifinqdə Zəngilan rayonundakı qızıl ehtiyatlarından danışıb. 

“İşğaldan azad edilmiş Zəngilan rayonunun Vejnəli kəndində Azərbaycanın ən böyük qızıl yataqlarından biri yerləşir”, – deyə o bildirib.

“Fakt Yoxla” Hikmət Hacıyevin bu iddiasının doğru olub-olmadığını yoxlayıb.

Azərbaycanda qızıl və gümüş əsasən, 1997-ci il avqustunda imzalanmış Hasilatın Pay Bölgüsü tipli müqavilə çərçivəsində hasil olunur. Mineral ehtiyatların istismarına dair bağlanmış bu 30 illik müqavilədə Azərbaycan hökumətinin iştirak payı 51%, Böyük Britaniyanın “Anglo Asian Mining Plc." şirkətinin payı isə 49% təşkil edir

Şirkətə müqavilə əsasında 6 yatağın istismar haqqı verilib. Bu yataqlardan 1-i Naxçıvan MR-da (“Ordubad qrupu”), 1-i Tovuzda (“Qoşa”), 1-i Gədəbəydə (“Gədəbəy”), 3-ü isə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan “Söyüdü” (Kəlbəcər), “Qızılbulaq” (Ağdərədə) və Zəngilandakı “Vejnəli” yatağı olub. 

22 ton qızıl ehtiyatının mövcud olduğu “Gədəbəy” yatağından 710 mln. dollar gəlir əldə olunacağı gözlənilir.

Tovuzdakı "Qoşa"qızıl mədəninin ehtiyatları isə təqribən 40 min unsiya qızıl (1,24 ton) qiymətləndirilib. Naxçıvan Muxtar Respublikasında yerləşən “Ordubad qrupu” yataqlarında  20-50 min unsiya qızılın hasil oluna biləcəyi proqnozlaşdırılıb.

Geoloji-kəşfiyyat işlərinin davam etdiyi bu yataqda hasilatın 2023-cü ildə başlaması gözlənilir. 

Azərbaycanın ən böyük qızıl yatağı Kəlbəcərdəki “Söyüdlü” (Zod) yatağıdır. 1976-cı ildən istismarda olan bu yatağın sənaye ehtiyatları 112,5 ton qiymətləndirilib. Kəlbəcərdə “Söyüdlü” yatağından başqa ehtiyatları 13 tondan çox qiymətləndirilən “Ağduzdağ” və “Tutxun” qızıl yataqları da mövcuddur.

Kəlbəcərdən sonra bölgənin ən böyük qızıl ehtiyatına malik ərazisi Ağdərədir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev burada yerləşən “Qızılbulaq” yatağının ehtiyatlarının 17,5 ton həcmində qiymətləndirilir.

Zəngilan rayonundakı “Vejnəli” qızıl yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilib. Yatağın qızıl ehtiyyatları 6,5 ton həcmində təsdiq edilmişdir.

Azərbaycanda yuxarıda qeyd edilən müqavilə çərçivəsində hasilat işləri aparılmayan digər qızıl yataqları da mövcuddur. “AzərGold” QSC-nin məlumatına görə, Daşkəsən rayonu ərazisində yerləşən “Çovdar” qızıl yatağının təsdiq olunmuş ümumi qızıl resursları 51.5 tondur.

Bu yaxınlarda “AzərGold”un həyata keçirəcəyi ən böyük layihə olan “Filizçay” yatağı haqqında da məlumat verilib. Balakəndə yerləşən Filizçay yatağı, ehtiyatlarının həcminə görə Avropada ikinci ən böyük yataq hesab edilərək, dünya polimetal yataqlarının ilk onluğuna daxil edilib. Qızıl, gümüş, mis, sink və qurğuşundan ibarət yataq ehtiyatları 120 mln. tondan artıqdır.

Məlumatda yataqda qızılın orta tutumunun 0.65 q/t olduğu qeyd edilir. 

“AzərGold” tərəfindən istismar edilən bir neçə yataqda geoloji-kəşfiyyat işləri aparılmaqdadır və həmin yataqlarlarda hasilatın qarşıdakı illərdə başlanması planlaşdırılır.

Beləliklə, “Vejnəli” Azərbaycandakı ən böyük qızıl yataqlarından biri deyil.

“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Hikmət Hacıyevin açıqlaması əsasən yanlışdır.

İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində yerləşən "Vejnəli" qızıl yatağında 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilib.

Yatağın təsdiqlənmiş qızıl ehtiyatları 6, gümüş ehtiyatları isə 10 tondan çoxdur.

Təsadüfi deyil ki, Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, gümüş, mis və sink filizləri, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü, Qızılbulaq və Vejnəli qızıl yataqlarından hasil olunub.

Ermənilərin işğal altında olan Azərbaycan ərazilərində milli sərvətlərimizi talan etməsi, bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar var. Belə ki, Azərbaycan ərazisində hasil olunan qızıl resursları Ermənistana gətirilir, Ermənistanda müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarına çıxarılaraq, orada satışı həyata keçirilir.

Ermənistan genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisində yataqların istismarına cəlb edilirdi. Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi "Franck Muller Group"un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir. O, "ArmSvissBank"ın təsisçisidir, bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinə sahibdir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu "Franck Muller" şirkəti dünyada yeganə nümayəndəliyini məhz Ermənistanda açıb.

Sirmakesin Kəlbəcərin "Söyüdlü" və Zəngilanın "Vejneli" yataqlarından qanunsuz istismar etdiyi qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır. Sirmakes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır.

Yataqların istismarında nəinki xarici korporasiyalar, həm də ofşor zonalarda saxta şirkətlər yaratmaq yolu ilə Ermənistanın siyasi rəhbərliyi də iştirak edib. Bu sıraya Koçaryan-Sarqsyan cütlüyü, keçmiş səfir və indiki prezident Armen Sarkisyan və baş nazir Nikol Paşinyan daxildir.

5 il əvvəl Azərbaycanın Baş Prokurorluğu Vartan Sirmakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. Azərbaycan Prezidentinin tapşırığına əsasən, işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycana vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq.

Qeyd edək ki, ümumilikdə, işğal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb.

Azərbaycandakı xarici qızıl hasilatçısı Zəngilandakı yataqları işlədə bilər

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti bu günlərdə Ermənistan işğalından azad olunaraq Azərbaycanın nəzarətinə keçən Zəngilan rayonu ərazisində yerləşən və şirkətin müqavilə sahəsinə daxil olan “Vejnəli” qızıl yatağı barədə məlumat yayıb.

Qubadlıda hansı sənaye sahələri inkişaf etdiriləcək?

Şirkətin saytında yerləşdirilən məlumatda deyilir ki, Zəngilan rayonu Azərbaycanın cənub qərbində minerallarla zəngin bir rayondur. Şirkətin mövcud Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə əsasən, “Anglo-Asian Mining”in Əmirbəyli kəndi və Ağbənd qəsəbəsi yaxınlığında yerləşən “Vejnəli” qızıl yatağını istismar etmək hüququ var. Müqavilə sahəsi təxminən 300 kvadrat kilometri təşkil edir və Sovet Təsnifatına görə, 6,5 ton qızıl (C1 + C2) və 2,3 ton qızılı (P1) olan “Vejnəli” yatağını əhatə edir.

Şirkətin yaydığı məlumatda deyilir ki, lakin yatağın işlənilməsinə döyüş əməliyyatları dayandırıldıqdan və bölgənin təhlükəsiz olması barədə Azərbaycan hökumətinin bildirişindən sonra başlanılacaq. Məlumata görə, işğaldan azad edilmiş ərazilərdəki qızıl yataqları ilə bağlı müqavilə müddəti sıfırlanacaq. Bundan sonrakı müddətdə şirkətin müqavilə sahəsində 5 ilədək kəşfiyyat işləri, sonra isə iki dəfə 5 il uzadılma şərti ilə 15 il müddətində hasilat aparmaq hüququ var.

Bildirilib ki, Ermənistan işğalı zamanı Zəngilan rayonunda təbii sərvətlər istismar olunub. “Vejnəli” yatağında isə minimum mədən işlərinin aparıldığına görə ziddiyətli məlumatlar mövcuddur.

Qeyd edilir ki, bununla bərabər, şirkətin bu barədə ən yaxşı məlumatı orada minimum istismar aparılmasına dairdir: “Azərbaycan hökumətinin ərazidəki mineral ehtiyatları hərtərəfli yoxlamaq və qiymətləndirmək niyyəti var. Şirkət bu irəliləyişləri alqışlayır və ərazinin işlənməsi ilə bağlı Azərbaycan hökuməti ilə sıx təmasdadır. Hələlik “Vejnəli” yatağında kəşfiyyatın və kommersiya işlərinin başlanması üçün vaxt qrafiki məlum deyil, bu rayona girişin və müqavilə sahəsinin təhlükəsizliyindən asılıdır”.

Şirkət təhlükəsizlik məsələləri həll olunduqdan sonra dərhal ərazidə işlərə başlamağı planlaşdırır.

Məlumatda həmçinin qeyd edilib ki, hazırda işğal altında olan və şirkətin müqavilə sahəsinə daxil olan “Söyüdlü” və “Qızılbulaq” yataqları da var. Şirkət bu sahələr üzrə də məlumatları izləməkdədir.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı isə 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

Azərbaycanda qızıl hasilatçısı Qarabağda qiymətləndirmə işləri aparacaq.

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində və Dağlıq Qarabağda yerləşən üç bərpa olunmuş müqavilə sahələri üzrə qiymətləndirmə işləri aparacaq

Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, şirkətin üç müqavilə sahəsi bərpa edilib. Bura Kəlbəcər rayonunda yerləşən “Söyüdlü” (Zod), Dağlıq Qarabağdakı “Qızılbulaq” və Zəngilan rayonundakı “Vejnəli” yataqlarıdır.

Şirkət Azərbaycan hökumətindən giriş icazəsi alındıqdan sonra bərpa edilmiş üç müqavilə sahəsinin potensialını tam qiymətləndirəcək. Bərpa olunmuş üç müqavilə sahəsi ilə bağlı məhsulun pay bölgüsü sazişində giriş icazə verildikdən sonra müddət “sıfırlanacaq".

Keçmişdə işğal olunmuş ərazilərdəki bu müqavilə sahələri tamamilə Azərbaycan hökumətinin nəzarəti altındadır.

Ermənilərin işğalı zamanı hər üç müqavilə sahəsindəki mədənlərin istismarı qanunsuz olaraq həyata keçirilib.

Xatırladaq ki, “Söyüdlü” - Zod qızıl və gümüş mədəni Qafqaz bölgəsindəki ən böyük yataqdır və münaqişədən əvvəl ildə təxminən 120 000 unsiya qızıl istehsal edilib. “Qızılbulaq” yatağı isə mis və molibden mədəninə ev sahibliyi edən Kaşan yatağının yeridir. “Vejnəli” yatağında mədən işləri aparılıb, lakin mövcud vəziyyət məlum deyil.

Məlumatda deyilir ki, həm mövcud mədənlərin yaxınlığında, həm də bərpa edilmiş müqavilə sahələrində məlum olan geoloji tendensiyalara əsasən çox böyük bir axtarış potensialı mövcuddur.

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.

         Azərbaycan qızıl yataqlarını niyə Türkiyə şirkətlərinə verdi?

Xəbər verildiyi kimi, Kəlbəcərin qızıl yataqları türk şirkətlərinə verilib. Ötən gün Prezident İlham Əliyevin Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında imzaladığı sərəncama əsasən, Qaşqaçay filiz yatağı “Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları “Artvin Maden A.Ş.” şirkətinə 30 il müddətinə müqavilə əsasında istifadəyə verilb.

Məlumat üçün bildirək ki, Türkiyənin “Cengiz” holdinqinə məxsus olan mis məhsullarının istehsalı üzrə ixtisaslaşmış “Eti Bakır A.Ş.” şirkətinin baş ofisi İstanbulda yerləşir. “Cengiz” holdinq İstanbul hava limanını, Azərbaycanda Şəmkirçay su anbarını tikib. “Cengiz” holdinqin sahibi və rəhbəri Türkiyənin məşhur iş adamı Mehmet Cengizdir. O “Eti Bakır A.Ş.” şirkətini 2004-cü ildə özəlləşdirərək holdinqə qatıb.

“Artvin Maden A.Ş.” isə Türkiyəli iş adamı Ömer Faruk Kalyoncuya aid olan “Zirve” holdinq ortaklığındadır.

Yataqlara gəlincə, onlar arasında Ağduzdağ yatağı sənaye əhəmiyyəti daşıyır. Kəlbəcər rayonunun cənub-şərqində yerləşən yatağın ərazisində 100-ə qədər qızıllı kvars, kvars-karbonat damarı ayrılıb ki, onlardan beşində sənaye əhəmiyyətli qızıl minerallaşması müəyyən olunub. Qızılın orta miqdarı 6.72 q/t olub. Asan zənginləşməsini və qızılın çıxarılmasını, eləcə də topa qələviləşdirmə texnologiyasının tətbiqinin mümkünlüyünü nəzərə alaraq, qızılın nisbətən aşağı miqdarı (1.5 q/t-a qədər) qeyd olunan damarların və damarətrafı süxurların hesabına ehtiyatların 3-4 dəfə artması ehtimal olunur .Işğaldan azad olunan bölgələrdə müəyyən strateji yerlər mövcuddur. Bunlardan birinin qızıl yatağı olduğu bildirilir: “Bu yataqların xarici şirkətə verilməsi çox önəmli idi. İstər 44 günlük Vətən Müharibəsindən öncə, istərsə də müharibə dövründə Türkiyə Azərbaycana ən yaxın müttəfiqliyini göstərən bir dövlət olub. Bunun isbata ehtiyacı yoxdur.

Prezident İlham Əliyev ayrı-ayrı çıxışlarında azad edilən ərazilərin bərpası prosesindən danışarkən, bu məsələdə dost ölkələrin fəaliyyətinə daha çox diqqət yetiriləcəyini xüsusi vurğulayıb. Artıq deyilənləri addım-addım yerinə yetiririk. Bu mənada Türkiyənin işğaldan azad olunmuş bölgələrin bərpa prosesinə cəlbi gözləniləndir.

Dünyada qızıl emalı sahəsində Türkiyənin tanınmış şirkətləri var. Əgər şirkət qızıl külçə hazırlayırsa və ya qızıl emal edirsə, beynəlxalq fondlar tərəfindən sertifikatlar təqdim etməlidir. Bununla da hazırlanan qızıl külçələr dünya səviyyəsində tanımalı və qəbul olunmalıdır. Bu mənada türk şirkətləri dünyada nüfuz qazanıb. Hesab edirəm ki, həm siyasi, həm iqtisadi, həm də səmərəlilik nöqteyi-nəzərdən həmin yataqların türk şirkətlərinə verilməsi məqsədəuyğundur. Bundan sonrakı mərhələlərdə başqa sahələr üzrə müttəfiq dövlətlərin şirkətlərin cəlb olunması gözləniləndir”.

Maraqlıdır, Kəlbəcərdəki yataqların işlənməsinə yerli şirkətlərin cəlbi daha çox səmərəli olardı, yoxsa xarici?

Mütəxəssislər burada incə məqamların olduğu qənaətindədir: “Qızıl strateji məhsuldur.  Azərbaycanın külli miqdarda qızıl ehtiyatı yoxdur. Kəlbəcərdəki qızıl dünyada böyük qızıl yataqlarına sahib ölkələrin ehtiyatları qədər deyil. Dünyada prosedur fərqlidir. Qızıl istehsalı və emalı ilə məşğul olan yerli və ya xarici şirkətlər həmin məhsulu ölkənin özünə yerli valyutada satırlar. Alınan qızıl valyuta ehtiyatlarına daxil edilir. Bu proses Azərbaycan üçün yenidir.

İndiyədək bu məsələlər haqqında az eşitmişik. Əslində, bir ölkədə olan qızıl həmin ölkənin birbaşa strateji əhəmiyyətli məhsuludur və bu qiymətli metal həm də ölkənin qızıl və valyuta ehtiyatlarının tərkibində nəzərə alınır. Sistem belədir ki, adətən ölkə qızıl çıxaranda onu yerli şirkətdən milli valyuta ilə alır və ehtiyat yığır. Hər bir ölkənin əvvəlcədən müəyyənləşdirdiyi strateji hədəfləri olur. Yəni ölkə onun qızıl, milli və xari valyuta ehtiyatının nə qədər olması öncədən hədəfləyir.

Azərbaycan ərazisindən çıxarılan qızıl da xarici və ya yerli istehsalçı şirkətdən manatla alınıb qızıl və valyuta ehtiyatına daxil ediləcək. Nəticədə ölkənin qızıl ehtiyatı valyuta xərcləmədən birbaşa manatla artmış olacaq. Daha sonra lazım olarsa, bu ehtiyatların xaricə dollarla satışı təşkil olunacaq.

Rentabellik məsələsinə gəlincə, heç bir mütəxəssis yerli, yaxud xarici şirkətlərin cəlbinin daha rentabelli olması ilə bağlı kənardan rəy verə bilməz. Bunun deyə bilmək üçün yerli və ya xarici istehsalçı şirkətə aid müəyyən məlumatlar olmalıdır. İlk növbədə şirkətin qızılı çıxararkən maya dəyəri və mənfəət bölüşdürülməsi nə qədərdir – bunları bilmək vacibdir.

İlkin olaraq kənardan baxanda xarici şirkət olduğu üçün onların da payının olduğunu düşünürük. Bu zaman biz niyə mənfəəti bölüşdürürük, gərək prosesə yerli şirkət cəlb olunardı kimi bir yanaşma yaranır. Amma burada incə məqamlar var. Xarici şirkətin təcrübəsi yüksək ola bilər və yaxud da hansısa texnologiyalardan istifadə edərək həmin qızılı daha az maliyyə hesabına çıxara bilər.

Hazırda dünya bazarında qızılın bir unsiyası 1900 dollardırsa, bu o demək deyil ki, fiziki qızıl da həmin qiymətə satılır. Hər iki qızıl arasında 100-150 dollara qədər fərq var.

Bundan əlavə, çıxarılan qızıl satılacaqmı, yoxsa ölkənin rezervində qalacaq, yaxud hara satılması kimi suallara dəqiq cavab vermək üçün ciddi təhlillər aparılmalıdır. Bu təhlil ilk növbədə müqavilənin şərtləri əsasında, daha sonra yerli və xarici şirkətlərin qızıl çıxararkən maliyyətinin nə qədər olacağını bilməklə aparılmalıdır. Bu rəqəmləri analiz etdikdən sonra dəqiq fikir bildirmək olacaq, əks halda deyilən fikirlər qeyri-ciddidir”.

Analitiklər hesab edirlər ki, bərpa prosesində iştirak etməyə haqqı olan dövlətlər var: “Müharibə dövründə yanımızda olmayan, susqunluq nümayiş etdirən, bəzi hallarda əleyhimizə bəyanatlar səsləndirən dövlətlər də azad olunmuş bölgələrə maraq göstərə və ya hansısa layihələrdə iştirak etmək istəyə bilərlər. Məlum müqavilə həmin dövlətlərə bir mesajdır ki, prosesdə iştirak etmək istəyirdinsə, yolunu və mövqeyini əvvəlcədən düzgün seçərdin.

Ümumiyyətlə, qızıl elə bir strateji məhsuldur ki, oradan ölkəmizlə qonşu dövlətlərin hamısı pay almaq istəyir. Amma həmin dövlətlərin şirkətinin bölgədə olması Azərbaycanın starteri maraqlarına nə dərəcədə uyğun olub-olmaması sual altındadır. Bu mənada Azərbaycan həmin yataqları Türkiyə kimi bir dövlətin şirkətlərinə verməklə öz işini bəri başdan sığortaladı.

Siyasi arenada olduğu kimi, iqtisadi sahədə də Türkiyə ilə daha yaxşı dil tapıb, uzlaşa bilirik. Türkiyənin Qarabağdakı bərpa prosesində daha çox pay almasına və iştirak etməsinə mənəvi haqqı çatır.

Eyni zamanda yerli şirkətlər bölgədə qızıl çıxararkən hanısısa təxribat və ya çətinliklə üzləşə biləcəyi ehtimalı da var. Qüdrətli türk bayrağı altında Türkiyə şirkətlərinin bölgədə olması xırda təxribatların, hansısa ölkələrin haqsız yerə nəsə umması kimi məsələlərin qarşısını alacaq. Deyərdim ki, həmin yataqları təkcə yerli şirkətlər istismar etsəydi, müxtəlif dövlətlər təzyiq edəcəkdi”.

İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək

İşğaldan azad olunmuş Zəngilan rayonu yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərdən biridir. Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində burada çoxsaylı müxtəlif növ faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilmişdi. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

O qeyd edib ki, 1993-cü ilədək bu rayonda tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları- 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon m3 inşaat daşı, 14 milyon m3 çınqıl, 6 618 min m3  üzlük daşı,  1,1 milyon m3 gil, 2,5 milyon m3 qum, gündəlik ehtiyatı 18000 m3/gün  yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı mövcud olub.

“Hazırda bu faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi müşahidə olunub.

Ə.Əliyev qeyd edib ki, bu gün əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərdəki, eyni zamanda Zəngilan rayonundakı mövcud yataqların istismar vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını hesablamaq, qiymətləndirmək və vurulmuş zərərin miqyasını müəyyənləşdirməkdir. 

Qarabağın bütün faydalı qazıntı yataqları yenidən işlənməli və həmin yataqlarda kompleks tədqiqatlar aparılmalıdır.

Ermənistanın Azərbaycan torpaqlarını uzun illər ərzində işğal altında saxlaması və bu dövrdə ərazidə düşmənin müxtəlif texnogen fəaliyyəti, döyüş əməliyyatlarının aparılması ətraf mühitə çox ciddi ziyan vurub. Filiz və qeyri-filiz yataqları talan olunub, heç bir texnoloji normalar qorunmadan istismar edilib. Bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

Professor bildirib ki, Kiçik Qafqazın strateji əhəmiyyətli mineral yataqları, qızıl yataqları xarici şirkətlərlə birgə istismar edilib, Azərbaycanın milli sərvəti talan olunub: “Qarabağ ərazisində Yer qabığının geoloji - tektonik quruluşu son dərəcə mürəkkəbliyi və müxtəlifliyi burada geniş spektrdə faydalı qazıntıların yayılmasına səbəb olub. İşğaldan əvvəl sənaye əhəmiyyətli yataqların proqnoz resursları qiymətləndirilib, çoxsaylı filiz və qeyri-filiz mineral xammal təzahürləri müəyyən edilib. Metal faydalı qazıntılar xrom, mis, polimetal, qızıl, civə və sürmə yataqları ilə təmsil edilir. Filizlərin tərkibində əsas metallarla yanaşı, həmçinin gümüş, molibden, nikel, vismut, tellur, selen, kadmium və s. qiymətli metallar müşahidə edilir. Həmin filiz yığımlarından ən çox əhəmiyyət kəsb edən qızıl yataqlarıdır. Söyüdlü (Zod), Ağdüzdağ, Ağzabir-Qızılitən, Qızılbulaq və Vejnəli yataqları işğal dövründə xarici şirkətlərlə birlikdə ermənilər tərəfindən qanunsuz olaraq istismar edilib, bununla da iqtisadi və ekoloji baxımdan ölkəmizə əhəmiyyətli dərəcədə ziyan vurulub. Ümumiyyətlə, Qarabağın bütün faydalı qazıntı yataqları yenidən işlənməli və həmin yataqlarda kompleks tədqiqatlar aparılmalıdır.

Ehtiyatları təsdiq edilmiş qeyri-metal faydalı qazıntı yataqları, işğal edilmiş Qarabağ ərazisində dağ-kimyəvi, kükürd kolçedanı, soda xammalı və zinət daşları, həmçinin ümumi ehtiyatları on milyon kubmetrlərlə ölçülən mişar, üzlük və inşaat daşları, sement xammalı, mineral boyalar, inşaat kərpici üçün xammal, beton doldurucuları və yol-tikinti xammalı kimi inşaat materialları ilə təmsil edilir. Şahbulaq əhəngdaşı yatağı, Əsgəran mergel yatağı, Ağçay, Harov, Zərinbax, Yemişcan və Gülablı mərmərləşmiş əhəngdaşı yataqları, Çıldıran tuf yatağı, Çiləbürt gəc yataqları və s. intensiv olaraq ermənilər tərəfindən istismar edilib, alınan məhsulların əksəriyyəti isə regiondan kənara çıxarılıb”.

Mərkəzin baş direktoru Kəlbəcər rayonunun filiz və qeyri-filiz faydalı qazıntıları ilə zəngin olduğunu bildirərək deyib: “Azərbaycan geoloqlarının səyi nəticəsində burada Söyüdlü, Ağduzdağ, Zərqulu, Ağzıbir, Qızılitən, Qazıxanlı, Qalaboynu və s. qızıl, xromit, volfram, mis, molibden, qurğuşun və məmulat daşları, mineral boyalar, üzlük daşı, müxtəlif cür tuf yataqları aşkar edilib. Söyüdlü - Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970-80-ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4-5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə “Şəhrizər”, yəni qızıl şəhəri adı ilə məşhur olub.

Zod yatağının ümumi ərazisinin 70 faizi Azərbaycanın Kəlbəcər, 30 faizi isə Ermənistanın Basarkeçər (Vardenis) rayonunun ərazisindədir. Yataq 1951-ci ildə “Qafqazqızılkəşfiyyat” İdarəsi tərəfindən aşkar olunub. Yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, kəşfiyyat işləri Ermənistan SSR Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılıb. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq, keçmiş SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilib, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilib. Yatağın istismarına 1976-cı ildən başlanılıb. 2007-ci ildən 2020-ci ilə qədər istismar işlərinə “GeoProMining” şirkəti rəhbərlik edib.

Ağduzdağ yatağı Zar çayının yuxarı axarında Kəlbəcər çökəkliyinin şimal hissəsində yerləşir. Yataq Şurtan, Zəylik, Qaraarxacçay qızıl təzahürləri ilə birlikdə Şərqi Göyçə silsiləsi ilə Tərtər çayı arasında geniş bir sahəni əhatə edir. Yataq qızıl-kvars formasiyasına aid olub, vulkan tiplidir. Yataq cavan mioplisen yaşlı hidrotermal mənşəli qızıl filizi yataqlar qrupuna aiddir. Yataq ərazisində geniş yayılmış törəmə kvaristlər müəyyən dərəcədə qızıllıdır. Həmçinin yataq ərazisində sulfidləşmiş hidrotermal dəyişilmiş zonalar da geniş yayılıb. Filiz kütlələri yerləşən zonaların uzunluğu 15-20 metrdən 2 kilometrə, eni isə 150-200 metrə qədərdir.

Mehmana filiz rayonu Qızılbulaq qızıl-mis-kolçedan sahəsi Ağdərə ərazisində Sərsəng Su Elektrik Stansiyasının sağ sahilində yerləşir və Mehmana filiz rayonunda ən perspektivli sahə sayılır. Qızıl saxlayan mis-kolçedan formasiyası bazalt maqmatizmi ilə əlaqədardır. Filiz kütləsinin xeyli hissəsi damar minerallarından, yəni kvars və karbonatlardan ibarətdir. Qızılbulaq filizlərində saxlanılan qızılın əsas hissəsi sərbəst haldadır.

İşğaldan azad edilmiş Azərbaycan Respublikası ərazilərində ehtiyatları təsdiq olunmuş 163 müxtəlif növ faydalı qazıntı yatağı, o cümlədən: 5 qızıl, 7 civə, 2 mis, 1 qurğuşun və sink, 1 daş kömür, 6 gəc, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 əlvan və bəzək daşları - obsidian, mərmərləşmiş oniks, yəşəm və s., 10 mişar daşı, 21 üzlük daşı, 9 gil, 20 sement xammalı, 8 müxtəlif növ tikinti daşları, 6 əhəng xammalı, 10 qum-çınqıl, 4 tikinti qumu, 1 perlit, 8 pemza-vulkan külü, 16 yeraltı şirin su və 11 mineral su yataqları mövcuddur. Bu yataqların hər birinin işlənməsində, istismarında mühəndisi seysmik işlərin yerinə yetirilməsində yaxından iştirak edəcəyik.

Bundan başqa, Respublika Seysmoloji Xidmət Mərkəzi tikinti işləri üçün ən vacib olan seysmik rayonlaşma və mikrorayonlaşma istiqamətində də Qarabağ ərazisində genişmiqyaslı işlər görməyi də planlaşdırır”.

İşğaldan azad olunmuş ərazilərdə yeraltı sərvətlər yenidən qiymətləndiriləcək 

İşğaldan azad olunmuş Zəngilan rayonu yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin olan ərazilərdən biridir. Sovet dövründə aparılmış geoloji kəşfiyyat işləri nəticəsində burada çoxsaylı müxtəlif növ faydalı qazıntı yataqları aşkarlanmış, ehtiyatları hesablanaraq dövlət və sahə balanslarına qəbul edilmişdi. Bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev bildirib.

O qeyd edib ki, 1993-cü ilədək bu rayonda tədqiq edilmiş yataqlar üzrə faydalı qazıntı ehtiyatları- 6,52 ton qızıl, 10,75 ton gümüş, 2 942 min ton mis konsentratı, 29 milyon m3 inşaat daşı, 14 milyon m3 çınqıl, 6 618 min m3 üzlük daşı, 1,1 milyon m3 gil, 2,5 milyon m3 qum, gündəlik ehtiyatı 18000 m3/gün yeraltı içməli su və 129 833 min ton soda üçün əhəng materialı mövcud olub.

“Hazırda bu faydalı qazıntı yataqlarının vəziyyəti haqqında dəqiq məlumatlara malik olmasaq da, Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin təqdim etdiyi aerofotoşəkillərə əsasən erməni işğalçıları tərəfindən bu yataqların bir hissəsinin vəhşicəsinə istismar edildiyi müşahidə olunub.

Ə.Əliyev qeyd edib ki, bu gün əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərdəki, eyni zamanda Zəngilan rayonundakı mövcud yataqların istismar vəziyyətini təftiş etmək, qalıq ehtiyatlarını hesablamaq, qiymətləndirmək və vurulmuş zərərin miqyasını müəyyənləşdirməkdir.

İşğaldan azad olunmuş Vejnəli qızıl yatağı. 

Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti

Ermənilərin işğal altında olan Azərbycan ərazilərində milli sərvətlərimizi talan etməsi, bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar var. Ümumilikdə, işğal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur. Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunur. İşğaldan azad olunmuş Zəngilan rayonun ərazisində yerləşən Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilmiş, 14,15,16,19,21 və 24-cü zonalar üzrə Cı+C2 kateqoriyası ilə ehtiyatlar hesablanmışdır. Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilmişdir. 1962-1971,1976-1981 və 1983-1984-cü illərdə geoloji-axtarış və kəşfiyyat işləri aparılmışdır. Vejnəli qızıl yatağı 1984-cü ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilmişdir. Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyası üzrə filiz-183 min ton, qızıl - 2,169 ton; C2 kateqoriyası üzrə filiz - 433 min ton, qızıl - 4,347 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə gümüş - 0,19 ton; C2 kateqoriyası üzrə gümüş - 9,9 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə mis - 0,2 min ton; C2 kateqoriyası üzrə mis - 2,8 min ton təşkil etmişdir. Azərbaycanda qızılçıxarma sənayesinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə» 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş «Azərqızıl» DŞ ilə ABŞ-ın «RV Investment Group Sevrvices LLS» arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. Lakin Söyüdlü(Zod), Qızılbulaq və Vejnəli yataqları ermənilərin işğalı altında olduğuna görə, həmin yataqlar üzrə işlərin aparılması mümkün olmamışdır. Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində ərazilərimiz işğaldan azad olunur, xalqımıza məxsus milli sərvətlərimiz, o cümlədən Vejnəli qızıl yatağı onun özünə qaytarılır. Ermənistan genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisində yataqların istismaına cəlb edilmişdir. Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi “Franck Muller Group”un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir. V.Simakes 1956-cı ildə İstanbulda anadan olub və 18 yaşında İsveçrəyə köçüb. Hazırda İsveçrənin erməni diasporunun maliyyə donoru hesab olunan V.Simakes “ArmSwissBank” bankının təsisçisidir, bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinə sahibdir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu “Franck Muller” şirkəti dünyada yeganə nümayəndəliyini məhz Ermənistanda açıb. Keçmiş prezident Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Fransadakı Baş Konsulu təyin olunub və “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib. Yataqların istismarında nəinki xarici korporasiyalar, həm də ofşor zonalarda saxta şirkətlər yaratmaq yolu ilə Ermənistanın siyasi rəhbərliyi də iştirak etmişdir. Bu sıraya R.Koçaryan-S.Sarqsayn cütlüyü, keçmiş səfir və indiki prezident Armen Sarkisyan və baş nazir N.Paşinyan daxildirlər. V.Sirmakesin Kəlbəcərin “Söyüdlü” və Zəngilanın “Vejneli” yataqlarından oğurlanan qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır. Simarkes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır. 2001-ci ildə “Franck Muller”in Ermənistandakı nümayəndəliyi açılan zaman şirkətin təmsilçisi bildirmişdi ki, burada saatların qızıl çərçivələri üçün 18 karatlıq qızıl və 550 əyyarlıq platindən istifadə olunacaq. İsveçrəli biznesmen Ermənistanda qiymətli materialların emalı zavodunun inşasına hazırlaşdığı barədə də məlumatlar vardır. Onun zavodun tikilməsi planını 6 il əvvəl – 2014-cü ildə açıqlayıb və Ermənistan Mərkəzi Bankı ilə müvafiq memorandum da imzalayıb. Hasil edilən qızılı dünya bazarına çıxarmaq məqsədi ilə 2020-ci ildə Ermənistanda affinaj (qızıl emalı) zavodunun açılması nəzərdə tutulur. Əsas investor Vartan Sirmakesdir. Rəsmi statistikaya görə, Ermənistandan ixrac edilən məhsulların böyük bir hissəsi Vartan Sirmakesin vətəni olan İsveçrəyə ixrac olunur. 2019-cu ildə Ermənistan məhsullarının ixrac edildiyi ölkələr sırasında ikinci ən böyük paya sahib olan ölkə məhz İsveçrədir - ixracda bu ölkənin payı 17.4% (457 milyon dollar) həcmində olub. Azərbaycan ərazisində hazsil olunan qızıl resursları Ermənistana gətirilir, Ermənistanda müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarına çıxarılaraq, orada satışı həyata keçirilir. 5 il əvvəl Azərbaycanın Baş Prokurorluğu Vartan Sirmakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. İstintaq materiallarından aydın görünür ki, Azərbaycan tərəfi Sirmakesin qanunsuz iqtisadi fəaliyyəti və xüsusilə də, qızıl yataqlarının qeyri-qanuni istismarında iştirakı ilə bağlı kifayət qədər məlumat əldə edib. Bütün bu faktlar İsveçrə Konfederasiyası Baş Prokurorluğuna da təqdim olunub. Azərbaycan Prezidentinin tapşırığına əsasən işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycan vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq. Vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri və s. ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycan vurduğu zərərlər qiymətləndiriləcək, düşmən ölkənin, onun əvvəlki və indiki rəhbərlərinin, bu prosesdə iştirak edən xarici şirkətlərin, onların rəhbərlərinni məsuliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbirlər görüləcək. 

Zod qızıl yatağı

Söyüdlü – Zodqızılyatağı
azərb. Söyüdlü – Zod qızıl yatağı

40°14′19″ şm. e. 45°58′34″ ş. u.

Ölkə

 Azərbaycan

Rayon

Kəlbəcər rayonu

Kəşfi

1951

İstismarı

1976

Ehtiyatı

112,5 t

Söyüdlü – Zod qızıl yatağı — Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Söyüdlü – Zod qızıl mədəni tarixə uzun əsrlərdir məlumdur. Zod qızıl yatağının istismarı eramızın III minilliyinə təsadüf edir. Söyüdlü sahəsində 1970 – 80 ci illərdə aparılan geoloji kəşfiyyat işləri vaxtı qədim dağ qazmaları, mağaralar, quyular, qədim süxur çöküntüləri və qədim filiz qırıntılarından ibarət ayrı-ayrı təpəciklər və qızıl istehsal edən alətlər onu sübut edir ki, insanlar 4–5 min il əvvəl buralarda qızıl istehsal ediblər. Zar kəndi isə tarixdə "Şəhrizər", yəni qızıl şəhəri adı ilə məşhur olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilir ki, işğal altında qalmış Kəlbəcər rayonunun təbii sərvətləri Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112,5 ton olan və istismar olunan Söyüdlü (Zod) və ehtiyatları 13 tondan çox olan Ağduzdağ və Tutxun qızıl yataqları 1993-cü ildə 2020-ci ilə qədər Ermənistan respublikasının işğalçı rejimi tərəfindən talan edilmişdir. Mədəndə çıxarılan 1 ton filizin tərkibində minimum 0,6 qram qızıl var, qızılın aşkar olunan miqdarı olduqca böyük intervalda (0,6–22,6 q/t) dəyişir.[1] Zod qızıl yatağının ümumi potensialı 8 milyard dollar dəyərində qiymətləndirilir.[2]

İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu ərazisindən çıxan Ermənistan qoşunları bu yatağı tam ələ keçirməyə çalışaraq noyabrın 25-də sərhədi 1,5 km irəli çəkmiş, yolda "sərhəd darvazası" quraşdırmışdı. Bir gün sonra Azərbaycan hərbçiləri həmin darvazanı sındıraraq Zoda daxil olublar. Hazırda Zodda Azərbaycan Ordusunun 3, Ermənistanın 1 postu var. Azərbaycan, Rusiya və Ermənistanın nümayəndələri GPS vasitəsilə dövlət sərhədinin Zoddan keçən hissəsini müəyyənləşdiriblər.

Geoloji quruluşu

Ərazinin əsas struktur elementi Göyçə-Həkərə struktur-formasiya zonasının cənub hissəsində yerləşən Sarıbaba sinklinorisidir. Mərkəzi hissədə bir qədər sönən bu sinklinori çox mürəkkəb quruluşa malikdir. Onun quruluşunda ofiolit kompleksi süxurlarından təşkil olunmuş tektonik strukturlar iştirak edir. Bununla əlaqədar olaraq, Sarıbaba zolağında və o cümlədən tədqiqat aparılmış ərazidə geniş yayılmış qırışıqlar (Çiçəkli-Qonur sinklinalı, Almalı-Göydərə antiklinalı və Kəlbəcər depressiyası) qeyd olunur. Ərazinin əsas struktur elementi olan Almalı-Göydərə antiklinalının quruluşunda alb, senoman, santon, eosen və az miqdarda kampan-maastrixt çöküntüləri iştirak edir. Antiklinal tağının eni tədqiq olunan ərazinin cənub-şərq hissəsində 6–7 km, şimal-qərb hissəsində isə 3–4 km-dir. Bu hissədə anticlinal tağının ensizləşməsi və batması onun cənub-şərq qanadının eosen çöküntüləri ilə örtülməsi ilə əlaqədardır. Strukturu təşkil edən təbaşir çöküntüləri müxtəlif tərkibli intruzivlərlə yarılıb. Zod qızıl yatağının cənub-şərq cinahında (Söyüdlü filiz sahəsində) sənaye miqyaslı qızıl filizləşməsi aşkar edilməmişdir.[1]

İstismar tarixi

Zod yatağı — Azərbaycan Respublikasının Kəlbəcər və Ermənistan Respublikasının Basarkeçər (Vardenis) rayonlarının sərhəddində yerləşir. Tərtərçay, o cümlədən də Söyüdlüçay hövzəsində qızılın olması qədimlərdən məlum idi. XVIII əsrdə yaşayan Yaqub Xanovi X əsrin ərəb tarixçisi Abn-Dülafa istinad edərək yazmışdır ki, Azərbaycan dağları qızıl, civə, qurğuşun, gümüş, mərgümüş və mis ilə zəngindir. Bunu arxeoloji qazıntılar nəticəsində 3200–3300 il bundan əvvəl Cənubi Qafqaz, Yaxın və Orta Şərq ərazilərində Zod yatağının qızılından hazırlanmış çoxlu miqdarda qızıl əşyaların aşkar edilməsi sübut edir.[1]

Ümumi ərazisinin 76 faizi Azərbaycanın Kəlbəcər, 24 faizi isə Ermənistanın Vardenis rayonunun ərazisində idi. Yataq 1951-ci ildə "Qafqazqızılkəşfiyyat" İdarəsi tərəfindən aşkar olunmuş, yatağın əksər hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq naməlum səbəblərə görə kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-nin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq keçmiş SSRI Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir. Yatağın istismarına 1976-cı ildən başlanmışdır.[3] 2007-ci ildən 2020-ci ilə qədər istismar işlərinə GeoProMining şirkəti rəhbərlik edirb. 2009-cu ildə 320,5 min ton qızıl filizi, 2010-cu ildə 490 min ton, 2011-ci ildə 880 min ton hasil edilmişdir. Bu dövrdə qızıl mədənində 350–400 nəfər işçi çalışırdı, onların orta aylıq maaşı təxminən 250 ABŞ dolları olub. Filizin dəmiryolu nəqliyyatı ilə Ararat qızıl istehsal zavoduna emal üçün göndərilirdi. Bu mədəndən hasil edilən filizin daşınması Ermənistan dəmiryolu daşınmalarının 55%-ni təşkil edirdi. İkinci Qarabağ müharibəsi başlandıqdan sonra yataqdakı hasilət işləri dayandığından Ermənistan dəmiryolları sistemində kütləvi ixtisarlar başlayıb. Zod mədəninin qanunsuz istismarı nəticəsində Ermənistan büdcəsi təkcə 2019-cu ildə 52 milyon ABŞ dolları qazanıb. Yatağı qanunsuz istismar edən GeoProMining şirkəti Ermənistanda 4-cü ən böyük vergi ödəyicisi idi.[4]

Kəlbəcər azad edildi, amma Söyüdlü (Zod) qızıl yatağı...       


Azərbaycanın noyabrın 25-də 27 illik işğaldan azad edilən Kəlbəcər rayonu ərazisində çox sayda filiz yatağı var. Bu yazıda onlardan birindən, Söyüdlü (Ermənistanda adı "Zod" və ya "Sot") yatağından bəhs edəcəyik.
Azərbaycanın rəsmi araşdırmalarına görə, onun ehtiyatlarının təqribən 112 tonu qızılın payına düşür. Ekspertlərin fikrincə, filizdə qızıl tərkibi isə çox yüksəkdir – bir tonda 7.3 qram. Bu, "Anglo Asian Mining"in (AAM) qiymətləndirməsinə görə, Cənubi Qafqaz regionunda ən yüksək göstəricilərdən biridir.
Yatağın tarixi…
Yataq 1951-ci ildə Azərbaycanın Kəlbəcər və Ermənistanın Basarkeçər rayonunun sərhədində kəşf edilib. Onun böyük hissəsinin (qızıl ehtiyatlarının 75 faizi və ya 25 qızıl quyusundan 17-si) Azərbaycan ərazisinə düşdüyü bildirilir. Amma SSRİ Geologiya Nazirliyinin əmri ilə yatağın idarəetməsi Ermənistanın geologiya idarəsinə verilib. Yatağın sənaye istismarına 1976-cı ildən başlandığı,1990-cı illərin əvvəlinə qədər ondan 27.6 ton qızıl çıxarıldığı qeyd edilir.
1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bu yataqda işlər dayandırılıb. Bununla belə, 1997-ci il avqustun 20-də Azərbaycan hökuməti onu "RV Investment" şirkəti ilə imzaladığı ilk uzunmüddətli beynəlxalq qızıl müqaviləsinə daxil edib. Amma Ermənistanın 1992-ci ildə Kəlbəcər rayonunu işğal etməsi ilə əlaqədar həmin şirkətin bu yatağa çıxışı olmayıb.

"Azərbaycan hökuməti və AAM lazımı vaxtda 1997-ci il tarixli məhsul bölgüsü haqqında sazişə (PSA) daxil edilmiş və Azərbaycanın hazırda çıxışı olan rayonlarında yerləşən müqavilə sahələri ilə bağlı planları haqqında bazarı məlumatlandıracaq", - "Anglo Asian Mining" şirkətinin noyabrın 24-də yaydığı məlumatda bildirilir.
"RV Investment"lə sazişə (PSA) Zəngilan rayonunda Veynəli və Ağdərə rayonunda Qızılbulaq yataqları da daxil edilib. Amma məhz Söyüdlü ən dəyərli yataqlardan biri hesab olunur. Ekspertlərin fikrincə, ondakı qızılın aşqarı azdır, onun təmizlənməsi (affinaj) prosesi daha asandır və böyük maliyyə xərci tələb etmir. İndiyədək Kəlbəcər rayonundakı hissə Rusiyanın "GeoProMining" şirkətinin nəzarəti altında idi.
Son günlər yaşananlar...
Rusiya kütləvi informasiya vasitələrində (KİV) noyabrın 27-də yayılan məlumata görə, Ermənistanın Azərbaycanın nəzarəti altına keçən Kəlbəcər rayonu ilə dövlət sərhədi Söyüdlü (Zod) yatağını iki hissəyə bölüb.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçataryan isə jurnalistlərə bunları bildirib: ""GeoProMining" əvvəlcədən təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlər görüb, yolda buraxılış məntəqəsi yerləşdirilib, Azərbaycan hərbiçilərinə isə bunun Rusiyaya məxsus obyekt olduğu barədə xəbərdarlıq edilib".

Noyabrın 26-da sosial şəbəkədə Azərbaycan hərbiçilərinin bu qızıl yatağının ərazisinə daxil olduğunu əks etdirən video yayılıb.
Yataq nə vaxt AAM-in balansına veriləcək?
Noyabrın 26-da axşam saatlarında Ermənistan Müdafiə Nazirliyi bəyan edib ki, Ermənistan və Azərbaycanın nəzarəti altına alınmış Kəlbəcər rayonu arasında sərhədin demarkasiyası (döyüşən dövlətlərin qoşunlarını sülh müqaviləsi, yaxud hər hansı sazişlə daimi sərhədlər müəyyənləşənə qədər ayıran xətt) həyata keçirilir və işlərin bir hissəsi qızıl yatağı zonasından keçir.
Ekspertlərin fikrincə isə, demarkasiya prosesi vaxt tələb edir, hələlik, Söyüdlü yatağının nə vaxt AAM-in balansına veriləcəyini demək çətindir.
Məsələ ilə bağlı, hələlik, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də açıqlama almaq mümkün olmayıb.
Veynəli yatağı
Bir müddət öncə Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan burada yerləşən Veynəli yatağını nəzarətə götürüb.

Deputat Vüqar Bayramovun sözlərinə görə, tərkibində qızıl olan bu yataq kvars-qızıl-sulfid tərkibli geoloji-sənaye tipli quyulara aiddir: "Yataqda 25 qızıl tərkibli kvars quyusu zonası tədqiq edilib, 14, 15, 16, 19, 21 və 24 zonaları üçün C + C2 kateqoriyaları üzrə ehtiyatlar hesablanıb".
O deyib ki, Veynəli yatağı 1959-1962-ci illərdə kəşf edilib, 1984-cü ildə Azərbaycanın mineral resurslar balansına daxil edilib. "Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyasına aid filizlər – 183000 ton, qızıl 2.169 ton. C2 kateqoriyasına aid filiz – 433 min ton, qızıl 4.347 ton. C1 kateqoriyasına aid gümüş – 0.19 ton, C2 kateqoriyasına aid gümüş – 9.9 ton...", - V. Bayramov AZƏRTAC– a müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan biznesmenləri və onların bir sıra xarici tərəfdaşları faktiki olaraq 1992-2020-ci illərdə Azərbaycanın işğal olunmuş ərazilərindəki filiz yataqlarını qanunsuz olaraq talan ediblər.
Xatırlatma
Söyüdlü (Zod) yatağı Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, bu yatağın ehtiyatları 112.5 tondur. Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti bir neçə dəfə Nazirlər Komitəsinə müraciət edərək işğal altındakı ərazilərdə sərvətlərin talanması məsələsinə diqqət yetirilməsini istəyib. Müraciətdə vurğulanıb ki, hələ 1990-1991-ci illərdə dövlət komissiyasının araşdırmaları nəticəsində Kəlbəcərdə üç yataqda təxminən 140 ton qızıl ehtiyatı olduğu üzə çıxıb. Ermənistan 1998-ci ildə Kanadanın "First Dynasty Mines Ltd." şirkəti ilə müqavilə imzalayıb və təkcə Zod yatağından 5 ton qızıl çıxarılıb. Daha sonra həmin yataqların işlənməsi ilə bağlı başqa şirkətlər də fəaliyyət göstərib.
Bu il sentyabrın 27-dən noyabrın 9-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında ağır döyüşlər gedib. Azərbaycan 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, münaqişə tərəfləri hazırda tutduqları mövqelərdə qalırlar. Ağdam rayonu noyabrın 20-də, Kəlbəcər isə noyabrın 25-də Azərbaycana qaytarılıb. Dekabrın 1-dək Laçın rayonunun da Azərbaycana təhvil verilməsi nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Söyüdlü-Zod qızıl yatağının əsl sahibi kimdir?

Hərbi və diplomatik müstəvidə Azərbaycan qarşısında ağır məğlubiyyətə düçar olan Ermənistan indi də hər vəchlə çalışır ki, heç olmasa kiçik də olsa, bəzi əraziləri işğalda saxlaya bilsin. İşğaldan azad edilən bütün torpaqlar, həmçinin bu torpaqlarda yerləşən yeraltı və yerüstü bütün sərvətlərin tək sahibi Azərbaycan Respublikasıdır.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ötən gün Azərbaycanın 250 hərbçisinin Zod-Söyüdlü qızıl mədəninin ərazisinə gələrək, ermənilərin buradan rədd olmasını tələb etməsi haqda danışarkən deyib.

O bildirib ki, Söyüdlü-Zod qızıl yatağının tarixi istismarı ədalətsiz olub:

“Azərbaycanın işğaldan azad edilən Kəlbəcər rayonu ərazisində yerləşən Söyüdlü-Zod qızıl yatağı 1951-ci ildə “Qafqaz qızıl kəşfiyyat” idarəsi tərəfindən aşkar olunmuşdur. Yatağın böyük hissəsinin Kəlbəcər rayonu ərazisində yerləşməsinə baxmayaraq, naməlum səbəblərə görə, kəşfiyyat işləri Ermənistan SSRİ Geologiya İdarəsi və Ermənistan Əlvan Metallurgiya İdarəsi tərəfindən aparılmışdır. Yatağın 23 filiz damarından cəmi 7-sinin Ermənistan ərazisində yerləşməsinə baxmayaraq, keçmiş SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materiallarda və xəritələrdə bilərəkdən saxtakarlığa yol verilmiş, Zod yatağının bütövlükdə Ermənistana aid olması qəbul edilmişdir.

Dövlət Ehtiyatlar Komissiyasında ermənilər tərəfindən təqdim edilmiş geoloji materialların və xəritələrin saxtalaşdırmasının ən yaxşı sübutu SSRİ respublikalarının dövlət sərhədlərini müəyyənləşdirən xəritələrdir. Ümumiyyətlə SSRİ-də 15 respublikanın dövlət sərhədləri dəqiq göstərilir. Məhz bu xəritələrdə Zod yatağının Kəlbəcər rayonu ərazisinə düşdüyü bariz şəkildə görünür.

Bu gün inkişaf etmiş peyk görüntüləri var. Tarixi xəritələrə peyk görüntülərini müqayisə etmək yatağın əsl sahibinin kim olduğunu müəyyən etməyə imkan yaradır”.

Politoloqun sözlərinə görə, dövlətlər arasında bu kimi mübahisəli sərhəd problemlərinin olması normaldır:

“Azərbaycan bir neçə dəfə bu kimi problemlərlə üzləşib. Xüsusilə də Xəzər dənizində mübahisəli neft-qaz yataqlarının birlikdə istifadəsi kimi konstruktiv yanaşmalar sərgiləyərək etibarlı qonşu olduğunu dəfələrlə göstərib. Ermənistanla isə təəssüf ki, belə bir şey etmək mümkün deyil. Ermənistan MN ötən gün xəritə göstərərək, sərhədin bu mədənin düz ortasından keçdiyini sübut etməyə çalışır. Halbuki sərhəd “düz ortadan” keçmir, qızıl yatağı demək olar ki, az istisna ilə bütövlükdə Azərbaycan ərazisindədir. Ölkəmiz də ən xırda güzəştə belə getməyəcək – çünki qarşımızdakı ermənidir”. 

İran Azərbaycanı - qızıl yataqları beşiyi

İranda qızıl istehsalının böyük bir hissəsi Azərbaycan bölgələrindən əldə edilir

Əhalisinin çoxu yoxsulluq içərisində yaşayan İran Azərbaycanının müxtəlif bölgələrində təbii sərvətlər və böyük mədənlər mövcuddur.

Təsnim yarı-rəsmi xəbər agentliyinin məlumatına görə, İranda gələcək iki il ərzində qızıl istehsalı 7 tona çatacaq. Bu miqdardan 6 tonu Qərbi Azərbaycan vilayətində yerləşən Tikantəpənin (Tikab) Zərşuran qızıl mədəni, 700 kiloqramı Şərqi Azərbaycan vilayətinin qızıl mədənləri və 300 kiloqramı Nişabur (Xorasan) bölgəsindən əldə ediləcək. Məlumatda bildirilir ki, İranda külçə qızılın istehsalı 7 tona çatanda Tikantəpənin mədənində istehsal iki dəfə artaraq 6 tona çatacaq.

İki il öncə İranda külçə qızılın istehsalı 4.1 ton idi. Lakin bu bahalı metalın istehsalı İranda sabit olmayıb, hətta bəzi illərdə 1432 kiloqrama düşüb. Ötən ildən bəri külçə qızılın istehsalında artım var və hazırda sözügedən qızıl mədəni ildə 3 ton qızıl istehsal etməkdədir.

Qeyd edək ki, Zərşuran qızıl mədəni Tikantəpə şəhərinin 39 kilometrliyində yerləşir. Bu mədən Yaxın Şərqin ən böyük qızıl mədəni hesab edilir.

İran Azərbaycanında bir çox qızıl mədənləri var. Onlara Ağdərə (Tikantəpə), Daşkəsən (Qurvə), Zərşuran (Tikantəpə), Xarvana (Xarvana) və Əxtərçi ( Ərak) mədənləri daxildir.

Rövşən Novruzoğlu: AMEA-nın əməkdaşı (xüsusi olaraq Yenixeber.org üçün) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam