Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Manat yenə ucuzlaşacaq...”

 

“Ölkə başçısı əhalinin sosial vəziyyətini nəzərə alaraq manatın məzənnəsini qoruyur və bu barədə göstəriş də vermişdi. Nə qədər mümkün idi, o qədər saxlanıldı”.

 

"Xeberinfo.com":  Məlumata görə, bunu AzVision.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib. Onun sözlərinə görə, MDB məkanında bütün milli valyutalar ucuzlaşdı, yeganə özünü qoruyub saxlayan Azərbaycan manatı olub:

“Belə ki, biz manatı qoruyub saxlayırıq, əhalinin əmək haqqısı, pensiyası və digər müavinətlərdə problem yaranmır, əhali normal yaşayır”. 

Millət vəkili bildirib ki, amma bunun mənfi tərəfi də var ki, ixracı stimullaşdıra və rəqabət yönümlü məhsullar istehsal edə bilmirik. 

“Çünki manatı qoruyub saxlayırıq. Belə qarara gəlinib ki, manat müəyyən qədər devalvasiyaya uğrasın. Bu birdən-birə deyil, tədricən olacaq. Düşünürəm ki, ilin axırına kimi hardasa 1 manat 1 avro səviyyəsinə gəlib çıxacaq. Amma əhali bunu hiss etməsin deyə bunu yumşaq edəcəklər ki, ölkəmizdə ciddi problem yaranmasın”.

Milli Məclisin üzvü qeyd edib ki, manatın devalvasiyası müəyyən qədər qiymət artımına səbəb olacaq:

“Ölkəmizdə əsas ödəmələr manatla həyata keçirilir və bu baxımdan müəyyən qədər artım ola bilər. Bu devalvasiyanın nə qədər müddətə olacağından asılıdır. Biri var 2 aya, biri də var 2-3 ilə çəksin. İlin sonuna kimi 3,5 və 7 qəpik səviyyəsində devalvasiya gedə bilər”. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam