Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Putinin ssenarisi və Vardanyan planı -... o zaman Putin tam məqsədinə çatmış olacaq

Yenixeber.org: Dövlət başçısı İlham Əliyev bu günlərdə daha bir açıqlama verdi. Dedi ki, sülh üçün Qarabağda yaşayan erməni vətəndaşlarımızla danışmağa hazırıq, amma Moskvadan konspektlə gələn hansısa vardanyanla yox. Onun bu çıxışı yenə antirusiya mövqeyi kimi başa düşüldü və şərh edildi. Elə həmin günlərdə qulağını cingildətdiyimiz Rusiya milyarderi Ruben Vardanyan erminilərə video müraciət ünvanladı. Onun müraciətindən belə başa düşülürdü ki, Qarabağ erməniləri rəsmi İrəvandan əllərini üzməli və diaspor təşkilatları, sadə ermənilər Qarabağ ermənilərinin taleyi barədə düşünməlidirlər. O, məhz belə deyir: “Ermənistan vətəndaşı, diaspor (nə istəyirsən deyərsən), qarabağlılar təhlükədədir və biz bunu öz biganəliyimizlə ən böyük təhlükəyə çeviririk. Bunu vurğulamaq istəyirəm, üzr istəyirəm, bəlkə də çox emosionalam, amma indiki böhranda dürüst olmağımızı, bir-birimizin gözünün içinə baxmağı və birbaşa danışmağımızı istəyirəm”. 

Vardanyan diaspor və Ermənistan vətəndaşını həmcins üzvlü xitaba çevirməklə, əslində ümumerməni meydanına müraciət etmək və Ermənistan dövlətini bu prosesdən kənara itələmək istəyir. Elə bununla da ilk sual peyda olur: niyə?  

              Rusiya üçün əsas risk 

Kremldə düşünürlər ki, gec-tez İrəvan bu münaqişədən tam olmasa da qismən imtina edə bilər. Bunu danışıqlarda iddiaları minimuma endirərək edə bilər və belə olan halda Kreml münaqişənin diri saxlamaq üçün rıçaqları itirər. Məsələn, Paşinyanın bu yaxınlarda Azərbaycanın ərazi bütövlüyünün dünya tərəfindən tanındığı və Ermənistanın bu məsələni 1996-cı ildən uduzduğunu deməsi bu qəbildən geriçəkilmə və imtina sayıla bilər. Əgər Ermənistan Azərbaycana ərazi iddiası etmirsə, o zaman sülh daha real olur. Sülh reallaşanda isə Rusiyanın bölgədə mövcudluğu riskə düşür. Vardanyan isə bu məsələni ümumerməni müstəvisinə daşımaq istəyir. Məsələn, Fransa Senatında qəbul edilmiş Azərbaycan əleyhinə qətnaməni yaxşı “diaspor işi” adlandlrmaq olar. Belə bir mənasız, amma səs-küylü sənəd də ABŞ-da qəbul olunsa, o zaman Putin tam məqsədinə çatmış olacaq. Aydın görünür ki, ABŞ-da və Fransada olan erməni diaspor təşkilatları periferiyadakı ermənilərin qanı ilə – böyük Ermənistan ideyası ilə – Rusiya üçün ABŞ və Fransaya təzyiq etmək üçün mövcuddur. Yəni Ruben Vardanyan Rusiyanın Qərbdə şəbəkələşdirdiyi erməni diasporu ilə bir komanda kimi oynayır. Burada məqsəd sülhə mane olmaq gücündə olan yeni, dünyada sözü eşidilən “müqavimət” mərkəzi yaratmaqdır. Diasporun belə bir gücü varmı? Təcrübə göstərib ki, bəli var. Bəs nə etməli? 

               İlham Əliyev nə deyir, nə edir? 

İlham Əliyevin yuxarıda xatırlatdığımız fikri, əlbəttə, doğrudur. Amma dərhal da Kremlin aparatından bildirdilər ki, Əliyev, Paşinyan və Putin telefonla danışıblar. Əliyev bunun ardınca dedi ki, Ermənistan kimdir, biz Zəngəzur dəhlizini Rusiya ilə danışırıq. Elə bu an sual yarandı: bəs Əliyev niyə Paşinyanı prosesdən kənarda qoymaq istəyir? Bəs Əliyev niyə Kremlin göndərdiyini lənətləyir, amma Kremllə müzakirələr aparıb, projelər qurmaq istəyir? Bu suallar olduqca maraqlı və Azərbaycanın rəsmi mövqeyi baxımdan açıq suallardır. 

Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam