Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Feyziyev qalmaqalı:prokurorluq və parlament niyə susur?

          "Deputatın toxunulmazlığının qaldrılması ilə bağlı Milli Məclisə müraciət edilməlidir"

Yenixeber.org: Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan parlamentinin üzvü Cavanşir Feyziyevə məxsus bank hesablarındakı 20,5 milyon dollara həbs qoya bilər. Agentlikdən yayılan açıqlamada bildirilir ki, sözügedən vəsaitlər “çirkli pullardır” və Azərbaycandan köçürülüb. Bildirildiyinə görə, bu vəsaitlərin bir hissəsi Böyük Britaniyanın investisiya vizası proqramına yatırılıb.

Cavanşir Feyziyev mətbuata verdiyi açıqlamada bildirib ki, 2017-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya hesabatı layihəsində dərc olunmuş məlum məqalə ilə bağlı belə bir araşdırma başlanılıb və mülki iş açılıb: “Yeni qanuna görə, İngiltərəyə daxil olmuş bütün vəsaitlərin mənbəyi bir daha yoxlanılmalıdır və biz də bunu normal hal kimi qəbul edirik”. 

Amma deputat Azərbaycan ictimaiyyətinə qazandığı sərvətin mənbəyi ilə bağlı heç bir məlumat verməyib. Bununla yanaşı, hüquq mühafizə orqanları, Milli Məclis də bu qalmaqalın üstündən sükutla keçib. Qeyd edək ki, bu gün parlamentin sessiyası keçirilib bə Prezidentin təşəbbüsü ilə göndərilmiş Amnistiya Aktı qəbul edilib. Amma qanunverici orqan öz üzvünün adı keçən maliyyə qalmaqalına münasibət bildirməyə ehtiyac görməyib. 

Əslində, millət vəkili tərəfindən ölkədən milyonlarla dolların çıxarılmasına hansı reaksiya verilməli idi? Azərbaycan qanunverciliyinin tələbi nədən ibarətdir?

Hüquqşünas Ələsgər Məmmədli bildirib ki, mövcud qanunvericilikdə deputatların məşğul ola biləcəyi və bilməyəcəyi fəaliyyət növləri göstərilir: “Şəxs deputat seçildikdən sonra elmi yaradıcılıq istisna olmaqla, ödənişli fəaliyyətlərlə məşğul ola bilməz, bu, qadağandır. Biznes sahəsi də deputat səlahiyyətləri ilə üst-üstə düşmür. Bu, həm də etik məsuliyyət yaradır. 2016-cı ildə keçirilmiş referendumla Konstitusiyanın 89-cu maddəsinə dəyişiklik edilib, oraya həm də etik məsuliyyətə görə deputatlıq səlahiyyətinə son verilməsi məsələsi salınıb”.  

Hüquqşünas qeyd edib ki, deputatın adı belə böyük qalmaqala qarşıbsa, hər şeydən əvvəl hadisənin hüquqi tərəfləri araşdırlmalıdır: “Həmin vəsaitlərin ölkədən necə, hansı yollarla çıxarılması korrupsiyaya qarşı mübarizə qanunvericiliyi çərçivəsində xüsusi araşdırılacaq məsələdir. Əgər söhbət xarici ölkəyə aparılmış 20 milyon dollardan, bu qədər böyük bir məbləğdən gedirsə, əlbəttə, onu cibə qoyub çıxarmaq mümkün deyil. Şübhəsiz ki, burada böyük əməkdaşlıq qurulub. Mövcud qanunvericiliyimizə baxdıqda belə böyük pulların ölkədən bu formada çıxarılması mümkün görünmür. Prokurorluq orqanları Cavanşir Feyziyevin toxunulmazlığının qaldırılması ilə bağlı Milli Məclisə müraciət edib, araşdırmalara başlamalıdırlar”. 

Ələsgər Məmmədli sözügedən qalmaqalın deputatın etik davranış qaydalarına da zidd olduğunu vurğulayıb. Hüquqşünas hesab edir ki, onun mandatının ləğv olunması məsələsi gündəmə gətirilə bilər: “Həm qanunvercilikdə, həm də Milli Məclisin daxili nizamnaməsində bu tələb var. Bu məsələ hökmən parlamentdə müzakirə olunmalıdır. Ola bilməz ki, biz ölkəyə investisiya qoymaq üçün çağırışlar edək, hətta ölkə başçısı səviyyəsində xarici investorlar dəvət olunsun, amma uzun müddət deputat olan səlahiyyətli şəxs ölkədən milyonlarla vəsaiti çıxarıb aparsın. Bu vəsaitlərin legitimliyi təsdiq olunmur, vergi orqanlarına ödədiyi vergilərə dair bir məlumat, mal bəyanı yoxdur”. 

Ə. Məmmədli xatırladır ki, həmin şəxs deputat seçilərkən MSK-ya mal bəyanında bulunur. “Əminəm ki, həmin bəyanla indi otaya çıxan sərvət arasında ciddi uyğunsuzluq var. Bu istiqamətdə də doğru-dürüst araşdırma aparılıb, cəmiyyətə məlumat verilməlidir. Çünki  deputatın ölkədən milyonlar çıxarması sıradan bir hadisə deyil”,-deyə ekspert vurğulayıb. 

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə bildirir ki, Tier 1 (İnvestor) tipli bu vizanı ölkə iqtisadiyyatına 2,5 milyon dollar məbləğində investisiya qoymağa hazır olan investorlar əldə edə bilərlər. Onun sözlərinə görə, bu viza, ölkədə qalıb yaşamaq icazəsini almaq istəyən şəxslər üçün əlavə fürsət yaradır:

“Əslində ölkəmizdə deputatların böyük əksəriyyəti açıq-aşkar bizneslə məşğuldur. Kimin hansı biznesi, hansı obyektləri olması da məlumdur və vaxtaşırı siyahıları da mediada dərc olunur. Görünür, indi də sadəcə Cavanşir Feyziyev üçün hesabat məqamı yetişib”.

O. Gündüz məsələnin başqa tərəflərinə diqqət çəkir:

“Zaman-zaman məsələ qaldırırq ki, nə üçün bizdə investisiya mühiti inkişaf etmir, startapların maliyyələşməsi üçün mənbələr tapılmır. Ölkədə investisiya ala bilməyən startaplar regional və qlobal bazarlara üz tutaraq, investisiya əldə edirlər. Maraqlıdır ki, investisiya mühiti üçün normativ-hüquqi bazanı yaratmalı olanlardan biri də elə Cavanşir Feyziyevdi. Səhv eləmirəmsə, 10 ildir deputatdır. Dəfələrlə səsləndirilməsinə, təkliflər verilməsinə baxmayaraq, 10 ildə cəmi 10 maddədən ibarət olan Vençur maliyyələşmə və Vençur Fondlar haqqında qanun qəbul edilməyib. Bu qanun həm də xarici investisiyaların ölkəmizə cəlb olunmasında mühüm rol oynayır. Belə görünür ki, deputatımız daxildə investisiya mühiti yaratmaq vəzifəsini icra etmək əvəzinə daha çox xaricə investisiya yatırmağa üstünlük verib”.

Ekspert əlavə edir ki, ingilislər 2.5 milyon dolların qarşılığında oturum veriblər. 

“İndi bu vəsait və biznesə yatırılanlar həbs təhlükəsi qarşısındadır. Təcrübə göstərir ki, adətən ingilislər çirkli hesab olunan pulları aid olduğu ölkəyə qaytarmaqda maraqlı deyillər. Odur ki, biz də Cavanşir müəllimə və hökumətimizə təklif veririk ki, həmin vəsaiti ingilislərə verməkdənsə elə indidən cəld tərpənib, ölkəmizdə bir Vençur Fondu yaradılaraq, ora yönəldilsin. Ümid edirəm, hökumətimiz də Cavanşir Feyziyevin ekosistemin və innovasiyaların inkişafına verdiyi töhfəni nəzərə alaraq, mandat və toxunulmazlıq məsələsində də güzəştə gedə bilər”, – deyə O. Gündüz vurğulayıb.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam