Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Londonda 42 il həbs cəzası alan dustağın arzusu: Moskvada şampan içmək –Xəyalın gerçəkləşməsi

London məhkəməsi tarixində ən uzunmüddətli azadlıqdan məhrumetmə cəzası ilə bağlı hökm onun üzünə oxunub. Nə az, nə çox - düz 42 il. 39 yaşlı Corc Bleyk bu hökmü dinləyəndə kiçik bir hesablama aparıb, azadlığa hansı yaşda çıxacağını hesablayıb. Nəticə 81 yaş.

Yenixeber.org: O, yaxşı anlayıb ki, ömrü 42 il həbsxana həyatına tab gətirməyəcək. Bleyk onu da yaxşı dərk edib ki, əfv, bağışlanma, kiminləsə dəyişdirilmək ehtimalı da sıfıra bərabərdir. Amma Britaniyada “ən peşəkar kəşfiyyatçı”, SSRİ-də isə “əfsanəvi kəşfiyyatçı” adını qazanan Bleyk ümidlərini üzməyib. Həbsxanaya qədəm qoyduğu ilk gündən qaçmaq planı haqqında düşünüb. Hətta bu planın reallaşmasına o qədər inanıb ki, onunla eyni həbsxanada cəza çəkən sovet kəşfiyyatçısı Konon Molodoya pıçıltılı ilə bu sözləri də deyib: “Biz oktybr inqilabının 50 illik yubileyində Qırmızı meydanda şampan şərabı içəcəyik...”

16286902.jpg (151 KB)

Bəli, onlar 1967-ci ildə SSRİ-nin baş meydanında qədəh qaldırıblar...

1922-ci ildə Niderlandın Rotterdam şəhərində anadan olan Corc Bleykin anası holland, atası isə yəhudi əsilli olub. Atası I dünya müharibəsində Britaniya ordusunda xidmət etdiyindən ona bu ölkənin vətəndaşlığı verilib. 13 yaşında olarkən Bleykin atası vəfat edib. Bu hadisədən sonra anası onu Qahirədə zəngin bank sahibi ilə ailə həyatı quran bacısının yanına göndərib. Bleyk xalasının himayəsi altında Misirdə ən prestijli təhsil ocaqlarında oxuyub, fransız liseyində və ingilis kollecində təhsil alıb. Rus, ingilis, fransız dillərini mükəmməl öyrənib. Misirdə olarkən Bleykdə marksist ideyalara böyük maraq yaranıb. Bu marağı onda xalasının oğlu Anri Kyuriel yaradıb ki, sonralar o, Misirdə Kommunist Partiyasının qurucularından biri olub.

1939-cu ildə Bleyk Niderlanda qayıdıb. II dünya müharibəsinin başlanması ilə onun anası və bacısı İngəltərəyə qaçıblar. Bleyk isə Hiderlandda qalaraq müqavimət hərəkatına qoşulub. Bu ərəfədə onun əsas işi antifaşist vərəqələrin paylanmasından, təbliğat işi aparmasından ibarət olub. Bu fəaliyyətinə görə o, bir neçə dəfə qısamüddətli həbslərə düşüb.

bigpicture_ru_9c8befdf7c61efca99dec6e1d56a6e93.jpg (153 KB)

1943-cü ildə Bleyk İngiltərəyə keçməyə nail olaraq bu ölkədə altı aylıq zabitlər məktəbində təhsil alıb. 1944-cü ildə onu əvvəlcə xüsusi əməliyyatlar idarəsinə (SOE), daha sonra isə Britaniyanın məxfi kəşfiyyat xidməti olan “Mİ6”-ya xidmətə qəbul ediblər.

1948-ci ildə Bleyk “Mİ6”-nın Cənubi Koreyadakı rezidenti təyin edilib. 1950-ci ildə Koreya müharibəsi başlananda Bleyk Cənubi Koreyadakı Britaniya səfirliyinin əməkdaşları ilə Şimali Koreyaya keçiblər. Məhz bu müharibə Bleykin siyasi baxışlarına ciddi təsir göstərib, o, xüsusilə ABŞ və Britaniyanın bu müharibədəki rolunu aqressiya kimi qəbul edərək daxilən kommunist rejiminə daha çox inam və rəğbət bəsləyib. Elə bu rəğbətə görə də o, 1951-ci ildə öz təşəbbüsü ilə Şimali Koreyada SSRİ-nin xüsusi xidmət orqanları ilə əməkdaşlığa girib və bu əməkdaşlığa görə Bleyk heç bir ödəniş tələb etməyib.

TASS_4131654-pic905-895x505-94866.jpg (125 KB)

1953-cü ildə İngəltərəyə qayıdan Bleyk ciddi yoxlamalardan sonra fəaliyyətini “Mİ6”-da texniki əməliyyatlar şöbəsinin rəis müavini vəzifəsində davam etdirib. O cümlədən ikinci fəaliyyətini də, Moskvaya xidmətini də arxa plana salmayıb. Bleykin tutduğu yeni vəzifə ona “Mİ6”-nın xarici ölkələrdə fəaliyyət göstərən bütün rezidentlərinin və agentlərinin danışıqlarına qulaq asmağa imkan verib. O, bu imkanlardan “səmərəli” istifadə edərək Moskvanı ən mühüm informasiyalarla təmin edib.

Bleykin ikibaşlı oyunu 1961-ci ilə qədər davam edib. Həmin il o, Londonda “ikibaşlı” fəaliyyət göstərən polşalı kəşfiyyatçı Mixail Qlenevskinin xəyanətinin qurbanı olaraq həbs edilib. London məhkəməsi Bleyk haqqında 42 il azadlıqdan məhrumetmə hökmü çıxarıb.

700ht_Ble.jpg (144 KB)

Uormvud-Skrabs həbsxanasında məhkumluğunun 5 ilini Bleyk nümunəvi məhbus kimi keçirib, yoqa ilə məşğul olub, mütaliə edib, ərəb dilini öyrənib. Eyni zamanda qaçmaq planı haqqında da hər şeyi bütün incəliklərinə qədər götür-qoy edib. Planı gerçəkləşdirmək üçün içəridə ona etibar etdiyi məhbuslar, çöldə isə tanınmış ingilis rejissoru Toni Riçardson kömək edib. Nəhayət, üçüncü cəhddən sonra yağışlı bir şənbə günündə, 22 oktyabr 1966-cı ildə axşam saatlarında həbsxanada film nümayişi zamanı əvvəlcədən hazırlanmış kəndir nərdivanla Bleyk həbsxana hasarını keçə bilib.

Bleyki faytonun yük yerində Almaniyay (ADR) çatdırıblar. Oradan isə onu Moskvaya göndəriblər.
DTK Bleyki doğma bir adam kimi qarşılayıb. Ona Moskvada mənzil, şəhər ətrafında bağ evi veriblər. SSRİ vətəndaşlığını alan Bleyk “Georgi İvanoviç Bexter” adı ilə DTK-da polkovnik rütbəsində məsləhətçi vəzifəsində işləyib, Xarici Kəşfiyyat Akademiyasında mühazirələr oxuyub. O, SSRİ-nin ən yüksək orden və medalları ilə təltif olunub, o cümlədən “Lenin” ordeninə də layiq görülüb.

1990-cı illərdə Bleykin bir neçə kitabı işıq üzü görüb və böyük populyarlıq qazanıb.

Блейк_Джордж.jpg (106 KB)

2012-ci ildə 90 illik yubileyi, 2020-ci ildə 98 yaşının tamam olması münasibətilə Vladimir Putin ona təbrik ünvanlayıb, Bleyki istənilən situasiyalarda qarşısına qoyulan vəzifələri uğurla icra etməyi bacaran kəşfiyyatçı kimi xarakterizə edib.

Bleyk ömrünün sonuna qədər Moskvada yaşayıb. O, 2020-ci il dekabrın 26-da 98 yaşında vəfat edib. Kəşfiyyatçı hərbi şərəflə Troekurovsk qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam