Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsinin reallaşdırılması planlaşdırılan cədvələ uyğun davam edir.
Yenixeber.org: Məlumata əsasən, bununla yanaşı, işçilərin şəxsi gigiyenası, sosial məsafə saxlaması, eləcə də tibbi xidmətin təmin olunması üçün zəruri addımlar atılır:
“ICGB vəziyyətin monitorinqini davam etdirəcək və əməkdaşların müdafiəsi üçün Bolqarıstan hökuməti tərəfindən qəbul olunan tədbirlərə riayət edəcək”.
Qeyd olunub ki, koronavirusun yayılması ilə əlaqədar şirkət öz əməkdaşları üçün riskləri minimuma endirmək üçün addımlar atır:
“Layihə şirkəti öz komandasının təhlükəsizliyinin təmin olunması üzrə əlavə tədbirlər reallaşdırıb. Səhmdar və podratçılarla görüşlər onlayn rejimdə keçirilir, virusun yayılmasının qarşısının alınması məqsədilə birbaşa təmaslar minimuma endirilib”.