Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Türkmənbaşı sammitinin geosiyasi aspektləri -TƏHLİL

14 dekabrda Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan liderlərinin iştirakı ilə üçtərəfli sammit baş tutdu. Azərbaycan Türkmənistanla 2017-ci il sazişi ilə strateji tərəfdaş, Türkiyə ilə isə 2021-ci il Şuşa Bəyannaməsi ilə strateji müttəfiqdir.  

Yenixeber.org: Bakı və Aşqabadı mədəni-tarixi faktorlardan başqa oxşar coğrafi şərait birləşdirir. Hər iki tərəfin açıq dənizlərə və okeanlara çıxışı yoxdur. Bu amil tərəfləri fərqli cəhətlər üzrə diplomatiyanı aktivləşdirməyə stimullaşdırır. 30 il ərzində Bakı əsasən Qərb, Aşqabad isə Şərq istiqaməti üzrə əlaqələri inkişaf etdirmişdir. Hazırda əldə edilən nailiyyətlərin, resursların, əlaqə kanallarının mübadiləsi ekzistensial zərurətə çevrilmişdir. Bu Bakı, Aşqabad və Ankaraya iqtisadi mənfəət gətirməklə yanaşı, hər 3 tərəfin siyasi çəkisinin artmasına şərait yaradacaqdır.

 

Türkmənistan Azərbaycan və Türkiyə üçün Mərkəzi Asiyaya açılan iki qapıdan biridir. Son illər tərəflər arasında iqtisadi əlaqələr çox inkişaf etmişdir. 2022-ci ilin ilk 10 ayı ərzində Bakı və Ankara arasında ticarət dövriyyəsi $5 mlrd., Bakı-Aşqabad arasında ticarət dövriyyəsi isə $400 mln. təşkil etmişdir. Qeyd edək ki, keçən illə müqayisədə bu il Bakı və Aşqabad arasında ticarət dövriyyəsi 5 dəfə artmışdır. 

Ticarətin artması logistika infrastrukturunun inkişafını zəruri edir. Hazırda Bakı və Aşqabad Xəzərin əks sahillərində, Ankara isə Aralıq və Qara dənizdə logistika imkanlarını genişləndirir. Bakı-Tbilisi-Qars dəmiryolunun yük ötürmə həcminin 1 mln. tondan 5 mln. tona çatdırılması üçün $100 mln.-dan artıq sərmayə ayrılıb. Dəniz tranzitinin ötürmə gücünün artırılması məqsədilə yeni tanker, bərə və yük gəmilərinin, hava tranziti imkanlarının artırılması məqsədilə isə əlavə 9 yük təyyarəsinin alınması planlaşdırılır. Durmadan artan ticarət ənənəvi marşrutlarla yanaşı yeni nəqliyyat dəhlizlərinin – Zəngəzur dəhlizinin açılmasını aktual edir. Ölkə başçısına görə Azərbaycan artıq Zəngəzur dəhlizinin açılması üçün zəruri olan dəmiryol xəttinin 40%-ni, avtomobil yolunun isə 70%-ni yekunlaşdırıb.

 

Çoxtərəfli əlaqələrdə enerji də vacib əhəmiyyət kəsb edir. Türkmənistan təbii qaz ehtiyatlarına görə dünyada dördüncü yerdədir. Türkmənistan qazının böyük hissəsi Çinə ixrac edilir. 2019-cu ildə Çinin boru kəməri vasitəsilə qaz idxalının 60%-dən çoxu Türkmənistanın payına düşürdü. Bu göstərici ilə Türkmənistan Çinin ən böyük təbii qaz tədarükçüsü idi. Lakin Rusiyanın Çinə enerjini güzəştli qiymətlə satması Türkmənistanın Asiya bazarında mövqelərini zəiflədir. Rusiya öz növbəsində Türkmənistan üçün alternativ bazar deyil. Aşqabad Qərbin ikinci dərəcəli sanksiyalarından ehtiyat edib, Rusiya ilə münasibətləri inkişaf etdirmir. Digər tərəfdən Rusiyanın Qərbə təzyiq məqsədilə Qazaxıstan neftinin nəqlinə bir neçə dəfə mane olması Aşqabadın Moskvaya etibarını azaltmışdır. 

Asiyada qaz qiymətləri aşağı düşdüyü halda avqustda Avropa bazarında bir m3 qazın qiyməti $2700-a çatmışdı. Qış aylarında bu göstəricinin daha yüksək olacağı gözlənilir. Ona görə də Türkmənistanın Avropaya nəzər yetirməsi istər diversifikasiya, istərsə də iqtisadi mənfəət baxımından əhəmiyyətlidir. Çin ilə yanaşı Avropaya da qazın nəqli Türkmənistanın beynəlxalq arenada siyasi çəkisini artırıb, ölkəyə yeni investisiyaların cəlb edilməsinə şərait yarada bilər. Bakı və Ankara Aşqabada bu məsələdə yardım etməyə hazırdır. Tərəflər arasında artıq müəyyən enerji razılaşması mövcuddur. 2021-ci ildə Azərbaycan İran vasitəsilə Tükrmənistandan SVOP şəklində 1,5 milyard kub metr qaz almağı razılaşdırmışdır. Azərbaycan türkmən qazı sayəsində yerli tələbatı ödəyib, Qərb istiqamətində öz ixrac potensialını artırmaq imkanı qazanır. Perspektivdə yeni enerji xəttlərinin çəkilməsi Türkmənistana Azərbaycan və Türkiyə vasitəsilə Avropaya qaz nəql etməyə imkan verəcəkdir. 

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam