Redaktor seçimi
Füzulidə Şükürovlar sülaləsi səhiyyə müəssisəsini əxlaqsız yuvasına çeviriblər-
Ürəyində Fətullah Gülən sevgisi olan Qorxmaz Hüseynovu hansı cəza gözləyir?-
Müdafiə Nazirliyində YENİ “BAZAR
Qorxmaz Hüseynov haqqında qorxunc iddialar…-
Səfər Mehdiyevin gömrük imperiyası: 121 qohum dövlət içində dövlət qurub-
İnvestAZ-ın baş direktorunun Türkiyədə Borsagundem.com-u qaralama cəhdi baş tutmadı-
Emin Əmrullayevin nəzərinə: 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində dövlətin pulu belə hesablanır-
11-saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsində
Günün xəbəri

“Minsk Qrupu “quyruğun” kəsilməsinə vasitəçilik edə bilər”-ŞƏRH

  

Politoloq: “Beynəlxalq qüvvələrin əlində alətə çevrilən nankor ermənilərə bir daha status vermək fikrində deyilik”

Yenixeber.org: Ötən həftə ATƏT Minsk Qrupunun həmsədrləri Qarabağda bağlı bəyanat yaydılar. Bu, İkinci Qarabağ müharibəsindən sonra həmsədrlərin ciddi bəyanatı kimi qəbul olunur. Sənəddə həmsədrlər Qarabağ məsələsi ilə bağlı tərəfləri yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırıblar. Atəşkəsin möhkəmlənməsindən məmnuniyyətini bildirirən diplomatlar - İqor Popov, Stefan Viskonti və Endryu Şofer qeyd ediblər ki, tərəflərin 10 noyabr 2020-ci il tarixində əldə etdikləri razılaşmanın icrasını yaxından izləyirlər.

 

“Həmsədrlər meyitlərin qaytarılması, münaqişə nəticəsində köçkün düşənlərin yenidən məskunlaşması, humanitar yardımın göstərilməsi və adekvat yaşayış şəraiti, habelə bölgədə nəqliyyat və rabitə xətlərinin blokdan çıxarılmasına yönəlmiş konstruktiv müzakirələrlə bağlı davamlı irəliləyişləri alqışlayırlar. Hələ də həll olunmayan məsələlərin həlli və uzunmüddətli sülh üçün əlverişli qarşılıqlı etimad atmosferinin yaradılması üçün əlavə səylər tələb olunur. Bunlara müharibə əsirlərinin və digər məhbusların beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq geri qaytarılması, münaqişə bölgələrinin təsirli minalardan təmizlənməsi üçün lazımi bütün məlumatların mübadiləsi, beynəlxalq humanitar təşkilatların nümayəndələri daxil olmaqla Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin götürülməsi, dini və mədəni irsin qorunması və mühafizəsi, münaqişədən zərər çəkmiş icmalar və digər xalqlar arasında etimad qurulması ilə bağlı məsələlər daxildir”, - deyə diplomatların bəyanatında vurğulanıb.

 

Bununla yanaşı bildirilib ki, ATƏT mandatlarının şərtlərini və bütün bölgə xalqının sabit, dinc və firavan bir gələcəyə olan istəklərini nəzərə alaraq, tərəflərin yaxşı tanıdığı prinsiplər əsasında yekun hərtərəfli və davamlı nizamlanmanın əldə edilməsinə xüsusi diqqət yetirilməlidir: “Tərəfləri həmsədrlərin müşahidəsi altında ən yaxın fürsətdə yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırırıq”.

 

Diplomatlar yaydıqları sənəddə eyni zamanda, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətinin davam etdirilməsini, özlərinin qiymətləndirmə və vasitəçilik missiyalarını yerinə yetirmək üçün Dağlıq Qarabağ və ətraf bölgələr daxil olmaqla bölgəyə işgüzar səfərlərin bərpa edilməsini istəyiblər.

 

Görünən odur ki, Minsk Qrupu yenidən prosesdə iştirak etmək, bölgəyə mütəmadi səfərlər təşkil etmək, öz təkliflərini vermək niyyətindədir. Bəs, tərəflər buna razıdırmı? Xüsusən də, Azərbaycan. Çünki Ermənistan həmsədrlərin prosesə qoşulmasını hələ müharibə aktiv fazada olduğu zaman istəyirdi. Ona görə ki, həmsərdlərin bir çox təklifləri adətən rəsmi İrəvanın maraqları ilə səsləşir. Qaldı ki, Azərbaycan – rəsmi Bakı Minsk Qrupunun prosesdə iştirakına o qədər də isti yanaşmır. Bu, ölkə rəhbərliyi səviyyəsində verilən açıqlamalarda da özünü göstərir.

 

Diplomatların son bəyanatına Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) rəsmi şəkildə reaksiya verib. XİN qeyd edib ki, həmsədlərin bəyanatının əksər hissəsi yeni postmünaqişə dövrü üçün ən mühüm məsələlərə deyil, daha çox bir sıra digər fikir və elementlərə həsr olunub. Rəsmi Bakının açıqlamasında konkret olaraq vurğulanıb ki, Vətən müharibəsində əldə olunmuş qələbə nəticəsində yaranmış reallıqda Azərbaycan tərəfinin mövqeyi bəllidir.

 

“Bizim prioritetlərimiz sırasına 30 il ərzində davam etmiş münaqişənin təsirinə məruz qalmış ərazilərimizin bərpası, yenidən qurulması və yenidən inteqrasiyası, bu proses nəticəsində və münaqişənin təsirinə məruz qalmış bütün ərazilərində bərpa ediləcək Azərbaycan Respublikasının konstitusion qaydası çərçivəsində həmin ərazilərdə məskunlaşmış bütün, o cümlədən erməni əsilli Azərbaycan vətəndaşlarının etnik və dini və ya digər hər hansı mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqluluğunun təmin edilməsi daxildir. Eyni zamanda münaqişənin həlli Azərbaycanla Ermənistan arasında dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında normal əlaqələrin qurulması üçün perspektiv yaradır. Ümid edirik ki, həmsədrlər Azərbaycan Prezidentinin çağırışına uyğun olaraq özlərinin yaranmış yeni vəziyyətdə sülhün möhkəmlənməsi istiqamətində mümkün rollarına dair təkliflərini müəyyən edəcək və təqdim edəcəklər”, - deyə Azərbaycan XİN vurğulayıb.

 

Minsk Qrupunun son bəyanatını, proseslərə yenidən qatılmaq istəyinin səbəblərini saytımıza şərh edən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, münaqişələrin tənzimlənməsinə vasitəçilik beynəlxalq birlik üçün xeyirli mənfəət deməkdir:

 

- Bu, xeyirli bir biznesdir. Hər bir böyük dövlət istəyir ki, dünyanın müxtəlif münaqişə bölgələrində tərəflər arasında vasitəçi olsun. Həmin dövlətlər milli maraqlarını həmin bölgələrdə qorumaq, dividend qazanmağa can atır. ABŞ, Rusiya, Fransa da arzulayır ki, ermənilərlə azərbaycanlılar mümkün qədər uzun müddət düşmən qalsınlar, barışmasınlar, münaqişə davam etsin. Bunlar da gəlsinlər, xalqları barışdırmaq istiqamətində işlədiklərini desinlər. Boynumuza da minnət qoysunlar və öz şirkətləri üçün nələrsə istəsinlər, nələrsə qoparsınlar. Bu, vasitəçiliyin sadə mexanizmidir. Çox nadir ölkələr olur ki, vasitəçilikdə səmimilik göstərə bilir. Məsələn, İsveçin dövlət başçısı vasitəçilik missiyası həyata keçirmək istəsə, onun səmimiyyətinə inanmaq olar. Çünki ölkəsinin qlobal miqyasda iddiası, marağı yoxdur, həqiqətən də xalqları barışdırmaq istəyər. Amma o zaman da ABŞ, Fransa, Rusiya kimi dövlətlər gəlib İsveçi kənara itələyir, özlərini soxur və deyirlər: “Vasitəçi bizik!”.

 

Yəni Minsk Qrupu biznesin batmasını istəmir...

 

- Baxın, Qarabağ münaqişəsi 75 faiz öz həllini tapıb. Yerdə qalan 25 faizdir ki, bu da azərbaycanlılarla ermənilərin barışmasıdır. Əlbəttə, bu barışıqda Minsk Qrupu vasitəçi ola bilər. Yenə deyirəm, həmsədrlər istəmirlər ki, arxivə getsinlər. Niyyətləri odur ki, prosesdə iştirak etsinlər, üzdə qalsınlar və təbii, mənfəət götürə bilsinlər. Diplomatların son bəyanatı ziyanlı deyil. O mənada ki, humanitar məsələlər nəzərdə tutulub. Minalardan təmizlənmə, minaların xəritəsi məsələsi münaqişənin həllinə xidmət edir. Azərbaycanda olan erməni terrorçuların qaytarılmasına eyham vurulur ki, bu da humanitar məqsədli çağırışdır. Qaldı ki, bundan sonra Minsk Qrupunun fəaliyyəti nədən ibarət ola bilər? Azərbaycan hakimiyyəti təklif edə bilər ki, Qarabağın azad edilməmiş hissəsində qalan ermənilərlə azərbaycanlıların barışması üçün diplomatlar əllərindən gələni etsinlər. Digər yandan, diplomatlar öz dövlətlərinə təklif etsinlər ki, xaraba qalmış Qarabağın bərpası üçün müəyyən vəsait ayırsınlar. Təcavüzkar Ermənistana Qərb dövlətləri bir milyard, Rusiya iki milyard xərc çəkmişdi. İndi zəhmət çəksinlər, bir neçə milyard da ermənilərin viran qoyduğu Qarabağın bərpa edilməsinə ayırsınlar. Bu da onların sülhə xidməti olsun.

 

- Sizcə, bunu edəcəklərmi?

 

- Edəcəklərmi yox, istəyərlərmi? Əlbəttə, bu maliyyəni ayırmağa imkanları var. Amma istəkləri olub-olmadığını təklif edilərsə, biləcəyik.

 

- Belə fikirlər var ki, Minsk Qrupunun üzvləri olan ABŞ və Fransa prosesə ona görə qoşulmaq istəyir ki, münaqişəyə təkcə Rusiya hakim olmasın...

 

- Bəli, bu da səbəblərdən biridir. Yenə deyirəm, münaqişə bir biznesdir. Bu biznesdən təkcə Rusiyanın faydalanmasını ABŞ və Rusiya istəmir.

 

- Rəsmi Bakının həmsədrlərin prosesə qoşulması barədə şərti var. Ölkə rəhbərliyi səviyyəsində bildirilib ki, Minsk Qrupu yerdə qalan məsələlərin həllində vasitəçi olmaq istəyirsə, o zaman əvvəlki kimi yox, daha real nəticə əldə ediləcək fəaliyyət göstərməlidir.

 

- Təbii ki, rəsmi Bakı bu mövqeyi göstərməlidir və məncə, düzgün siyasətdir. Münaqişə prinsip etibarilə həll olunubsa, yerdə xırda məsələlər qalıb. Yəni ki, soyulub-soyulub, “quyruq” qalıb. O “quyruğun” kəsilməsinə Minsk Qrupu vasitəçilik edə bilər. Bu, ermənilərlə azərbaycanlılar arasında qarşılıqlı etimadın yaradılması məsələsidir. Başqa həll ediləcək nə qalıb ki?! Onların təklif etdiyi Madrid prinsipləri həyata keçib – həm də onların səyi ilə yox, Azərbaycan Ordusunun gücü, Türkiyənin dəstəyi ilə. Bakı həmsədrləri tamamilə inkar etmir, amma istəyir ki, gerçəkçi olsunlar. Həll edilməmiş məsələlərin həllində vasitəçilik etsinlər.

 

- Minsk Qrupu prosesə qoşulsa, bizim nəzarətimizdə olmayan, hazırda ermənilərin yaşadığı hissəyə statusun verilməsini yenidən gündəmə gətirə bilərlərmi?

 

- Onlar çox şey deyə bilərlər. Həmsədrlər də, Ermənistan da yenə status məsələsini qabardır. Amma Azərbaycanın mövqeyi qətidir – heç bir status olmayacaq. Bu, Azərbaycan tərəfindən ən yüksək səviyyədə səsləndirilib. Status məsələsi Azərbaycanın suverenliyinin beynəlxalq hərraca çıxarılması deməkdir. Biz bir daha nankor ermənilərə, beynəlxalq qüvvələrin əlində alətə çevrilən dəyyus ermənilərə status vermək fikrində deyilik.(ayna)

шаблоны для dle 11.2

Yeni xəbərlər

Reklam

Reklam

{sape_links}{sape_article}