Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Faciəyə dönən sevinc, yoxa çıxan 200 kənd, tarixin ən ölümcül çovğunu-İki ton çörəyə yaxın duran olmadı, hamı ölmüşdü...

Yaşlı adamlar 1972-ci il qışının Azərbaycanda da soyuq və qarlı keçdiyini söyləyirlər. Bəzi mənbələrdə soyuq hava kütləsinin məhz Azərbaycandan keçərək İrana daxil olduğu bildirilir.

Yenixeber.org: Çovğundan əvvəlki 13 il İranda quraq keçmişdi. Buna görə də 1972-ci il fevralın 3-də qar yağmağa başlayanda hamı bunu məmnunluqla qarşıladı. Belə hallarda, həmişə olduğu kimi, qar örtüyünün torpağın məhsuldarlığına müsbət təsir edəcəyi gözlənilirdi. Üstəlik, qar adətən İranın təkcə şimal və şimal-qərb ərazilərində yağdığı halda, indi mərkəz və hətta cənubda da yağırdı. Burada yaşayan hətta yaşlı sakinlər ilk dəfə qar görürdülər. Uşaqlar isə sevincək küçələrə qaçdılar. 

Amma çox tezliklə sevinc narahatlıqla əvəz olundu. Qar çox bərk yağırdı, qar örtüyü saatbasaat artırdı və artıq problemlər yaradırdı. Havalar bərk soyudu. Maşınlar yollarda qaldı. Xüsusən uzaq məsafələrə yük daşıyan maşınların və şəhərlərarası avtobusların sürücüləri və sərnişinləri ciddi çətinliklə üzləşdilər.

Amma bu, fəlakətin yalnız başlanğıcı idi. İranı tarixdə görünməyən bir çovğun gözləyirdi. Qar dayanmadan bir həftə, 3-9 fevral tarixində yağdı, həm də çox güclü yağdı. İranın şimalında qar örtüyü 3 metrə çatdı. Amma qəribə də olsa, adətən isti iqlimi ilə seçilən cənubda vəziyyət daha acınacaqlı idi. Burada qarın hündürlüyü bəzi yerlərdə 8 metrə çatırdı. 

Əvvəlcə İranın mərkəzində yerləşən Şəhrikürddə -27 dərəcə şaxta kimi rekord göstərici qeydə alındı. Bir neçə gün sonra isə Xəzər dənizindən cənubda yerləşən Firuzkuh şəhərində -36 dərəcə, Xorasanda -37 dərəcə şaxta qeydə alındı.  Digər ərazilərdə -6-20 dərəcə şaxta var idi. 

Qarın ən hündür olduğu yerlərdən biri İranın mərkəzində yerləşən Ərdəkan şəhəri və ətrafı idi. Halbuki bu yerlər özünün quraq və isti iqlimi ilə seçilirdi. Burada yaşayan insanların heç normal qış geyimi olmurdu.

Xeyli sayda yaşayış məntəqələri ilə əlaqələr kəsildi. Həm də təkcə nəqliyyat əlaqələri deyil, hər hansı bir rabitə kəsildi, çünki qar bütün rabitə xətlərini sıradan çıxardı. Fəlakətin miqyası və geniş ərazini əhatə etməsi hökuməti çarəsiz durumda buraxdı. Görünüş məsafəsinin sıfıra bərabər olması hətta helikopterlərlə ərzaq tullamağa da imkan vermirdi. Özünün dağlıq relyefi ilə seçilən İran Azərbaycanında xüsusilə ciddi kommunikasiya problemləri yaşandı.

İnsanlar qızınmaq üçün əllərinə keçəni yandırırdılar. Yeməyə bir şey tapmayan yırtıcı heyvanlar yaşayış məntəqələrinə üz tuturdular. Çovğun İranın faunasına da ciddi zərər vurdu, çoxlu sayda heyvanlar öldü. 

Faciə nəticəsində İranın 200 kəndinin yer üzündən silindiyi söylənilir. İran-Türkiyə sərhədi yaxınlığında yerləşən Şeklab kəndində yaşayan 100 sakinin hamısı öldü. Fevralın 10-da hava bir qədər mülayimləşəndə hərbçilər bu kənddə xilasetmə əməliyyatı aparmağa cəhd göstərdilər, amma qar altından yalnız 18 cəsəd çıxara bildilər. Ertəsi gün havanın yenidən pisləşməsi səbəbindən işlər dayandırıldı. Yalnız ətrafa iki ton çörək və xurma buraxıldı, amma onlara kimsə toxunmadı, çünki sağ qalan yox idi. 

Ümumən çovğun nəticəsində 4 mindən çox adamın öldüyü iddia olunur. Amma bu, fəlakətin sonu deyildi. Havalar istiləşəndə nəhəng qar kütləsinin əriməsi daşqınlara səbəb oldu. Üstəlik, qrip epidemiyası yayıldı. Onların üzündən nə qədər adam ölməsi isə məlum deyil. 

1972-ci ildə İranda baş verən çovğun bəşər tarixində qeydə alınan ən güclü və ən ölümcül çovğun sayılır.

Yadigar Sadıqlı 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam