Baydenin və ABŞ-ın maraqları...
Co Bayden öz şəxsi maraqlarını ABŞ-nın dövlət maraqlarından üstün tutur
Yenixeber.org: Güclü erməni diasporunun fitvasına gedən, öz şəxsi maraqlarını rəhbərlik etdiyi dövlətin maraqlarından üstün tutan ABŞ prezidenti Co.Bayden 24 apreldə, tarixdə heç vaxt baş verməyən qondarma “erməni soyqrımı”nı tanıdığını bəyan etməklə beynəlxalq aləmdə ABŞ-ın imicinə cidii xələl gətirməklə yanaşı bir daha ənənəvi türk dümənçiliyini nümayiş etdirmiş oldu. Amma Türkiyə və Azərbaycan Prezidentlərinin Co.Baydenin bu üzdəniraq bəyanatına sərt reaksiya verməsi deyəsən “qızğın başlara soyuq su səpiləcəyini” çox gözlətmədi. Belə ki, ABŞ-ın Ermənistandakı səfiri Linn Tresysin erməniləri məyus edərək deyib ki: “ABŞ prezidenti Co Baydenin tərəfindən ”erməni soyqırımı"nın tanınmasının heç bir hüquqi nəticəsi olmayacaq. “Erməni soyqırımı” 1915-ci ildə baş verdiyi, “Soyqırımı Konvensiyası” isə 1951-ci ildə qəbul edildiyi üçün qanuni baxımdan konvensiyanın geriyə qüvvəsi ola bilməz. ABŞ-la Türkiyə arasındakı münasibətlərə gəlincə, bu ölkə NATO içərisində bizim önəmli müttəfiqimizdir. Ancaq Bayden administrasiyası iki ölkə arasındakı fikir ayrılıqlarının effektiv şəkildə həll edilməli olduğunu çox açıq şəkildə bildirib".
ABŞ rəsmisinin bu açıqlaması daldan atılan daşa, “uşaq başı aldatmağa” bənzəyir. Ancaq Co Baydenin bu açıqlamasından məmnun olan ermənilər hələ də anlamırlar ki, bu onların xeyrinə yox, daha çox ziyanlarına işləyən bədnam hadisədir. Hər şeydən göründüyü kimi, ermənilər hələ də, 44 günlik acı məğlubiyyətdən nəticə çıxarmayıblar, regionda yaranan yeni reallıqları dərk etmirlər, öz toplumunun (onları xalq adlandırmaq böyük yanlışlıq olardı), ölkələrinin gələcək inkişafı barədə deyil, uydurduqları və yanız özlərinin inandıqları keçmişləri ilə yaşayırlar. Bu bədbəxt toplum hələ də başa düşmür ki, türk düşmənlərinin regionda siyasi maraqlarının təmin edilməsi üçün onların əlində ələt olaraq qalmaqdadırlar. Ermənilər dərk etmirlər ki, Co Baydenin bu uzdəniraq bəyanatı regionda gərginliyin davam etməsinə hesablanıb və belə olacağı təqdirdə özlərini tam iflas gözləyir.
Ermənistandan fərqli olaraq Azərbaycan təmamilə fərqli, gələcəyə, inkişafa istiqamətlənmiş yol tutub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 aprel 2021-ci ildə BMT-nın Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sesiiyasında etdiyi çıxışında bildirib ki: “Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır...Müəyyən olunmuş milli prioritetlər ölkənin dayanıqlı inkişfını təmin edəcəkdir”. Ermənilərdən fərqli olaraq Azərbaycanın keçmişə deyil, gələcəyə baxdığını açıq şəkildə bəyn edən Prezident İlham Əliyev çıxışına davam edərək qeyd etmişdir ki:”Növbəti on il üçün sosial-iqtisadi inkişafla bağlı müəyyən olunmuş milli prioritetlərə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” da daxildir”
Bir məqama da diqqət yetirməyi məqsədəuyğun hesab edirəm. Bəziləri, xüsusilə də ermənilər və onların havadarları hesab edirlər ki, Co Baydenin “soyqrım” bəyanatı Türkiyənin əleyhinə, ermənilərin və regionda siyasi maraqları olan türk düşmənlərinin lehinə işləyəcək. Ancaq yanılırlar! Əksinə, bu “bəyanat” Türkiyənin beynəlxalq nüfuzunun artmasına, onun daha ciddi müstəqil siyasət yürütməsinə, Türkiyə-Azərbaycan qardaşlığının, Türkiyənin Cənubi Qafqazda rolunun daha da möhkəmlənməsinə, ermənilərin isə daha çox təcrid vəziyyətinə düşməsinə təkan verəcəkdir. Ermənilərə bu reallıqları dərk etməyi və düzgün nəticə çığarmağı tövsiyə edərdim!
Teyyub Qənioğlu: xüsusi olaraq yenixeber.org üçün