Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Manatın kursu düşdü, Bakıda dollar satışı dayandırıldı

 

Dünən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovunmanatın kursunun düşəcəyi barədəki xəbərdarlığından sonra bu gündən Bakıda dollar qıtlığı yaşanır.
"Xeberinfo.com":  Məlumata görə, Bakı sakinləri kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə axışaraq milli pulu ABŞ dollarına dəyişməyə çalışır. Virtualaz.org saytının müxbirləri bu dəqiqələrdə Bakının mərkəzi küçələrində olan valyutadəyişmə məntəqələrində olub.
Əməkdaşımız xəbər verir ki, 28 may küçəsində yerləşən valyutadəyişmə məntəqələrində bu dəqiqələrdə ABŞ dolları satılmır. Səhər saatlarında dollar satılsa da artıq satış dayandırılıb. Xeyli sayda insan valyutadəyişmə məntəqələrində dolların satılacağını gözləyir.
Bəzi valyutadəyişmə məntəqələrindən isə alıcılara bildirilir ki, günün ikinci yarısından sonra dollar satışının olacağı gözlənilir.
Dollar tapmayan Bakı sakinləri məcburiyyətdən avro almağa da razıdır. Bəzi valyutadəyişmə məntəqələrində avro tapmaq mümkündür və bu valyuta da sürətlə satılır.
Dollar almağa çalışan Bakı sakinləri deyir ki, digər valyutadəyişmə məntəqələri də dollar satışını dayandırıb. Heç yerdə dollar tapılmır.
“Adamlar səhər tezdən gəlib dollar və ya avro almağa, əllərindəki manatdan xilas olmağa çalışırlar. Hazırda bizim məntəqədə bircə dollar da qalmayıb. Hamısını satmışıq. Bu vəziyyətin nə vaxta qədər davam edəcəyini bilmirik” – deyə D.Əliyeva küçəsindəki valyutadəyişmə məntəqələrindən birinin sahibi virtualaz.org saytına bildirib.
Qeyd edək ki, böyük ajiotajdan sonra hətta banklar da dollar satışını dayandırıb.
“Atabank”ın Rixard Zorge küçəsində olan filialında da dollar yoxdur. Məntəqədən deyiblər ki, onlar satışı dayandırıb.
“Bank of Baku”nun Puşkin, “Unibank”ın 28 may küçələrindəki filiallarında da dollar satışı dayandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam