Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Əhalinin manata inamı daha da azalacaq"

 

İqtisadçı-ekspert Azər Mehdiyev də Mərkəzi Bankın 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilməsi ilə bağlı qərarına reaksiya verib.

"Xeberinfo.com":  Məlumata görə, o, "Qafqazinfo"-ya açıqlamasında bildirib ki , Mərkəzi Bankın son günlər bəyan etdiyi məlumatlar fonunda son açıqlama gözlənilməz oldu: “Qeyd olunurdu ki, əslində elə bir təhlükəli hədd yoxdur və mövcud valyuta ehtiyatları manatın məzənnəsinin yumşaq şəkildə devalvasiyasına imkan yaradır. Son günlər banklarda manata qarşı təzyiq var idi. Əhali əlində olan manat ehtiyatından imtina edib hamısını dollara dəyişdirirdi. Təbii ki, bu təzyiq son dərəcə böyük valyuta ehtiyatlarının xərclənməsi ilə nəticələnirdi. Ancaq bütün hallarda Mərkəzi Bankın mövcud ehtiyatları manatın məzənnəsinin belə kəskin şəkildə devalvasiyaya getməsinin qarşısını almağa imkan yaradırdı. İndiki halda Mərkəzi Bankın belə bir addım atması və heç bir izahat verməməsi anlaşılan deyil”.

Ekspertin sözlərinə görə, əhali arasında manata olan inam daha da azalacaq: “Bundan sonra əhali, sadəcə, manatı əlində saxlamağa maraqlı olmayacaq. Bu da infilyasiya proseslərini gücləndirən amil hesab olunur. Qeyd edim ki, manat dövriyyəyə buraxıldığı 2006-ci ildən bəri belə bir hal müşahidə olunmayıb. Ölkəyə daxil olan neft pulları hesabına manatın məzənnəsi, sadəcə, möhkəmləməkdə davam edib. Ekspertlər hər zaman vurğulayırdılar ki, ölkə iqtisadiyyatının nefdən asılı olduğu bir vəziyyətdə manatın məzənnəsinin kəskin möhkəmlənməsinin qarşısı vaxtında alınmalı idi. Bununla da əhalinin ölkədə həyata keçirdiyi iqtisadi siyasətə inam xeyli dərəcədə azalacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam