Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Banklar kredit verməyi niyə dayandırıb? - Rəsmi AÇIQLAMA

Bəzi vətəndaşlar Azərbaycanda fəaliyyət göstərən bankların istehlak və biznes kreditlərinin verilişini dayandırdığını bildirir. Müştərilər müraciət etdiyi bir neçə bankdan ayın sonunadək kredit verilişinin dayandırıldığı cavabını alılar.


Yenixeber.org: Məsələ ilə bağlı Mərkəzi Bankın mətbuat xidmətindən sorğusuna cavab olaraq bildirilib ki, koronavirus (COVID-19) pandemiyası və bundan irəli gələrək qlobal əmtəə bazarlarında baş verən kəskin dalğalanmalar digər ölkələrdə olduğu kimi, Azərbaycan iqtisadiyyatı üçün də ciddi təhdidlər yaratmaqdadır:


“Pandemiyanın sahibkarlıq subyektlərinin və əhalinin kredit qabiliyyətinə təsir ehtimalları nəzərə alınmaqla bir sıra banklar tərəfindən müxtəlif bank xidmətləri üzrə müştərilər üçün optimallaşdırıcı tədbirlər təklif olunur, kredit ödənişləri üzrə güzəşt imkanları nəzərdən keçirilir. Hazırda banklar ölkədə pandemiyanın effektləri ilə mübarizə aparılmasında ümumi səylərə həmrəylik nümayiş etdirərək, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr edir.

Banklar bütün bank xidmətlərini, o cümlədən əmanət qəbulunu, istehlak və biznes kreditləşməsini davam etdirməkdədirlər. Bununla belə, mövcud situasiya və potensial risklər nəzərə alınaraq, banklar tərəfindən öz kredit siyasətlərinə əsasən yeni kreditlərin verilməsində, habelə əmanət qəbulunda daha ehtiyatlı davranış nümayiş etdirilə bilər. Sözügedən meyillər əksər dünya ölkələrinin maliyyə-bank sistemlərində də müşahidə olunmaqdadır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam