Dövlət qurumlarının informasiya resurslarındakı nöqsanlar-PROBLEM
Yenixeber.org: Ümumilikdə dövlət orqanlarının saytları informasiya açıqlığının tələblərinə əməl edirlər, lakin bununla yanaşı, bir qayda olaraq, maliyyə şəffaflığı barədə məlumatlar yoxdur.
Bundan əlavə, dövlət strukturları jurnalistlərin sorğularına yalnız üç haldan birində cavab verirlər.
“Dövlət qurumlarının informasiya açıqlığı və informasiyaya çatımlığın vəziyyəti" adlı araşdırmanın nəticələri belədir. Sənəd dövlət qurumlarının, o cümlədən 81 mərkəzi icra hakimiyyəti orqanının 170-dən çox saytının 10 aylıq monitorinqinin nəticələrinə əsasən hazırlanıb.
Layihənin rəhbəri, hüquq sahəsində ekspert Ələsgər Məmmədli yanvarın 22–də ZOOM konfransında bildirib ki, layihə Qara Dəniz Regional Əməkdaşlıq Təşkilatının dəstəyilə Marşal Fondu tərəfindən həyata keçirilib.
Monitorinqin nəticələrini politoloq Nəsimi Məmmədli açıqlayıb. Qiymətləndirmə "İnformasiya əldə edilməsi haqqında" qanuna və digər hüquqi aktlara uyğun olaraq 13 parametr və 59 meyar üzrə aparılıb.
Dövlət orqanlarının İnternet- resursları bir qayda olaraq, normalara uyğundur. Saytların əksəriyyəti geniş məlumatı ehtiva edir. Saytların texniki imkanları və funksionallığı da qənaətbəxşdir.
Lakin qurum rəhbərlərinin, onların müavinlərinin və struktur bölmələrinin rəhbərlərinin tarif dərəcəsinin qüvvədə olduğu struktur bölmələrin səlahiyyətləri, cari normativ (normativ) layihələrin, büdcənin və onun icrasının müzakirəsində vətəndaşların iştirak şərtləri, büdcədənkənar gəlirlərin istifadəsi, tenderlər, müsabiqələr, dövlət proqramları və Dövlət satınalmaları haqqında məlumatlar yoxdur.
Xüsusilə, struktur bölmələrinin səlahiyyət çərçivələri, rəhbərlərin, onun müavinləri və struktur bölmələri rəhbər işçilərinin mövcud tarif stavkası, dövlət qurumunun cari norma- (qayda) yaratma layihələrinin müzakirəsində vətəndaşların iştirak şərtləri, qurumların büdcəsi və onun icrası haqqında məlumat, büdcədənkənar daxilolmalar və onların istiqamətləri barədə informasiyalar, tenderlər, müsabiqələr, dövlət proqramları, dövlət satınalmaları haqqında məlumatlar habelə, tender və yarışmaların nəticələri ilə bağlı mübahisələrin həlli qaydaları o cümlədən bütün mümkün struktur bölmələrinin rəhbərləri haqqında bioqrafik bilgilər, işə qəbulla bağlı komissiyalar haqqında bilgilər əsasən defsit məlumatlar kateqoriyasına aiddir. İctimai informasiya subyektlərinin informasiya xidmətlərinin fəaliyyəti qənaətbəxş deyil.
Xüsusilə, saytların elektron qaydada informasiya əldə etmək üçün platformaları qanunvericiliyini tələblərinə uyğun formalaşdırılmayıb, demək olar ki, böyük əksəriyyət dövlət qurumu saytlarında müraciətlə informasiya sorğusu fərqli məsələlər olmasına baxmayaraq, ya eyniləşdirilib, yaxud əlavə şərtlər və tələblər qoyulub. Özəlliklə, sorğuçudan qanunvericilikdə tələb olunmasına yol verilməyən cinsi, təhsil vəziyyəti, sosial mənşəyi, şəxsiyyət vəsiqəsinin nömrəsi və FİN kodu və digər əlavə informasiyalar məcburi bilgilər kimi tələb olunmaqdadır. Halbuki, informasiya əldə etmək üçün zəruri olan elektron sorğuların qəbulu əlçatımlı və şərtləri yalnız qanunla nəzərdə tuutlan çərçivədə aydın olmalıdır.
Dövlət saytları hakim siyasi partiya və onun rəhbərliyinə dəstək haqda materiallarla doludur.
Axtarış sistemində açar sözlərə görə axtarışın qaneedici olmaması, habelə, sayt strukturunda məlumatların yerləşdirildiyi başlıqların vahid standartda təqdim edilməməsini də qeyd edə bilərik.
“Google” üzərindən sadə axtarışla tapılan açıq informasiyaların saytın özündə olmaması və ya çox qarışıq alt başlıqlarda gizlədilməsi halları kifayət qədərdir. Dövlət qurumu ilə bağlı bir çox sənədin ziyarətçiyə təqdim olunarkən yalnız məcburi yükləmə sistemli olması, əks əlaqə üçün informasiya sorğusu seçiminin olmaması, habelə, elektron müraciət zamanı əlavə şəxsi məlumatların tələb edilməsi ziyarətçi üçün əlavə çətinliklər yaradır.
Ən açıq saytların ilk beşliyində Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Statistika Komitəsi yer alıb. Onlarda informasiya açıqlığının səviyyəsi 90% - dən yuxarıdır.
Autsayderlərin beşliyində AzTV "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC, Ərazilərin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA), Mülki Aviasiya Dövlət Agentliyi, Hərbi Əsirlərin İşləri üzrə Dövlət Komissiyası, prezident yanında Ali Attestasiya Komissiyası yer alıb.
Mərkəzi icra hakimiyyəti orqanları üzrə orta göstərici 57,3% təşkil edib. Bu zaman saytların informasiya açıqlığı üzrə Nazirlər Kabineti 50,7%, Milli Məclis 50%, ölkə prezidentinin saytı 37,2% təşkil edib.
Hüquq sahəsində ekspert Şəhla Hümbətova dövlət orqanlarının jurnalistlərin informasiya sorğularına reaksiyasından danışıb. Cəmi 56 sorğu var olub və yalnız 19-na (34%) cavab verilib. Bu halda yalnız 15 sorğuya 19 cavab təmin edilib. Statistika göstərir ki, dövlət orqanları sorğulara cavab vermək öhdəliyini yerinə yetirmirlər.
Ş.Hümbətova bu göstərici üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini yaxşı nümunə kimi göstərib.
Araşdırma müəllifləri bir sıra tövsiyələr irəli sürüblər. Bunlar müəyyən edilmiş nöqsanların aradan qaldırılmasını və vətəndaşların informasiya hüququnun təmin edilməsini nəzərdə tutur.