Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İrandan ölkəmizə “valyuta” təklifi

 

Azərbaycan-İran ticarət münasibətlərində hansı valyutadan istifadə edilməsi məsələsi müzakirə olunacaq.

"Xeberinfo.com":  Məlumata görə, bunu İranın iqtisadi məsələlər və maliyyə naziri Əli Tayebnia bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.

Ölkəsinin ABŞ valyutasından imtina etdiyinə toxunan nazir vurğulayıb ki, Azərbaycan və İran arasında ticarət əməliyyatlarında milli valyutadan istifadə etmək mümkündür: “İran digər ölkələrlə ticarət əməliyyatlarını həmin ölkələrin milli valyutaları ilə həyata keçirir. Bunu əməkdaşlıq etdiyimiz digər ölkələrlə davam etdirməkdə maraqlıyıq. Bu gün Azərbaycan Mərkəzi Bankın sədri ilə görüşəcəyik. Bank sahəsində əməkdaşlığın genişləndirilməsi həm bu görüşdə, həm də ekspertlərin görüşündə müzakirə olunacaq. Üçüncü ölkənin valyutasından da istifadə edilməsi mümkündür”.

Ə. Tayebnia əlavə edib ki, əsas müzakirə mövzularından iki ölkə arasında bank sektorundakı maneələrin aradan qaldırılmasıdır. “Ümid edirəm ki, biz bu sahədə uğur qazanacağıq. Bank sahəsində əməkdaşlığın inkişaf etməsi bizim üçün çox vacibdir”, – deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam